Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun Latviyanın paytaxtı Riqa şəhərindəki bankda yerləşdirdiyi 1 milyard dollar bloklanıb.
“EurAsia Daily” yazır ki, bu barədə son zamanlar mediada və sosial şəbəkələrdə məlumatlar yayılıb.
Qeyd edilir ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir.
Eyni zamanda xatırladılır ki, ötən il Azərbaycan Müdafiə Nazirliyinin maliyyə idarəsinin bir neçə yüksək rütbəli zabiti külli miqdarda mənimsəmə ilə bağlı həbs edilib.
Məsələ ilə bağlı Gununsesi.info internet nəşri Yaqub Eyyubovla əlaqə saxlayıb. Yüksək rütbəli hökumət rəsmisi oğlunun xaricdə bir milyard dollarının dondurulması xəbərinə belə cavab verib: “Nə pul, nə milyard... Bunu kim deyir?”
Eyyubovun Azərbaycandan xaricə, xüsusən də Kanadaya yüz milyonlarla pul çıxarması barədə illər əvvəl məlumatlar yayıldığı qeyd edilir.
Tahir TAĞIYEV