çərşənbə günü, 11 noyabr 2026
     

"Paşinyan 200 müşahidəçini Vardanyana və 102-ci bazaya qarşı gətirir" - Yunus Oğuz

Image


Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz bölgədə və dünyada gedən proseslərlə bağlı Olaylar.az saytına  müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

-Yunus bəy, İsveçdə Qurani-Kərimin yandırılmasının kökündə hansı amillər durur?

-Məlum olduğu kimi Pakistan Senatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna böhranının həllində göstərdiyi səylərə görə Nobel Sülh mükafatına namizədliyini irəli sürüb. Söhbət ondan gedir ki, Ərdoğanın bu mükafata namizədliyi Türkiyədə prezident seçkisi öncəsi irəli sürülüb. Bu o deməkdir ki, Ərdoğan Nobel Sülh mükafatı almaqla birbaşa prezident seçilir. Bax, Quranı ona görə yandırıblar. Nəzərə almaq lazımdər ki, Nobel Sülh mükafatını İsveç verir. İsveçdə fikirləşirlər ki, Quranı yandırmaqla seçkilərə təsir göstərirlər. Guya, Quranın yandırılmasından Ərdoğan hirslənəcək, İslamafob aurası yaradacaqlar və bütün Avropanı Ərdoğanın üstünə yönəldə biləcəklər. Bu məsələdə oyun Ərdoğanın üzərində qurulub ki, o, prezident seçilməsin. Çünki Avropa bunu istəmir, xüsusən, İcveç və Finlandiya. Ona görə ki, Ərdoğan İsveç və Finlandiyanın NATO-ya daxil olmasına qadağa qoyub. Ola bilsin ki, Finlandiya NATO-ya daxil olsun, amma İsveç kənarda qalacaq. Düşünürlər ki, belə bir şəraitdə sülh carçısı olan Ərdoğana seçkiöncəsi Nobel mükafatı vermək olmaz. Avropaya Ərdoğan kimi inadkar, istədiyini edən yox, onlara qulaq asan, Avropa və Amerikanın istəklərini həyata keçirən prezident lazımdır. Türkiyənin keçmiş xarici işlər naziri Əli Babacan dedi ki, biz hakimiyyətə gəlsək, Bayraqdara da əl gəzdirəcəyik. Əslində bu açıqlama ilə Ərdoğanın reytinqini artırdı və bu reytinq artmaqda davam edir. Ona görə çalışırlar ki, Ərdoğana Nobel mükafatı verilməsin. Ərdoğan bundan əsəbləşsin və Türkiyədə antiAvropa hərəkatı başlasın. Onlar da dünyaya göstərsinlər ki, Türkiyədə Avropanı sevmirlər.

 

Bir məsələ də maraqlıdır ki, niyə İran Quranın yandırılmasına reaksiya vermir. Niyə Ərəb ölkələri mövqelərini ortaya qoymurlar? Quran təkcə Türkiyənin deyil ki?  Belə məlum olur ki, bu dövlətlərə deyiblər ki, sizlik bir şey yoxdur, bütün oyunlar Ərdoğanın başındadır. Ərdoğana mesaj verilir ki, sən İsveçə gəlib Nobel mükafatı ala bilməzsən. Guya, Ərdoğana Nobel mükafatı verilməsə dünya dağılacaq? Ərdoğan onsuz da liderlik, sülh, barışıq missiyasını həyata keçirir. Artıq Ərdoğan faktiki olaraq dünya liderinə çevrilib. Hazırda dünyada lider yoxdur, nə Bayden, nə Makron, nə də Şolts liderlik edə bilmirlər. İngiltərədə özlərində lider tapa bilmədilər, hindistanlını baş nazir qoydular. Ərdoğan isə Nobel mükafatı alsa, dünya liderliyi təsdiq olunacaq.

-Vardanyanın özünüifşa  müsahibəsi bir sıra qaranlıq məqamlara aydınlıq gətirdi. Sizcə, jurnalistin sualları qarşısında çətin duruma düşən Vardanyanın açıqlamaları əslində nəyə hesablanmışdı?

-Əslində jurnalist Vardanyana maraqlı sual verdi ki, sən Qarabağda nə gəzirsən, sənin missiyan nədən ibarətdir? Regionda proses sülhə doğru gedirdi, amma sən gəldin aranı qatdın. Nəzərə almaq lazımdır ki, Vardanyan təkcə Rusiyaya işləmir, o, beynəlxalq mafiyanın üzvü olduğuna görə, razılığını alıb. Beynəlxalq mafiyanın isə dövlətlərə çıxışı asandır. Bu baxımdan Vardanyan fikirləşir ki, Qarabağ məsələsində Rusiyanın sülhməramlılarını bölgədə saxlamaq lazımdır. Paşinyana isə bu lazım deyil, o artıq Rusiyadan tamam üz döndərib, Avropa İttifaqının əli ilə iki yüz müşahidəçi gətirir. Məsələ orasındadır ki, bu müşahidəçiləri hara yerləşdirəcək? Axı hələlik sərhədlər müəyyən edilməyib, delimitasiya işləri aparılmayıb. Belə halda Azərbaycan tərəfi beynəlxalq aləmə xəritə təqdim edə bilər ki, müşahidəçilər bizim ərazimizdə yerləşdirilib. Əgər verilən vaxtda ərazimizi tərk etməsələr ordu yeridiləcək. Əslində bu, Azərbaycanın xeyrinə işləyir. Digər tərəfdən, Rusiya bunu Paşinyana bağışlamayacaq. Ermənistanın bütün təhlükəsizlik, sərhəd məsələlərinə Rusiya nəzarət edir, bütün strateji məhsullar rus iş adamlarının əlindədir, üstəlik 102-ci bazası orada yerləşir. Görün, Rusiya nə qədər zəifləyib ki, Ermənistan onun başı üzərindən iki illik müşahidəçi missiya gətirir. Əslində Vardanyanın niyyəti  Ermənistanın baş naziri olmaq idi, lakin bizim ekofəalların aksiya məsələsini hesablaya bilmədi. Erməni əhalisi onun araqarışdırmaq fəaliyyətini yaxşı başa düşür, ona görə də onu istəmir. İndi Vardanyan haça-paça olub, qalıb ortalıqda. Paşinyan iki yüz nəfərlik müşahidəçini Vardanyan, həm də 102-ci bazanın çevrilişinə görə gətirdi. Bütün sadalananlara baxmayaraq, bölgədə hansı proses gedirsə hamısı bizim xeyrimizədir. Biz sadəcə səbirli olmalı, lazım gələndə ordumuzu hədəfə yönəltməliyik. Hazırda Rusiya ilə Qərb arasında gedən dava da bizim xeyrimizədir.

-Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərar nəyə hesablanıb?

-Avropa Rusiyaya qarşı on paket sanksiya qəbil edib, on birinciyə hazırlaşır. Bəs, bu sanksiyalardan Ermənistana qarşı niyə tərbiq etmir? Ermənistanın adı gələndə bütün məsələlərdə birləşirlər. Axı, Rusiyanın xarici banklarla əməliyyatları ən çox Ermənistan üzərindən aparılır. Məlum olur ki, Ermənistana qarşı münasibətdə xristian həmrəyliyi yox, dövlət maraqları nəzərə alınır. Məsələ orasındadır ki, Qafqazda geopolitika dəyişməlidir. Bu məsələdə Azərbaycan öz yerində durur, Ermənistanın isə yeni geopolitik düzəndə yeri yoxdur. Ona görə bütün prosesləri Ermənistan üzərindən etməyə çalışırlar ki, guya bu ölkə vacib bir əhəmiyyət daşıyır. Əslində isə Cənubi Qafqazda mühüm rolu Azərbaycan və Gürcüstan oynayır. Proseslərdən kənarda qalan Ermənistandan bir açar-kilid kimi istifadə etməyə çalışırlar ki, o da alınmayacaq. Avropa Parlamenti də məhz bunun hesabatını etmək istəyir. Ermənilərin işığı kəsilib, qazı yoxdur, bunun Azərbaycana nə dəxli var?  Onların kommunal təminatı Yerevan tərəfindən həyata keçirilir. Bu baxımdan deyilən humanitar fəlakətin Azərbaycana aidiyyatı yoxdur. Qarabağda ermənilərin sayı deyildiyi kimi 120 min yox, ermənilərin özlərinin etiraf etdiyi kimi 40 mindən artıq deyil. Onların da böyük əksəriyyəti başa düşür ki, başqa çıxış yolu yoxdur və müxtəlif yollarla Qarabağı tərk edirlər. Bu Azərbaycan diplomatiyasının müharibəsiz qələbəsidir. Fransada da bir milyon nəfər aksiya keçirdi, Azərbaycanda da demokratiyadır, ekofəallar aksiya keçirirlər.Vardanyan da çaş-baş qalıb. Əslində ekofəalların Xankəndi-Laçın yolunda aksiya keçirmələri Vardanyanın, hətta bəzi ölkələrin  bütün planlarını pozdu.  Avropa Parlamenti də planlar pozlduğuna görə, belə məsələləri gündəmə gətirir.

-Anna Akopyanın İrana səfəri İrəvan -Tehran münasibətlərinin daha da yaxınlaşmasına dəlalət edirmi?  

-Anna Akopyan 2020-ci ilin may ayında Mehriban xanıma mesaj göndərmişdi ki, Azərbaycan bayrağı Şuşada o vaxt ucala bilər ki, Qarabağın da bayrağı yanaşı dursun. Azərbaycan bayrağı Şuşada qalxdı, amma Xankəndinin bayrağı orada yox idi və yəqin ki, bundan sonra da olmayacaq. Məsələ orasındadır ki, Tehran artıq Ermənistanın qırmızı xəttini özünün qırmızı xətti hesab edir. Çox gözəl, yəqin ki, dövlət maraqları var. Ancaq Quranı yandırılar sən dinmirsən, deməli xristian təəssübkeşlyin var. Bu təəssübkeşlik atəşpərəstliyə gedib çıxır. İranın belə fəaliyyəti İslamı gözdən salır. İranda yalnız dövlətin adında İslam sözü var, qalan heç bir fəaliyyətində İslam yoxdur. Bizdə isə İslamı dərindən sevirlər, bu isə genetik yaddaşla gəlir. İran Ermənistana silah, bizə isə patı göndərir. Anna Akopyanın İrana səfəri deməyə əsas verir ki, Tehranla Yerevan təzə bacı olublar. Düşünürəm ki, gələcəkdə regionda geosiyasi vəziyyət çox dəyişəcək. Artıq bu proses gedir və gələn ilin sonunda bitməlidir. O vaxta qədər, İran qalacaq, Emənistan qalacaq, yoxsa Rusiya, bunu bilmək olmur. Məlum olan odur ki, bütün proseslər Azərbaycanın xeyrinə gedir.

Alim




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ