çərşənbə günü, 11 noyabr 2026
     

Gürcüstanlı soydaşlarımızın soyad problemi hələ uzanır...

Image


Qonşu Gürcüstanda artıq bir neçə ildir diqqət mərkəzində yer alan məsələlərədən biri burada yaşayan soydaşlarımızın soyadları ilə bağlıdır. Məsələ burasındadır ki, Gürcüstandakı azərbaycanlıların əksəriyyəti soyadlarını dəyişdirmək, milliləşdirmək istəyir. Amma qanunvericilik bu xüsusda ciddi əngələ çevrilib.

Hələ iki il əvvəl Gürcüstan parlamentində ölkədə yaşayan azərbaycanlı vətəndaşların soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub. Qanun layihəsi Gürcüstanda yaşayan etnik və milli azlıqların soyadlarının tarixi və mədəni ənənələrə uyğun olaraq dəyişdirilməsinə imkan yaratmalı idi. Amma o vaxtdan indiyə kimi məsələ həll edilməyib və qanun layihəsi də qəbul edilməyib. Bu arada onu da qeyd edək ki, Gürcüstanda milli və dini azlıqların “Salam" platforması qeyri-hökumət təşkilatı artıq üç ildir ki, “Soyadımı qaytarın” adlı kampaniya aparır. “Exo Kavkaza” saytı yazır ki, ötən uzun müddətə baxmayaraq, kampaniya hələ də Gürcüstan hakimiyyətindən etnik azlıq nümayəndələrinin soyadlarının milliləşdirilməsi tələbinə cavab ala bilməyib. Söhbət ilk növbədə azərbaycanlıların soyadlarındakı “ov”, “ova” rus sonluqlarının götürülməsindən gedir. Platformanın azərbaycanlı nümayəndəsi Səma Sadıq bildirir ki, etnik azlıqların, o cümlədən azərbaycanlıların “ov”, “ova” sonluqlu soyadları Rusiya imperiyasının, sonralar isə Sovet İttifaqının siyasətləri nəticəsində yaranıb: “Biz bu kampaniyaya 2019-cu ildən başlamışıq. Amma buna qədər də azərbaycanlıların soyadlarındakı rus sonluqları ilə bağlı problemləri olub. Bu məsələ hələ bizim əcdadlarımızı, valideynlərimizi də narahat edib. Amma biz Gürcüstan qanunlarına görə soyadımızdakı bu sonluqları dəyişə bilmirik”. Səma Sadıq bildirir ki, indi Gürcüstan ərazisinin 20 faizi işğal olunduğu kimi, vaxtilə azərbaycanlıların da soyadları “işğala” məruz qalıb. O qeyd edir ki, Gürcüstanın Ədliyyə Nazirliyi soyadlarının dəyişdirilməsinə icazə vermədiyinə görə platforma üzvləri Gürcüstanda müvafiq qanunvericilik aktının qəbulunu tələb edən petisiya hazırlayıblar. Bu petisisyaya 25 min nəfər imza atıb: “2016-cı ildə mən atamla birlikdə Tiflisdəki “Ədliyyə evinə” getdik. Orda bizə dedilər ki, qanuna görə biz soyadımızdakı sonluğu ata bilmərik. Bizə bildirdilər ki, nəslimizdə kiminsə belə bir soyadı daşıdığını təsdiq edən sənəd təqdim etməliyik”. Səma Sadıq  izah edir ki, Rusiya imperiyası, sonralar Sovet İttifaqının ilk dövrlərində onların, əslində, SSRİ əhalisinin hamısının, ümumiyyətlə heç bir sənədi olmayıb və o da belə bir sənədi təqdim edə bilmir:  “Ədliyyədə mənə dedilər ki, bu məsələni qaldırmaq üçün ərizə yazmalıyam. Ərizənin təqdim olunması üçün 300 lari (112 dollar) ödəməliyəm. Mən ərizə üçün 300 lari ödənməsini tələb edən qanunla ilk dəfə idi üzləşirdim. Amma dərhal da əlavə etdilər: “Onsuz da sizə rədd cavabı veriləcək. Çünki bizdə belə bir qanun yoxdur”. Belə çıxırdı ki, rədd ediləcək ərizəyə görə məndən 300 lari istəyirdilər. 2016-cı ildən sonra ailəmiz və mən qərara gəldik ki, soyadımızı hər yerdə şifahi Sadıq kimi işlədək. Yəni “ov”suz. Amma təəssüf ki, bütün sənədlərimizdə biz Sadıxovlar kimi qalırıq”.

O bildirir ki, bu məsələ ilə bağlı bir neçə millət vəkilinə müraciət ediblər. Müxalif “Girçi” partiyasından deputatlar Vaxtanq Meqrelişvili, Zurab Caparidze və partiyasız Tariyel Nakaidze onu bu prosesin əvvəlindən sonunadək dəstəkləyiblər. O, hakim “Gürcü Arzusu” partiyasından insan haqları komitəsinin sədri Mixail Sarcveladzeyə də müraciət edib. İqtidar deputatı ona deyib ki, hakim partiya bu məsələ ilə bağlı qanun layihəsi üzərində işləyir. Bu görüş 2020-ci ildə olmuşdu. Belə görünür ki, sözügedən qanun layihəsi üzərinə iş hələ də bitməyib. “Exo Kavkaza” yazır ki, Səma və onun platforması məsələ ilə bağlı məhkəməyə müraciət edib. Səma bildirir ki, buna qədər məsələyə üç məhkəmə prosesində baxılıb: “Bizə dedilər ki, topladığımız imzalardan 3400-ü etibarsızdır”. Buna səbəb kimi həmin imzaların yanında mobil telefon nömrələrinin yazılmamasını irad tutublar. Səma qeyd edir ki, apellyasiya məhkəməsindən də müsbət nəticə gözləmir. O bildirir ki, mübarizəni dayandırmayacaqlar və Avropa İnsan Hüquqları Məhkəməsinədək müraciət edəcəklər. Gürcüstanda bir sıra rəsmi qurumlar etiraf edir ki, ölkədə yaşayan bəzi etnik qrupların soyadları onların tarixi-mədəni ənənələrinə xarakterik olmayan formada süni olaraq yaradılıb. Gürcüstanda soyadların bu cür dəyişdirilməsi təcrübəsi Rusiya İmperiyası dövrünə təsadüf edir. Bu proses sovet dövründə, xüsusən də rus dilinin dominantlığı ilə daha intensiv hal aldı və assimilyasiya siyasəti nəticəsində bir sıra entik qruplar üçün xarakterik olan soyadlar zorla dəyişdirilib. Sovet illərində Gürcüstanda azərbaycanlıların soyadlarının suffiksləri rus soyadlarına xas suffikslərlə əvəzlənirdi. Beləliklə, etnik azlıqlar milli mənsubiyyətlərinə xarakterik soyad daşımaq hüququndan və özünəməxsus autentik soyad daşımaq imkanından məhrum olunublar. Amma indi də bu məsələnin həllinə Gürcüstan süni əngəllər yaradır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ