30/01/2023 02:05
728 x 90

İstanbul erməni kilsəsini ermənilərin özləri yandırıb?..

Şəmsəddin Əliyev: “Kilsədə baş verən yanğını Türkiyənin daxili qüvvələrinin təxribatı da saymaq olar”

img

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki erməni katolik kilsəsində yanğın olub. Surp Pırgiç erməni katolik kilsəsinin yaşayış binasında baş verən yanğında 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yanğınsöndürənlər yanğını söndürüb. Hadisənin başvermə səbəbi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Bildirilib ki, axtarış işləri nəticəsində daha bir nəfərin cəsədi tapılıb.

Yanğın zamanı ölənlərin sayı 2-yə çatıb.

Beyoğlu rayon valisi Mustafa Dəmirəlli və Türkiyə Erməni Katolik İcmasının Ruhani Rəhbəri Levon Zekiyan bölgəyə gələrək vəziyyətlə tanış olublar.

Qeyd olunub ki, hadisə baş verən zaman 4 nəfər təxliyə edilib.

İstanbul şəhərində erməni kilsəsində baş verən bu yanğın ermənilərin özü tərəfindən törədilə bilərmi?

Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açlqlamasında bildirdi ki, Türkiyə həssas məqama qədəm qoyub: “Mayın 14-də seçkilərə gedəcək.

Türkiyə mediası və siyasi qüvvələri artıq ölkənin seçki prosesinə daxil olduğunu vurğulayırlar. Qardaş ölkənin Konstitusiyasına görə, Türkiyədə parlament və prezident seçkiləri eyni gündə keçirilməlidir.

Heç şübhəsiz, rəqabətin əsas tərəfi Rəcəb Tayyib Ərdoğan və onun liderlik etdiyi AK partiya olacaq.

Türkiyə qanununa görə, bir kəs iki dəfədən artıq prezident seçilə bilməz.

AKP hesab edir ki, Ərdoğanın namizəd göstərilməsi üçün heç bir hüquqi maneə yoxdur. Bu tələb Konstitusiyaya yeni salındığından, Ərdoğanın əvvəlki prezidentlik dövrünə şamil olunmur.

Müxalif blokda söz sahibi olanlar Cümhuriyyət Xalq  və İYİ partiyalarıdır. Digər partiyaların əhali arasında etibarı, səs faizi, bazası çox zəifdir. Ortaya qoyacaq siyasi gücləri, iddiaları yoxdur. Bu partiyaların PKK-nın siyasi qolu sayılan HDP ilə təmasları seçicilərin etimadını ciddi zədələyən faktordur. Türkiyədə yaşayan ermənilərin də böyük əksəriyyəti HDP-də təmsil olunur. Seçkidəki güclərinin zəifliyini bilən bu dairələr Türkiyənin başını qatmaq üçün müxtəlif təxribatlara əl ata bilərlər.

Bu hadisə ilə bağlı konkret nəsə söyləyə bilmərik. Çünki araşdırma gedir. Ancaq ehtimallarımızı səsləndirib, onları əsaslandıra bilərik. HDP uzun illərdi ki, Türkiyəni terror atəşində boğan PKK-nın siyasi qoludur. Bir-birinə olan simpatiyalarını da gizlətmirlər. Erməni kilsəsi  amili beynəlxalq aləm üçün ciddi faktor sayılır. Bu baxımdan da, bu yanğında təxribat elementlərinin ola biləcəyini istidna etmirik. Məqsəd Türkiyədə normal seçki mühitinin olmadığını qabardıb, ölkənin imicini zədələməkdir”.

Ekspertin sözlərinə görə, Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində maraqlıdır:

Hələ 2008-ci ilin sentyabrında Türkiyənin eks-prezidenti Abdulla Gül Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanın dəvətilə Ermənistan və Türkiyə milli komandaları arasında dünya çempionatının seçmə oyununa baxmaq üçün İrəvana getmişdi. Daha sonra Sarkisyan Gülün təklifi ilə Türkiyə-Ermənistan cavab oyununu canlı izləmişdi. Orada həm də Ermənistan və Türkiyə nümayəndə heyətləri arasında danışıqlar aparılmış, ardınca prezidentlərin görüşü keçirilmiş, sonradan Qarabağ münaqişəsinə görə kəsilən münasibətlərin normallaşması prosesi “futbol diplomatiyası” adlandırılmışdı. Son vaxtlar Ermənistanın özü də Türkiyə ilə münasibətlərin normallaşmasına çalışır. Bu baxımdan da kilsədə baş verən yanğını Türkiyənin daxili qüvvələrinin təxribatı da saymaq olar. Seçkinin vaxtı yaxınlaşdıqca, belə təxribatlar çox olacaq. Türkiyənin son dərəcə ayıq və sayıq olması lazımdır. İstənilən halda isə rəsmi açıqlamanı gözləməliyik”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər