çərşənbə günü, 11 noyabr 2026
     

Ermənilər arasında Vardanyana qarşı qiyam yetişir...

Image


Qarabağda qalan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası istiqamətində postmüharibə dövründə Azərbaycan tərəfindən müvafiq addımlar atılıb. Aparılan təmaslar müəyyən müsbət nəticələr də verib. Məsələn, Sərsəng su anbarı ilə bağlı Qarabağdakı erməni icması ilə danışıqlar olub, ondan istifadəyə dair ortaq məxrəcə gəlinib.

Lakin Xankəndi ilə danışıqları pozan Moskvanın adamı Ruben Vardanyanın “dövlət naziri” təyin olunması hər şeyi dəyişib. Vardanyan danışıqlara xələl gətirən ünsürə çevrilib və bununla da ən böyük zərbəni Qarabağdakı ermənilərə vurub.

Çətin vəziyyətə düşən ermənilərin Vardanyandan narazılıqları artır. Çünki Azərbaycanla təmaslar Vardanyanın ucbatından mümkünsüz hala gəlib. “Azatutyun” radiosu qeyd edir ki, 44 günlük müharibədən sonra, əsasən humanitar məsələlərlə bağlı olsa da, Azərbaycan tərəfi ilə təmaslara girən yeganə şəxs Vitali Balasanyan idi. O da yanvarın 10-da “istefa verib”. Ruben Vardanyanla isə hansısa təmasların mümkünsüzlüyünü Azərbaycan ən yüksək səviyyədə bəyan edib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi bu fonda diqqəti ona yönəldir ki, Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağdakı ermənilərlə təmaslar qursa da, buna Vardanyan gələndən son qoyulub. Qurum bildirir ki, Azərbaycan höküməti bir neçə gün əvvəl Qarabağdakı ermənilərə təkliflər paketi göndərib. Bu təkliflər paketinə Qarabağdakı Azərbaycan təbii sərvətlərinin talanmasına son qoyulması, Laçın yolu ilə nələrin daşınmasına nəzarət mexanizminin yaradılması daxildir: “Azərbaycanda artıq sübutlar da var ki, ərazimizə qanunsuz şəkildə minalar gətirilib. Laçın yolu qeyri-humanitar məqsədlər üçün istifadə edilir. İlk növbədə söhbət ondan gedir ki, ermənilərin hərbçiləri hərdənbir sivil geyimdə, sivil maşında hərəkət edirlər, hərbi sursat da daşınır. Üçtərəfli bəyanatla bağlı Qərb ölkələri çox vaxt deyir ki, Azərbaycanın öhdəliyi var. Bəli, öhdəlik var, amma yol da düzgün istifadə olunmalıdır. Azərbaycan höküməti Qarabağ ermənilərinə yardım göstərməyə hazırdır”. Əldə olunan digər məlumata görə, Vardanyanın təsiri ilə Qarabağdakı ermənilər Azərbaycanın təkliflərinə müsbət cavab verməyiblər. Bu da Vardanyanın destruktiv fəaliyyətindən xəbər verir. Belə vəziyyətdən ermənilər də narazıdır. Onlar hesab edir ki, Laçın yolunda baş verənlərin də səbəbkarı məhz Vardanyandır. Məsələn, erməni bloger, jurnalist Roman Baqdasaryan qeyd edir: “Ruben Ermənistanın pullarını xərcləyir. O, kiməsə havayı çörək verən deyil. Vardanyan uğursuz adamdır. Ruben, sən ki, “krutoy” adamsan, dirçəlt Qarabağı, yoluna qoy hər şeyi. Nədir, bacarmırsan? Onda yığ şələ-küləni, rədd ol get Rusiyaya. Sən xeyirsiz adamsan. 6 aydır Qarabağdasan, heç nə etməmisən. Bütün günü yeyib- içib, Xankəndidə kabinetdə oturursan. Qarabağın bircə sakini deyə bilməz ki, sən nəsə bir iş görmüsən. Altı ayda qışqırıb-bağırmaqdan başqa heç nə etməmisən. Budurmu sənin işin? Axırıncı sualıma cavab ver. Bu cür blokadadırsa, bəs sən niyə arıqlamırsan?”. 1990-cı ilərdəki Ermənistan prezidenti Levon Ter Petrosiyanın baş müşaviri olmuş Jerard Libaridyan isə qeyd edir: “Qarabağın öz içində də Vardanyanın dediyi sözlərdən, atdığı addımlardan narazılıqlar var. İkinci tərəfdən, Vardanyanın mövqeyi çox məhduddur, onun geniş mandatı da yoxdur. Bakı asanca onu “iqnor” edə bilər. Hazırda Arayik Arutunyan danışıqlar üçün daha doğru adamdır. Bakı özünün və Arayikin mövqeyini gücləndirə və Vardanyanın mövqeyini zəifləydə bilər”.

ABŞ Dövlət katibinin keçmiş məsləhətçisi Pol Qobl deyir ki, Azərbaycan bu danışıqları davam etdirməlidir. O bildirir ki, beynəlxaq ictimaiyyət Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsa, onda bu, Azərbaycanın daxili işidir ki, məsələni həll etsin: “Azərbaycan üçün bütün vətəndaşlarla danışmaq önəmlidir. Etnik azərbaycanlılar etnik ermənilərlə eynidir. Azərbaycanın bu danışıqları davam etdirməsini sadəcə alqışlaya bilərik. Əgər burda uğur qazanılmırsa və ya hansısa maneələr varsa beynəlxalq ictimaiyyətə bunu aydınlaşdırmalıdırlar ki, problem Bakıda deyil. Problem Ermənistanda və ya Ermənistandakı fəallarla bağlıdır”. Ermənistanın “Qraparak” nəşri isə yazır ki, Vardayan Qarabağ separatçı rəhbərliyi arasında nifaq salıb: “Bu fonda Ruben Vardanyanla Arayik Arutyunyan arasındakı münasibətlər sülh yolu ilə nizamlanma mərhələsinə qədəm qoysa da, Qarabağdakı mənbələr bunun zahirən belə olduğunu bildirirlər. Ermənistan hakimiyyəti Ruben Vardanyanın uzaqlaşdırılması ilə bağlı Arayik Arutyunyana təzyiqləri davam etdirir və Qarabağda hansısa anda Arutyunyanın geri addım atacağını istisna etmirlər. Yazmışdıq ki, Azərbaycanın Laçın yolunun açılması ilə bağlı tələbində, digər tələblərlə yanaşı, Vardanyanın istefası da var. Azərbaycan Vardanyanın uzaqlaşdırılmasına daha çox önəm verir. Burada onlar əmindirlər ki, Vardanyan Qarabağa Kreml tərəfindən göndərilib və Köçəryan-Serj Sarkisyan cütlüyündən əl çəkmiş Rusiya hakimiyyəti Vardanyan vasitəsilə Cənubi Qafqazda mövcudluğunu təmin etməyə çalışır. Xatırladaq ki, etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Putin “Dvin” kompleksində keçirilən görüşdə Paşinyan və Arayik Arutyunyana birbaşa mətnlə Ruben Vardanyanı göndərmədiyini, onu istədikləri zaman istefaya göndərə biləcəklərini bildirib. Elə bu vəziyyətdə, məlumata görə, Arayik Arutyunyan Vitali Balasanyanı razı sala bilib, böyük ehtimalla, yaxın bir neçə gün ərzində onu özünə “hərbi müşavir” təyin edəcək və ona azərbaycanlılarla danışıqları davam etdirmək səlahiyyəti verəcək ki, bunu da Balasanyan “təhlükəsizlik şurasının katibi vəzifəsi”ndə edirdi. Bundan əvvəl Balasanyanın azad edilməsi məsələsini Ruben Vardanyan qaldırıb və iddia edib ki, o, danışıqlar aparan şəxs kimi Azərbaycanın tələblərini yerinə yetirməyə meylli olduğu üçün “maraqları” qoruya bilməz. Üstəlik, Vardanyan hesab edir ki, Azərbaycanla ümumiyyətlə danışıqlar mövzusu yoxdur, bunu nadir hallarda etmək olar, çünki Azərbaycanın məqsədi danışıqlar aparmaq deyil, danışıqlar yolu ilə Qarabağa tam nəzarətə nail olmaqdır. Arayik Arutyunyan Balasanyanı yenidən arenaya gətirməklə bir neçə məsələni həll edir: azərbaycanlılara danışıqların əleyhinə olmadığını göstərməyə çalışır, Nikol Paşinyana isə göstərir ki, Ruben Vardanyan qərar qəbul edən şəxs deyil və sonuncunun istəyinin əksinə olaraq Balasanyanı yenidən öz “iş”inə qaytarır”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ