çərşənbə günü, 11 noyabr 2026
     

Vardanyan BBC efirində həm ifşa olundu, həm də rüsvayçı duruma düşdü

Image


BBC televiziyasının “HARDTalk” proqramı, yəqin ki, dünyadakı bütün ermənilərin qətiyyən xoşlanmadığı, hər zaman xüsusi qəzəblə yanaşdığı verilişlərin başında gəlir. Çünki erməni təmsilçiləri hər zaman bu verilişdən, belə demək olarsa, suyu süzülə-süzülə ayrılmalı olublar.   

Məsələn, 2019-cu ildə Ermənistanın o vaxtkı xarici işlər naziri Zöhrab Mnatsakanyan “HARDTalk”  verilişində iştirak etməyinə sözün həqiqi mənasında peşman olub. Bu haqda danışmazdan öncə qeyd edək ki, verilişin aparıcısı Stiven Sakur müsahibələri həqiqətən də hər zaman çətin suallar qarşısında qoyur. BBC-də mütəmadi olaraq yayımlanan həmin verilişdə dünyanın müxtəlif ölkələrindən olan siyasi-ictimai xadimlər iştirak edir, aparıcının bu və ya digər mövzuda çətin və ziddiyyətli suallarına cavab verməli olurlar. “HARDTalk”  proqramına dünya üzrə 80 milyondan çox tamaşaçı baxır. Mnatsakanyan da belə geniş auditoriya qarşısında çıxılmaz və çaşqın vəziyyətdə qalıb. O vaxt  verilişin aparıcısı Stiven Sakur Ermənistanı "strateji əhəmiyyətli kiçik dövlət" adlandırıb və verilişin əsas mövzusunu "siyasi mənada Ermənistan Qərbə, yoxsa Şərqə baxır?" formasında qoyub. Çətin vəziyyətdə qalan Ermənistan xarici işlər naziri "dəridən-qabıqdan çıxaraq" aparıcını inandırmağa çalışıb ki, guya dəyişikliklər edilməsi və ölkədə korrupsiyanın tamamilə ləğv edilməsi üzrə siyasi iradə mövcuddur. Lakin Sakur konkret suallarla bunun əksini sübut edib. O, Ermənistan xarici işlər nazirinə Qarabağ məsələsində də dəyişikliklərin gözlənilən olduğunu, lakin Ermənistan hökumətinin münaqişəyə münasibətdə yeni təsəvvür ortaya qoymadığını deyib. Mnatsakanyan çaşqınlıqla cavab verib ki, Ermənistan xarici siyasəti dəyişməz olaraq qalır. Bu vaxr Sakur ona  baş nazir Nikol Paçinyanın sülhdən uzaq fikirlər səsləndirdiyini xatırladıb. Mnatsakanyan bu və digər suallar qarşısında çox çətin duruma düşüb.

Eyni hal Nikol Paşinyanın da başına gəlib. 2020-ci ilin avqustunda Stiven Sakur Paşinyanı “HARDTalk” proqramında sözün əsl mənasında rüsvay edib. Veriliş boyu məşhur teleaparıcının obyektiv və faktlara əsaslanan sualları qarşısında aciz vəziyyətə düşən Paşinyan bir daha siyasi ritorika və natiqlik səviyyəsi baxımından çox primitiv olduğunu nümayiş etdirib. Məsələn, həmin verilişin əvvəlində aparıcının “Artıq böyük ümidlərlə hakimiyyətə gəldiyiniz "böyük məxməri inqilab" adlanan inqilabdan iki il ötür. Mən bu gün Ermənistana baxanda görürəm ki, ermənilərin böyük əksəriyyətinin ümidləri puç olub. Səhv nədə oldu” sualına cavabında Paşınyan ənənəvi ampluasına sadiq qalaraq xəyal etdiyi, heç özünün də inanmadığı “nailiyyətlərdən”, adını da çəkmədiyi beynəlxalq reytinqlərdə qazanılan “uğurlardan” danışıb. Stiven Sakur növbəti sualında “Sizin idarəetmənizdə bir çox insanların gözlədiyi kimi hər hansı bir dəyişiklik olmadı. Siz Azərbaycanla sülhə nail olmaq üçün hakimiyyətə gəldiniz. Lakin ötən ay biz yeni toqquşma, yeni münaqişə gördük” fikri ilə Paşinyanın da, sələfləri kimi, işğalçı və faşist mahiyyətini bir daha ifşa edib. Paşinyan özünün qeyri-səlis ingiliscəsi ilə bütün dünyaya məlum olan bu faktdan yayınmağa çalışsa da, aparıcı dərhal müdaxilə edərək bildirib: “Cənab baş nazir, lakin fəaliyyət sözlərdən daha güclü səslənir. Biz iyulun ortalarında gördük ki, Ermənistan silahlı qüvvələri sərhəd boyunca kəndlərə atəş açır. Azərbaycana istinadla biz gördük ki, 76 yaşlı mülki vətəndaş qətlə yetirildi. Əlbəttə ki, bundan sonra daha da uzanan hərbi toqquşmaya gətirib çıxaran cavab atəşi açıldı. Bir daha qeyd etmək istəyirəm ki, sizin siyasətiniz sülhün bərqərar olmasına hesablanmayıb”. Paşinyan yenə də bu suala cavab tapmayıb kəkələyərək nəsə demək istəsə də, daha gülnüc duruma düşüb. Sakur isə BMT Təhlükəsizlik Şurasının sənədlərinə istinad edərək, açıq şəkildə Paşinyanı sülhməramlı olmamaqda, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməkdə, həmçinin işğal olunmuş torpaqlara qanunsuz səfərlərə görə ittiham edib. Paşinyanın strategiyasında mənalı sülh elementinin olmadığını açıq şəkildə ifadə edən aparıcı baş nazirin əvvəlki sələfləri kimi göründüyünü, onlardan fərqlənmədiyini vurğulayıb. Ardınca isə Ermənistan silahlı qüvvələrinin 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri xatırladıb və Paşinyana “bunları etiraf etməyə və Azərbaycan xalqından üzr istəməyə hazırsınızmı” sualını verib. Lakin Stiven Sakur dəfələrlə sualı təkrarlasa da, Paşinyandan dürüst cavab ala bilməyib.

Eyni şeyi bu dəfə Sakur Qarabağ separatçılarının qondarma “dövlət naziri” Ruben Vardanyanın başına gətirib. Məsələn, Sakur Vardanyana Rusiyadakı keçmiş həyatını xatırladıb, qeyd edib ki, o, korrupsiya sxemləri və Rusiya rəhbərliyilə əlaqələri sayəsində milyardlar qazanıb. Vardanyan açıq şəkildə belə bir ssenariyə hazır deyildi. Bunu müsahibənin qeyd edilən hissəsindən də görmək mümkündür: “Stiven Sakur: Məncə, keçmişinizə nəzər salmaq və bu gün niyə Qarabağda olduğunuzu özünüzdən soruşmaq gərəkdir. Siz Vladimir Putinin siyasi yüksəlişi ilə üst-üstə düşən Moskvada uğurlu biznes karyerasından ən azı 1 milyard dollar qazanmış çox varlı adamsınız. Və aydındır ki, siz Putinə çox yaxınsınız. Niyə keçən il Rusiya vətəndaşlığından imtina etmək qərarına gəldiniz? Bunun üçün Putindən xüsusi icazə tələb olunur, niyə Rusiyanı tərk edib Dağlıq Qarabağda məskunlaşmağa qərar verdiniz?
Ruben Vardanyan: Əvvəla, mən biznesimə 1991-ci ildə amerikalı investorlarla 35 min dollarla başlamışam. Mən tərəfdaşlarımla regionun ən yaxşı investisiya bankını qurdum. Biz çoxlu investorları Rusiyaya, ən böyük şirkətlərə gətirdik. İngiltərədə biznesim var idi, ABŞ-da biznesim var idi. Xeyriyyəçilik və sosial layihələrdə iştirak etmişəm. Beləliklə, mənim Vladimir Putinlə yaxınlığım haqqında gəldiyiniz qənaət yanlışdır, çünki mən müxtəlif ölkələrdə, eləcə də özəl sektorda hakimiyyətdə olan çoxlu sayda insanlarla işləmişəm...
Stiven Sakur: Yaxşı bilirsiniz ki, Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi və Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu sizi qanunsuz biznesdə ittiham edib. Sizə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib, lakin buna baxmayaraq, Vladimir Putinin nəzarəti altında oliqarxik sistemin bir hissəsi olmağınız barədə iddialar var və bu, sizin sərvətinizin mənbəyini böyük ölçüdə izah edir”. Bu suallara cavab verərkən Vardanyan çox  gərgin və əsəbi görünürdü, üstəlik, söhbəti “Qarabağda hökm sürən humanitar fəlakət”ə yönəltmək üçün bir neçə dəfə uğursuz cəhd etdi. Lakin aparıcı hər dəfə ona xatırlatdı  ki, oliqarxın əməlləri həm də regionda baş verən bədbəxtliklərin səbəbidir, çünki Rusiya elitası ilə yaxından əlaqəsi olan Vardanyanın gəlişi vəziyyətin pisləşməsindən başqa heç nə gətirməyib. Bu xüsusda Sakur qeyd etdi: “Bilirsiniz, Qarabağda insanlar var və onlar hesab edirlər ki, sizin dövlət naziri kimi çalışdığınız dövr bədbəxtlik gətirdi. Bella Lalayan deyir ki, sizin etdiyiniz hər şey daha çox problem yaratmaq və insanların təhlükəsizliyini pozmaqdır. Bəziləri sizin oranı elə indi tərk etməyinizi istəyir”. Bundan əlavə, Vardanyan  Rusiyanın Ukraynaya təcavüzü, biznesi ilə bağlı suallardan, eləcə də Ermənistan rəhbərliyindən fərqli olaraq, Rusiya sülhməramlılarını tənqid etməkdən mümkün qədər yayınıb. “Rusiya sülhməramlıları niyə yolu açmır” sualına cavabı zamanı erməni oliqarx sülhməramlıların sayının azlığından və onların yüngül silahlarla silahlandığından və ümumiyyətlə atəş açmaq hüququna malik olmadıqlarından danışaraq, konret cavabdan yaılnmağa cəhd edib. Amma Stiven Sakur Vardanyana xatırladıb ki, əsl səbəb Kremlin Ukraynada müharibə ilə məşğul olması və Rusiyanın hərbi resurslarının getdikcə azalmasıdır. “Bu sizi çox həssas vəziyyətdə qoyur, elə deyilmi? Çünki Putindən dəstək gözləmək lazım deyil”, - deyə aparıcı istehza ilə bildirib. Erməni milyarder müsahibə zamanı, ümumiyyətlə, Rusiya haqqında heç bir açıqlama verməməyə çalışıb, həmçinin Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı suallardan inadla yayınıb. Sakur Ermənistan hökuməti ilə Ruben Vardanyan arasındakı ziddiyyətlərdən də danışıb. Bu xüsusda o qeyd edib: “Sizin fikriniz Ermənistanda yaşayan ermənilərin fikri ilə heç də eyni deyil, çünki onlar Putinin Ukraynaya təcavüzünün nəticələrindən çox narahatdırlar. İrəvandakı Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Benyamin Poqosyandan sitat gətirəcəyəm. O deyir ki, Rusiya Ukraynadakı müharibədən salamat çıxsa belə, artıq Rusiyaya arxalana bilməyəcəyimiz aydınlaşır. Onlar Ermənistanı Belarusla ittifaq dövlətinə daxil etmək istəyəcəklər və bu heç də bizim istədiyimiz deyil. Bunu istəyirsiniz?”. Stiven Sakurun aşağıdakı sualı da Vardanyanı pis vəziyyətdə qoyub: “Maraqlıdır ki, baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistan hökuməti indi Moskvanı çox tənqid edir, Rusiya sülhməramlılarını öz vəzifələrini yerinə yetirməməkdə ittiham edir. Amma maraqlısı odur ki, siz Moskvanı daha az tənqid edirsiniz. Niyə? Belə görünür ki, ruslardan sizə nəinki kömək yoxdur, hətta Ermənistanla, xüsusən də baş nazir Paşinyanla münasibətləriniz getdikcə daha "zəhərli" olur. Və görünür, İrəvan hökuməti sizinlə heç işgüzar münasibət qurmaq istəmir”. Ruben Vardanyan bu sual qarşısında aciz qalaraq, sadəcə aşağıdakıları qeyd etməklə kifayətlənib: “Nə danışırsınız, bilmirəm. Bu fərziyyədir, məncə, söhbətimizdə bunu müzakirə etmək mənasızdır”. Vardanyan saxtakarlıq edərək, guya 1980-ci illərdə Azərbaycan məktəblərində öyrədilən tarix kitabında “bu ərazilərin ermənilərə aid olduğu”nun yazıldığını iddia edib. Halbuki, Artsak adı qədim türk sözüdür və sak türklərinin yaşadığı yerdir. Kitablarda da belə bildirilib. Bununsa ermənilərə heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, Ruben Vardanyanın BBC efirində bu və digər suallara cavabları onun da digər ermənilər kimi biabrıçı vəziyyətə düşməsi ilə nəticələnib.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ