BBC-nin məşhur müxbiri Stiven Sakur 4 il əvvəl "Ağır söhbət" rubrikasında öz çoxbaşlı sualları ilə Sarkisyanı və Paşinyanı necə rəzil günə qoymuşdusa, iki gün əvvəl onlardan qat-qat artıq doza və obyektivliklə Vardanyanı da rüsvay etdi.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
“4 il əvvəl Sarkisyana Xocalı soyqırımını etiraf etdirmişdi, Paşinyanın boynuna xocalılardan üzr istəməyin gərəkliyini qoymuşdu.
Bu gün isə Vardanyanın üzünə dedi ki, Qarabağ erməniləri Vardanyanın onlara heç bir aidiyyatının olmadığını düşünürlər... Adama daha nə deyərlər?! Həm də bu Sakurun Vardanyana saysız ifşaedici deyimlərindən biri oldu...” - A.Quliyev bildirib.
Tahir TAĞIYEV