Bu barədə Rusiya XİN Sergey Lavrov Moskvada Ceyhun Bayramovla görüşdən sonra mətbuat konfransında məlumat verib. Lavrov deyib ki, Azərbaycan bizə Laçın yolu ilə Xankəndinə minaların daşınması barədə məlumatları təqdim edib və həmin məlumatlar araşdırılır.
Məlumdur ki, 2021-ci ildə Ermənistanda istehsal olunaraq Qarabağa daşınmış minalar tək 2022-ci il ərzində Azərbaycanda onlarla hərbçi və mülki şəxsin həyatına son qoyub və ya şikəst edib. Rusiya tərəfinin bu araşdırmaları nə qədər obyektiv aparacağını gələcək göstərər. Ancaq bu məsələnin Azərbaycan üçün çox önəmli olduğuna şübhə yoxdur. Ən azı ona görə ki, hazırda Laçın yolunda davam edən aksiyanın əsas hədəflərindən biri də qanunsuz hərbi sursat və silahların daşınmasının qarşısını almaqdır. Bu mənada Rusiyanın obyektiv araşdırması həm də Laçın yolu aksiyasının xeyrinə ola bilər.
Ramil QULİYEV