çərşənbə günü, 11 noyabr 2026
     

"2020-ci ilin payızında döyüş əməliyyatlarının başlanması Ermənistanın uzun illər cəzasız qalmasının nəticəsi idi" - Yaşar Əliyev

Image


Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində hüququn aliliyinin təşviq edilməsi və möhkəmləndirilməsi” mövzusunda müzakirələrin gedişində çıxış edib.

Trend-in məlumatına görə, azərbaycanlı diplomat öz çıxışında deyib: “Birləşmiş Millətlər Təşkilatı onun bütün üzvlərini beynəlxalq hüquq qaydaları ilə əlaqəndirmək yolu ilə müharibələrin və insan iztirablarının qarşısını almaq üçün yaradılıb. Bir məşhur alimin dediyi kimi, BMT-nin Nizamnaməsi bu təşkilatın yaradılmasının əsası olan, üzv dövlətlərin hüquq və vəzifələrinin təsbit edildiyi çoxtərəfli müqavilə olmaqla bərabər həm də BMT-nin funksiyalarını müəyyən edən və məhdudlaşdıran konstitusiyadır.

Lakin bu funksiyaların universal və məcburi xarakterinə baxmayaraq bəzən Nizamnamənin prinsiplərinə açıq-aşkar etinasızlıq göstərilir, bu isə dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün pozulmasına, silahlı münaqişələrin daha da kəskinləşməsinə, identikliyə əsaslanan dözümsüzlüyə, terrorçu və separatist təhlükələrin artmasına gətirib çıxarır. Yaşar Əliyev qeyd edib ki, 1992-ci ilin may ayında Azərbaycan BMT-yə daxil olarkən artıq bir neçə il idi ki, qonşu Ermənistan tərəfindən silahlı təcavüzlə üzləşmişdi, bu təcavüzün əsası qondarma etnik-millətçi ideologiya, saxtalaşdırılmış tarixi narrativlər və əsassız ərazi iddiaları idi.

Ermənistan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş məqsəd və prinsipləri, o cümlədən mübahisələrin dinc yolla həlli və güc tətbiq edilməməsi prinsiplərini dəstəkləyəcəyini təntənəli şəkildə öhdəyə götürməsinə baxmayaraq, Azərbaycanın suveren ərazisinin xeyli hissəsini güclə zəbt edib və 30 ilə yaxın müddətdə işğal altında saxlayıb. Təcavüzün nəticələri şok doğurur: on minlərlə insan həlak olub; işğal edilmiş bütün ərazilərdə 700.000-dən çox azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirilib; mənim ölkəmdə yüzlərlə şəhər, qəsəbə və kənd yerlə-yeksan edilib; Azərbaycanın mədəni və dini irsinə, habelə ətraf mühitə böyük ziyan vurulub.

Ermənistan BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrdə təsbit olunmuş zəruri tələblərə etinasızlıq göstərilib, ATƏT-in rəhbərliyi ilə vasitəçilik fəaliyyəti isə münaqişənin danışıqlar yolu ilə nizamlanmasına şərait yaratmayıb. Müvafiq beynəlxalq təsisatlar tərəfindən adekvat reaksiyanın olmaması, ikili standartlar və hamılıqla tanınmış öhdəliklərə münasibətdə ayrı-seçkilik Ermənistanın öz mövqeyini davam etdirməsinə şərait yaradıb. 2020-ci ilin payızında döyüş əməliyyatlarının yenidən başlanması Ermənistanın uzun illər boyu cəzasız qalmasının məntiqi nəticəsi idi. Azərbaycandakı yaşayış məntəqələrinə Ermənistanın birbaşa hücumları mülki əhali arasında çoxsaylı tələfata və mülki infrastruktura ciddi ziyan vurulmasına gətirib çıxarıb. Azərbaycan yalnız öz suveren ərazisində, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa tam uyğun surətdə hərəkət edərək öz xalqının müdafiəsi və işğal altında olan ərazilərin azad edilməsi üçün qətiyyətli tədbirlər görüb.

Y.Əliyev bildirib ki, müharibə başa çatandan sonra Azərbaycan ilk növbədə azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına, keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz qayıtmasının və yüksək həyat səviyyəsinin təmin edilməsi üçün bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası məsələlərinə diqqət yetirir. Bu məqsədlə Azərbaycan Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bu regionlarda genişmiqyaslı işlər davam edir.

Beynəlxalq hüququn hiddətləndirici şəkildə pozulmalarına görə məsuliyyətin təmin edilməsi üçün Azərbaycan BMT-nin Beynəlxalq Məhkəməsində və Avropa İnsan Haqları Məhkəməsində iddia qaldırıb. Bundan əlavə, hərbi cinayətlər törətmiş, terror və muzdlu döyüşçü kimi fəaliyyət göstərən bir neçə nəfər məsuliyyətə cəlb edilib və cəzalandırılıb. Eyni zamanda, Azərbaycan hər iki ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və buna hörmət edilməsi əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə təşəbbüs edib. Bu təşəbbüsün və Azərbaycan tərəfindən təklif edilmiş normallaşma prinsiplərinin beynəlxalq miqyasda geniş dəstəklənməsinə, son bir il ərzində Azərbaycan tərəfindən intensiv diplomatik səylərə baxmayaraq, Ermənistan tərəfindən bu məsələlərə yanaşmalarla bağlı fəaliyyət razılaşdırılmış öhdəliklərin həyata keçirilməsi üçün müvafiq olmayıb. Azərbaycanlı diplomat qeyd edib ki, Ermənistan tərəfindən səsləndirilən bayağı fikirlər və qərəzli yalanlar İrəvanın illər boyu beynəlxalq hüququ hiddətləndirici şəkildə pozması fonunda yürüdülən çoxdankı siyasətinin tərkib hissəsidir. Paradoksal haldır ki, Azərbaycana qarşı təcavüz törətmiş, 30 ilə yaxın müddətdə Azərbaycanın suveren ərazilərini işğal altında saxlamış, müharibə dövründə kütləvi etnik təmizləmələr aparmış, digər iyrənc cinayətlər törətmiş Ermənistan indi BMT Nizamnaməsinə və beynəlxalq hüquqa istinad edir. Lakin belə düşünmək sadəlövhlük olardı ki, guya Ermənistan sivil davranış norma və prinsiplərinə riayət etməyin zəruri olmasını anlayıb və dərin kök salmış irqi nifrət və üstünlük stereotiplərindən imtina edib.

Y.Əliyev vurğulayıb ki, Ermənistan öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməli, özünün silahlı qüvvələrini və qanunsuz silahlı dəstələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalı, ərazi iddialarına və qanunsuz fəaliyyətə son qoymalı, belə hərəkətlərdən çəkinməli, mina terrorizminə qon qoymalı, münaqişə dövründə itkin düşmüş bir neçə min azərbaycanlının taleyinə aydınlıq gətirməli, Azərbaycan dövlətinə və Azərbaycan xalqına vurulmuş ziyanı ödəməli, dövlətlərarası münasibətlərlə bağlı diplomatik həllərin tezliklə tapılması məqsədilə birbaşa danışıqlar aparılmalıdır. Diplomat vurğulayıb: “Razılaşdırılmış prinsiplər və öhdəliklər əsasında Ermənistan ilə Azərbaycan arasında ikitərəfli və nəticəvi danışıqların dəstəklənməsi bütün beynəlxalq birlik üçün həmişəkindən daha vacibdir. Düşmənçilik səhifəsini çevirmək, davamlı və möhkəm sülh yaratmaq üçün hələ mövcud olan imkanı nəzərdən qaçırmaq olmaz”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ