07/02/2023 11:57
728 x 90

"Zəngəzur dəhlizi bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacaq" - Ceyhun Bayramov

img

Zəngəzur dəhlizinin bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacaq.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı bildirib.

Nazir çıxışı zamanı, Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb.

Zəngəzur dəhlizinin bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclası keçirilir. İclasda İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana təhvil verilib.

Peşə etikası

Son xəbərlər