07/02/2023 11:31
728 x 90

Azərbaycan XİN ABŞ Departamentinə cavab verdi - Ermənistana çağırış yerinə düşərdi

img

Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobilin Laçın yolundan keçməsi ABŞ Dövlət Departamenti sözçüsünün yanvarın 24-də dediklərinin əksini sübut edir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə yazıb.

“Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi!" - deyə qeyd edilib.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də keçirdiyi brifinqdə kommersiya və şəxsi səyahətlər də daxil olmaqla Laçın dəhlizində sərbəst hərəkətin tam bərpasına çağırış etmişdi.

Peşə etikası

Son xəbərlər