çərşənbə günü, 11 noyabr 2026
     

BBC-nin efirində Vardanyanın bir yalanı da açıldı - sovet dövrü ədəbiyyatında “Arsax” sözü olmayıb... - MÜSAHİBƏ

Image


Separatçı Ruben Vardanyan BBC telekanalında “HARDtalk” proqramına müsahibəsində savadsızlığı, bigisizliyi, məntiqsizliyi ilə özünü əməlli-başlı biabır edib. Daha doğrusu, bu müsahibədə özü öz iç üzünü açıb, özünü ifşa edib. Proqramın aparıcısı jurnalist Stiven Sakurun sualları Vardanyanı elə çap-baş salıb ki, o nə danışdığını bilməyib.

Qarabağın separatçılar tərəfindən “Arsax” adlandırılmasına  da diqqət çəkən jurnalist bildirib ki, ermənilərin ora “Arsax” deməsinə baxmayaraq, Azərbaycan hökuməti, eləcə də beynəlxalq ictimaiyyət bölgəni Qarabağ adlandırır.

Vardanyan öz aləmində guya bu məsələyə aydınlıq gətirmək istəyib, verdiyi cavab isə yalanlarının açılmasına səbəb olub, onu ifşa edib. O, yalandan iddia edib ki, guya keçən əsrin 80-ci illərində Azərbaycan Sovet Respublikasının tarix dərsliklərində “Arsax” sözü olub və orada “Ermənistan ərazisi” qeyd edilib. Guya ki, Sovet dövründə “Azərbaycan məktəblərinin tarix dərsliklərində” belə yazılıb. Əlbəttə, Vardanyan yalan danışır və bizim tarix dərsliklərində  Qarabağ “Ermənistan ərazisi” kimi göstərilməyib, heç “Arsax”dan da danışılmayıb.  Təbii, bu, separatçıların növbəti uydurmasıdır ki, bunu BBC-yə qədər daşıya biliblər. Amma sonu separatçının pərtliyi ilə nəticələnib.

  • “Vardanyan yalan danışmağı özünə peşə etmək əvəzinə, zəhmət çəkib boş başını işlətsin və o kitabları oxusun, görsün ki, həqiqət necədir”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri professor Qasım Hacıyevlə Vardanyanın son hoqqabazlığı barədə danışdıq.

- Qasım müəllim, Vardanyan BBC-yə müsahibəsində Sovet dövründə məktəblərimizdə tədris edilən “Azərbaycan tarixi” dərsliklərinə qara yaxdı, amma tezliklə də özünü ifşa etdi, yalanı alınmadı...

- Vardanyan BBC-nin müxbirinin sullarına cavab verərkən savadsızlığı, məlumatsızlığı, çirkin niyyəti, məkrli məqsədi dərhal üzə çıxdı. Bunu dinləyicilər də, aparıcı da dərindən hiss etdi. Qarabağa məlum yollarla gələn, burada qarışıqlıq yaradan, suyu bulandıran Vardanyan gəlib düşdüyü bölgənin tarixindən tamamilə xəbərsizdir. Onun nə Qarabağın tarixindən, nə mövcud siyasi-iqtisadi vəziyyətindən, nə də ermənilərin həyatından xəbəri var. Ona görə də ağzını açıb gözünü yumub nə gəldi danışıb. Onun Qarabağla bağlı iddialarının heç birinin əsası yoxdur. O hansı “Arsax”dan danışır? O bilmir nə danışır, nədən danışır. Separatçıların Qarabağı “Arsax” adlandırmağa heç bir əsasları, haqları yoxdur. Bilirsiz ki, XX əsrin əvvəllərində ermənilərin Qarabağa qarşı iddiası ortaya çıxıb. 1923-cü ildə isə Azərbaycanın Qarabağ bölgəsində “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı qondarma bir inzibati ərazi yaradılıb. Bunu da ermənilər üçün Sovet hökuməti, rəsmi Moskva etdi. 1991-ci ildə də guya onlar öz “müqəddəratlarını təyin etmək” istəyirdilər, “Dağlıq Qarabağ” ifadəsini ortaya atdılar və avantürüst çıxışlarla, qəribə iddialarla meydana çıxdılar. Qərbi Azərbaycandan azərbaycanlıları qovdular. Bir əsrdə bir neçə dəfə Azərbaycan xalqını öz vətənlərindən deportasiya etdilər. Vardanyan isə özünü elə aparır ki, guya bunları bilmir. Sovet dövründə “Arsax” ifadəsindən istifadə edilmirdi. Bunu separatçı Vardanyan da yaxşı bilir. Hər cür əyri yollarla pul qazanmaqla məşğul olan Vardanyan indi gəlib Qarabağın tarixindən, taleyindən danışır.

- Dərslik məsələsi barədə əsassız iddiası barədə fikriniz necədir?

- Bu tamamilə absurddur. Guya Sovet dövründə Azərbaycan tarixində “Arsax” (Arsaq, Ərsaq) ermənilərin yaşadığı yer kimi qeyd olunub. “Azərbaycan tarixi” dərsliyində onun iddia etdiyi məsələ yox idi, Vardanyanın dedikləri tamamilə yalandır. Vardanyan bilsin ki, tarixi saxtalaşdırma işi ilə məşğul olmaq sahəsində ermənilərin dünyada tayı-bərabəri yoxdur. Onlar həm XX əsrin əvvəllərindəki, həm Sovet dövründəki, həm də sonrakı mərhələdəki tarixi saxtalaşdırıblar. Ermənilər özlərinə “yeni tarix yaradıblar”. Ermənilər hətta bizim tariximizlə bağlı da çox saxtakarlıqlar ediblər.

Mən heç bir dərslikdə “Arsax”ın “erməni ərazisi” kimi göstərildiyini görməmişəm. Belə hal olmayıb.  

- Təbii ki, Vardanyan tarixdən xəbərsizdir...

- Vardanyan tarixi mənbələri, kitabları, indiyə qədər yazılan obyektiv yazıları kənara qoyub hansısa bir erməninin, yaxud ermənipərəstin uydurduğunu tutuquşu kimi təkrarlayır. Bu yaxınlarda Azərbaycan tarixçilərinin “Arsaq” adlı bir kitabı çap olunub. Arsaqın ermənilərə heç bir aidiyyəti yoxdur. “Arsax” adlı söz yoxdur. Ən qədim dövrdən indiyə qədər Albaniyanın ən qədim vilayətlərindən birinin adı Ərsaq vilayəti olub və bu haqda da tarixçilərimizin kitablarında çox düzgün məlumatlar yer alıb. Özü də bu məlumatlar mənbələr əsasında verilib. Bunlar Azərbaycan, rus və ingilis dillərində çap olunub. Vardanyan yalan danışmağı özünə peşə etmək əvəzinə, zəhmət çəkib boş başını işlətsin və o kitabları oxusun, görsün ki, həqiqət necədir. O kitablar mötəbər tarixi qaynaqlar, mənbələr əsasında yazılıb, burada görkəmli xarici alimlərin, tədqiqatçıların mənbələrindən, yazdıqlarından istifadə edilib. Bu yazılarla tanış olsun, görsün ki, nə var, nə yox.

- “Arsax” sözünü ortaya atıblar, hər yerdə özlərini “Arsaq” təmsilçisi kimi təqdim edirlər. Amma göründüyü kimi, ifşa edilirlər...

-  Bir sual vermək istərdim ki, əgər ora iddia etdikləri kimi “Arsax”dırsa, onda niyə dünyaya “Dağlıq Qarabağın müstəqilliyini tanıyın” deyə çağırış edirlər? Son vaxtlara qədər oranı əsassız olaraq “Dağlıq Qarabağ” adlandırırdılar, indi də yenə heç bir əsası olmadan “Arsax” adlandırırlar. Halbuki, ora Qarabağ iqtisadi rayonudur. Vardanyanın Qarabağ iqtisadi rayonunun adını saxtalaşdırma cəhdi uğursuzdur. 35 ilə yaxındır Azərbaycanın Qarabağ bölgəsi barədə yalanlar uyduran, guya burada 120 min ermənin yaşadığını iddia edən adamlar bilməlidirlər ki, tarixən bu ərazidə erməni yaşamayıb.  Vardanyan Xankəndiyə dünən gəlib, ona başa salmalıdırlar ki, Türkmənçaya qədər Qarabağda erməni olmayıb. Buradakı ermənilərin sayı sonradan 5-6 dəfə şişirdilib. Orada nə keçmişdə, nə də indi 120 min erməni olmayıb. Bunlar hansısa “əziyyətdən” danışırlarsa, buna görə utanmalıdırılar, çünki Azərbaycan xalqını öz yurd-yuvalarından didərgin salıb evlərini dağıtdılar. İndi də bütün dünyanı çağırıb öz oyunlarına cəlb etmək istəyirlər ki, guya onlar “ağır vəziyyətdədirlər”. Əslində isə elə deyil. Bu gün onlar Xankəndidə rahat şəkildə yaşayırlar. Bu onıarın xislətindən irəli gəlir ki, dilənçilik etsinlər. Çünki bu onların xasiyyətidir. Rusiya Vardanyanın arxasında dayanıb, 200 ildir ermənilərə atalıq edir, amma onlar Rusiyaya da arxa çevirirlər. Vardanyan başdan-ayağa spekulyasiya ilə məşğuldur. Absurd açıqlamalar verən Vardanyanın bu davranışlarını Don Kixotun yel dəyirmanı ilə döyüşməsinə bənzədirəm. Onun kimilərinin “mübarizəsi” fayda verməyəcək, nəticədə ermənilər  separatçıların boyunduruğunda daha çox qalacaq. Azərbaycan dövləti ermənilərə hər cür şərait yaradır, onlara insan kimi yaşamaq üçün imkanlar açır, Azərbaycan vətəndaşları kimi rahat yaşamalarını təmin etmək istəyir, amma vardanyanlar camaatın ağzını əyir. Ordan-burdan oğurluq pul yığıb “zənbillə” Qarabağa düşən Vardanyan bu bədbəxt milləti aldadır, onları yenidən revanşizmə çağırır. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ