07/02/2023 11:19
728 x 90

Rusiya sülhməramlılarına məxsus daha 14 avtomobil Laçın yolundan keçdi - FOTO

img

Rusiya sülhməramlılarına məxsus daha 14 avtomobil Laçın yolundan keçib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, 1 minik, 13 yük avtomobilnin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb. Avtomobillər Laçından Xankəndi istiqamətinə hərəkət edib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 43 gündür davam edir.

Peşə etikası

Son xəbərlər