çərşənbə günü, 11 noyabr 2026
     

"Davos Forumunda Azərbaycana xüsusi diqqət Prezident İlham Əliyevin şəxsiyyətinə hörmətin və rəğbətin göstəricisidir" - Vüqar Rəhimzadə

Image


“Azərbaycanın nüfuzunun, iqtisadi gücünün təqdimatında əhəmiyyətli rol oynayan Davos Dünya İqtisadi Forumunun sayca 53-cü toplantısı başa çatdı. Hər bir tədbirini dövrün reallıqlarına, çağırışlarına həsr edən Forumun builki mövzusu "Parçalanmış dünyada əməkdaşlıq" oldu.

Adından da göründüyü kimi, hazırkı dövrdə, yəni,  beynəlxalq münasibətlərdə yeniliklərin baş verdiyi, qütbləşmə prosesinin dərinləşdiyi bir zamanda yeni əməkdaşlıq formatlarının yaradılmasına, dünyada, o cümlədən  regionda sülhün, təhlükəsizliyin, sabitliyin daha da möhkəmləndirilməsinə böyük zərurət duyulduğu özünü aydın şəkildə büruzə verir. Dünyanın 130-dan artıq  ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxsin, o cümlədən 52 dövlət və hökumət başçısının Forumda iştirakı da özündə bir çox  məqamları ehtiva edir.

Məlumdur ki, hər bir beynəlxalq tədbirin əhəmiyyətini şərtləndirən amillər sırasında onun keçirildiyi məkanla yanaşı, eyni zamanda, əhatə etdiyi mövzu və iştirakçıların say tərkibi də  xüsusi yer tutur. Bu baxımdan xüsusi qeyd etmək istərdim ki, Davos Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması və burada keçirdiyi biri-birindən əhəmiyyətli görüşlər dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.  Bunu Azərbaycanın dövlət başçısının Forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, eyni zamanda,  “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirakı, Ona ünvanlanan  sualları tam dolğunluğu ilə cavablandırması,  Çinin CGTN televiziya kanalına müsahibəsi və sair kimi biri-birindən mühüm məqamlar  bir daha təsdiqləyir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki,  sadalanan mühüm hadisələr bir tərəfdən Prezident İlham Əliyevin şəxsiyyətinə dərin hörmətin  və rəğbətin göstəricisi,   digər tərəfdən isə ölkəmizdə sabitliyin, normal biznes mühitinin mövcudluğu fonunda əməkdaşlığın inkişafı üçün geniş imkanların  təqdimatıdır: “Azərbaycanın xarici investisiyalara birbaşa açıq olması və bu istiqamətdə ölkəmizin cəlbediciliyi Davos Forumu çərçivəsində aparılan müzakirələrdə xüsusi qeyd edildi. Azərbaycanın beynəlxalq arenada  tərəfdaşlarının sayının günbəgün artması Davos İqtisadi Forumunda bir daha özünü əyani şəkildə göstərdi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın neft, qaz, elektrik enerjisi ixracatçısı kimi mövqeyinin möhkəmləndiyini əsaslı şəkildə diqqətə çatdırdı. Forumda daha çox diqqət göstərilən məsələ Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri oldu. Hazırkı dövrün əsas hədəflərindən birinin məhz bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasının olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev Azərbaycanın bu sahədə mövcud imkanları barədə məlumatları tədbir iştirakçılarına, onların vasitəsilə  ayrı-ayrı ölkələrin ictimaiyyətinə çatdırdı.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Prezident İlham Əliyev Forum çərçivəsində keçirilən görüşlərdə Cənubi Qafqaz  regionunda vəziyyət haqqında ətraflı məlumat verdi: “Xüsusilə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə  Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, bu məsələdə işğalçı dövlətin destruktiv mövqeyi, ölkəmizlə sülh müqaviləsini imzalamamaq  üçün müxtəlif əsassız bəhanələr gətirməsi, danışıqlar prosesindən yayınmaq cəhdləri geniş müzakirə mövzusu oldu. Dövlət başçısı  İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın-Xankəndi  yolu ətrafında yaranmış vəziyyət, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin talan edilməsinə qarşı azərbaycanlı ekofəalların burada davam edən etiraz aksiyasından geniş bəhs etdi.  Bu aksiyanın legitim əsaslara söykəndiyi vurğulandı. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində kriminal qruplaşmaların mövcudluğu, Laçın yolundan uzun müddət minaların daşınması üçün istifadə edildiyi  əsaslı şəkildə diqqətə çatdırıldı.”

Diqqəti dövlət başçısı İlham Əliyevin  Çinin CGTN televiziya kanalına müsahibəsinə yönəldən   Vüqar Rəhimzadə onu da bildirib ki, ölkə Prezidenti hazırkı dövrdə dünyada əməkdaşlığı çətinləşdirən məqamları qeyd etdi: “Bildirildi ki, bəzi dövlətlərin ambisiyaları, dünyada, o cümlədən  regionda liderlik uğrunda aparılan mübarizə beynəlxalq münasibətlərdə etimadsızlığa, gərginliyə və hətta ayrı-ayrı ölkələr arasında  müharibələrə gətirib çıxarır. Azərbaycanın  siyasəti hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb. Çünki yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərik. Əsas çağırış məhz müxtəlif qütblər arasında əməkdaşlığın, birliyin, həmrəyliyin yaradılmasıdır.”

YAP Xətai rayon təşkilatının sədri Forumla bağlı belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın dünyanın müxtəlif güc mərkəzləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri, balanslaşdırılmış xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə  söz sahibi olmasında  özünün aydın ifadəsini tapır: “Azərbaycan Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biridir. Bu, öz növbəsində ölkəmizin   beynəlxalq tranzit imkanlarının təqdimatıdır. Şübhə yoxdur ki, yeni əməkdaşlıq formatlarının yaradılması ilə bağlı aparılan müzakirələrin real nəticələrdə öz təsdiqini tapması Azərbaycanın bu sahədə rolunu daha da artıracaq.”




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ