çərşənbə günü, 11 noyabr 2026
     

“Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycan üçün adi bir kağız parçasıdır” - Vüqar Rəhimzadə

Image


“Yanvarın 18-də Avropa Partlamenti növbəti ermənipərəst qətnamə layihəsini müzakirəyə çıxarmaqla  gündəmə gəldi. Qarabağ münaqişəsinin artıq iki ildir ki, tarixin arxivinə atıldığı, bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistanın münasibətlərində yeni səhifənin açılması üçün bu iki Cənubi Qafqaz ölkəsi arasında sülh müqaviləsinin imzalanması istiqamətində səylərin göstərildiyi bir zamanda Avropa Parlamentinin belə qərəzli, necə deyərlər, erməni dəyirmanına su tökən  qətnamə qəbul etməsi bu qurumun qərəzli niyyətlərindən xəbər verir.

Birmənalı vurğulamaq olar ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasından sonra Avropa Parlamentinin belə bir mövqeyi nəinki artıq xeyli müddətdir davam edən sülh prosesinə zərbə vurur, həm də işğalçı ölkədə hər vəchlə suyu bulandırmağa çalışan revanşist qüvvələri ruhlandırır. Qurumun qəbul etdiyi  biabırçı  qətnamədə  30 ildən artıq müddətdə Ermənistan tərəfindən Qarabağ bölgəsinin və  ətraf rayonlarımızın işğalda saxlanmasının acı nəticələrini  yaşamış Azərbaycan heç bir real fakta əsaslanmadan bu ölkəyə qarşı hərbi təcavüzdə  ittiham edilir. Avropa Parlamenti kimi məqsədi, məramı sülhə mane olmaq olan beynəlxalq qurumlar unudurlar ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi ilə ölkəmizə qarşı 30 il sürən bütün qərəzli yanaşmalara son qoydu, Ermənistana və ona havadarlıq edən dövlərlərə, beynəlxalq təşkilatlara tarix, hüquq dərsi keçdi. Tarixi faktları, real həqiqətləri inkar etməklə nəyəsə nail olmağın mümkünsüzlüyü 44 gündə 30 ilin işğalına son qoyulması ilə bir daha təsdiqləndi. 30 il ermənilərin Azərbaycana qarşı hərbi təcavüzünə göz yumub işğalçıya  problemin sonadək bu şəkildə davam edəcəyi barədə ümidlər verən dünyanın bəzi aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların  hazırda  tarixi Zəfərimizin reallıqlarını qəbul edib, sülh müqaviləsinin imzalanmasına dəstək göstərməyə hazır olduqlarını bildirmələri öz növbəsində  ötən müddətdə onların problemə  yanlış yanaşmalarının hansı ağır nəticələrə  yol açdığını görmək və nəticə çıxarmaq məcburuyyətində olmalarının  etirafıdır.  Görünür, Avropa Parlamenti bu yanaşması ilə tamamilə başqa  bir məqsəd  üçün çalışır ki, bu da hadisələrin inkişaf xronologiyasında özünü aydın şəkildə büruzə verir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

“Avropa Parlamenti qəbul etdiyi bu qətnamə ilə təsdiqləyir ki, regionda proseslərin müsbət istiqamətdə davam etməsində, sülhün bərqərar olmasında deyil, problemlərin daha da dərinləşməsində  maraqlıdır. Başqa sözlə, qurum regionda gedən proseslərə bu cür qərəzli, qeyri-adekvat  yanaşması ilə açıq-aşkar separatçılığı, qanunsuzluğu, ksenofobiyanı təşviq edir” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, sözügedən biabırçı qətnamədə Azərbaycan Laçın-Xankəndi yolunu blokadaya almaqda ittiham edilir: “Halbuki Laçın-Xankəndi yolunda keçirilən aksiyanın məqsəd və məramı işğalçı Ermənistana və onun Avropa Parlamenti kimi havadarlarına çox yaxşı bəllidir. Ermənilər istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə Azərbaycana qarşı biri-birindən dəhşətli ekoloji terrorlar törədirlər. Azərbaycanlı ekofəalların aksiyasının  əsas tələbi ermənilərin bu gün də davam edən həmin  ekoloji terror əməllərinə  son qoyulmasıdır. Sual olunur: Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatın imzalanmasından sonra  300-dən çox Azərbaycan vətəndaşının Ermənistanın mina terrorunun qurbanı olması  dünyanı, o cümlədən bu gün Ermənistana və separatçı rejimə  dəstək missiyasını  yerinə yetirən Avropa Parlamentini niyə narahat etmir? Minalar bu ərazilərə hansı yolla daşınır? Əlində heç bir real fakt, əsas olmadan Azərbaycanı Laçın-Xankəndi yolunu blokadaya almaqda ittham edən Avropa Parlamentinin bu sualların cavabını axtarması daha yaxşı olmazmı?”

YAP Xətai rayon təşklilatının sədri qeyd edib ki, Azərbaycana böhtan ataraq “qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağıran Avropa Parlamenti nə üçün  Ermənistanı öz ordusunu 35 il bundan əvvəl zəbt etdiyi və hələ də işğal altında saxladığı Azərbaycanın 8 kəndindən geri çəkilməyə səsləmir?

Vüqar Rəhimzadə diqqəti hazırda beynəlxalq medianın əsas müzakirə mövzusu olan Davos Dünya İqtisadi Forumunun 53-cü toplantısına yönəldərək bildirib ki, Prezident İlham Əliyevin  bu nüfuzlu beynəlxalq platformada iştirakının, uğurlu görüşlərinin  hətta Ermənistan mediasında belə etiraf edildiyi bir vaxtda Avropa Parlamentinin Azərbaycanı əsassız yerə hədəfə alan belə bir utancverici qətnaməni qəbul etməsi ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrdə soyuqluq yaratmağa hesablanıb: “Azərbaycanofob, islamofob, türkofob  Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinə rəğmən, keçən ilin 18 iyul tarixində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun, eləcə də 17 dekabr tarixində Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanması fonunda Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdiyini böyük əminliklə  vurğulaya bilərik.  Avropa İttifaqı Azərbaycanı, eyni zamanda, sülh gündəliyinin müəllifi kimi dəstəkləyir. Bu məqamı da xüsusi xatırlatmalıyıq  ki, vaxtilə  Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı  da çıxmışdı. Lakin zaman Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təminatında rolunun nə qədər böyük olduğunu nümayiş etdirdi. Azərbaycan bu layihəni uğurlu sonluqla başa çatdırmaqla dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında öz sözünü dedi.  Bu mənada əminliklə deyə bilərik ki, Avropa Parlamenti öz oturduğu budağı kəsməklə məşğuldur.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, belə reallıqdan uzaq qətnamələr Azərbaycan üçün adi bir kağız parçasıdır. Bu kimi əhəmiyyətsiz sənədlər  Azərbaycanın haqq işinə təsir etmək imkanında deyil. Azərbaycan daim ədalətin və beynəlxalq hüququn yanındadır. 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbəmiz bu reallıqların aydın mənzərəsini təqdim etdi.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ