çərşənbə günü, 11 noyabr 2026
     

Mən də qərbi azərbaycanlıyam - məşhur Qarakilsədən... - MÜSAHİBƏ

Image


“Biz o torpaqlara, öz tarixi yurdumuza mütləq qayıdacağıq”

Oğuz türklərinin qədim yaşayış məskənlərindən, tarixi yurd yerlərindən biri Qarakilsə rayonudur ki, onun tariximizdə ayrıca bir şöhrəti var.

Bu gün Sisyan adlandırılan Qarakilsə 30 ildən çoxdur ki, öz doğma sakinlərinin nəfəsinə həsrətdir, elə didərgin salınan insanlar da o yurdun həsrəti ilə qovrulur. “Mən Qərbi azərbaycanlıyam” rubrikasında həmsöhbətimiz Milli QHT Formunun prezidenti Rauf Zeynidir.

- Rauf müəllim, Qarakilsə bizim qayım-qədim ellərimizdən biridir və Qərbi Azərbaycanın, Qərbi Zəngəzurun göz bəbəyidir. Sizin üçün Qərbi azərbaycanlı, qarakilsəli olmaq nə deməkdir?

- Bu bizim üçün Ağrı dağının özü qədər ağrılı bir mövzudur. Mən Qərbi Azərbaycanda, Zəngəzur mahalının Qarakilsə rayonun Vağudi kəndində doğulmuşam. Bizim yaşlılarımız ora “Qaraisə” deyirdilər, heç Qarakilsə də demirdilər. O vaxt heç Sisyan adı çəkən yox idi. Qərbi azərbaycanlı olmaq, birincisi, çox böyük mədəniyyətin, böyük bir genetik kodun daşıyıcısı deməkdir. Bu bütün mənalarda əcdadlarımızın bizə miras qoyduğu milli-mənəvi dəyərdir. Qərbi Azərbaycan həm tarix, həm mədəniyyət baxımından, tarixi-arxeoloji, təbiət abidələri baxımından unukal bir bölgədir. Zəngəzurdan Göyçəyə, Göyçədən Amasiyaya, oradan Dilicana, başqa yerlərə qədər böyük bir ərazidə çox zəngin mədəniyyət formalaşıb. Çox təəssüflər olsun ki, Qərbi azərbaycanlılar soyqırıma, deportasiyaya məruz qalıblar...Amma heç zaman öz soy-köklərini, tarixlərini unutmayıblar.

- Belə başa düşmək olur ki, coğrafi, siyasi ayrılıqlar, deportasiyalar, zorla ayrı salınmalar bizim insanları bir-birindən, başlıcası isə mənəvi cəhətdən o torpaqlardan ayıra bilmir...

- Bir oğuz türkü olmaq, o coğrafiyada dünyaya gəlmək, o dağları, o kövşənləri görmək, o bulaqların suyundan içmək, o təbiətin içində yaşamaq ayrıca bir duyğudur. O fərqli bir hissdir...Mən bir yaşımdan məktəb yaşıma qədər kənddə nənə-babamın yanında qalmışam. Baxmayaraq ki, valideynlərim Sumqayıtda idilər. O şəraitdə, o mühitdə yaşamışam. İndi bir çoxları gedib akademiya, universitet bitirir, sonra politoloq, konfliktoloq və sair olur. Biz elə körpə yaşımızdan artıq ikili standartları görürdük. Bizim kəndimiz çox böyük kənd idi. Orada başqa bir sivilzasiya, başqa bir həyat tərzi görürsən, fərqli, təzadlı mühitdə böyüyürsən. Sən onun, o sənin dilini öyrənir. Sən məcbur olub onun tarixini öyrənirsən ki, onunla mübahisə edəndə ona sözünü deyəsən. Bu elə bir mühit idi ki, orada gərək  sən özünün mədəniyyətini, milli-mənəvi dəyərlərini yüksək səviyyədə qoruyub saxlamalısan, ən yüksək səviyyədə təhsil alasan  və sair. Bizim kənddə ali təhsilə, özü də sayılıb-seçilən fakültələrə, ali məktəblərə daxil olmağa xüsusi əhəmiyyət verilirdi.

- Təhsilə bu qədər önəm verilirdi demək...

- Bəli. Uşaqlar əllərində kitab quzu da otarırdılar, “nobata” da gedirdilər. Mən özüm də “nobata” getmişəm.

- Sumqayıtda yaşamırdız ki?

- Yaşayırdım. Amma şəhərdə yaşamağıma baxmayaraq, kəndə gedəndə “nobata” da gedirdim, başqa işlərə də yarayırdım.

- Qarakilsənin adını niyə dəyişiblər?

- Qərbi Azərbaycan toponimlərinin 90 faizini dəyişiblər, saxtalaşdırıblar. Keçən əsrin 30-cu illərindən, 40-cı illərdən, yəni Sovet dövründə əllərinə fürsət düşən kimi bu saxtalaşdırmanı həyata keçiriblər. Qalanları isə 1988-ci ildən sonra dəyişiblər.

- Sizin uşaqlığınızın keçdiyi Qarakisədə, Qərbi Zəngəzurda hansı abidələrimiz qaldı? Orada tariximizin hansı parçası var idi ki, o bu gün bizim üçün bir dəyərdir, kövrək uşaqlıq xatirənizdir?

-  İşqıqlı dağından, Dəvəboynundan, Urud körpüsündən, Bazarçaydan, Vəng altından, Gülür bağlarından  tutmuş bizim uşaqlığımızı əhatə edən, bu gün əziz bir xatirəyə çevirilən yer-yurdlarımız, bizim məskənlərimiz yaddaşımızda yaşayır. Qızıl qaya haqda Məmməd Arazın misralarını xatırlayıram:

Nə yaxşı bu boyda qızıl olmadın
Fateh xurcununda, oğru cibində
A Qızıl qaya!
Bu Qızıl qaya bizim kəndimizdədir...

Urudlular da, Adgülülər də orta məktəbin IX-X sinfini gəlib bizim kənddə oxuyurdular. Bizim kənd bir qədər böyük idi, həm də sivilizasiya bir qədər başqa idi. Ona görə də onlar VIII sinifi öz kəndlərində bitirib təhsillərini davam etmək üçün bizim kəndə gəlirdilər. Məsələn, Mir İsmayıl ağanın ocağı Urud kəndində idi. İstisu da Urudda idi, biz o İstisuyun içində böyümüşük. Hərdən deyirlər bu qədər enerji sizdə hardandır? O enerjini biz İstisudan almışıq.

- Bəs sonuncu dəfə nə zaman getmişdiniz kəndinizə?

- Sonuncu dəfə 1988-ci ildə dayım rəhmətə gedəndə getmişik kəndə.

- Ayrılarkən heç ağlınıza gəldimi ki, bu kəndinizlə son görüşünüzdür, yoxsa adi bir hiss keçirdiniz?

- İnişallah biz o torpaqlara, öz tarixi yurdumuza mütləq qayıdacağıq. Bəli, biz bunu hiss edirdik, görürdük. Çünki bu ab-hava vardı. Vaxtilə erməniləri bizim içimizə salmışdılar. Ermənilər bizim torpaqlara Gülüstan, Türkmənçay müqaviləsindən sonra köçürülüb. Biz onların xarakterinə bələd idik. Ermənilərin cəmiyyətləri, “Krunk”, “Daşnakstyün” fəaliyyətdə idi. Onların daşnak olduğunu körpəlikdən görürdük...Eyni zamanda ermənilərin əlaltdan bizə qarşı əməllərinin sədası gəlib bizə çatırdı ki, onlar bizə qarşı nəyəsə hazırlaşırlar. Qərbi Azərbaycanda yaşayan əhali bunu bilirdi. Azərbaycanlı olmaq milli qurur mənbəyidir. Biz orda dil içində  dil, din içində din bəsləyirdik. Milli bayramlarımızı çox yüksək səviyyədə keçirirdik. Novruz bayramını daha şövqlü, çox təmtəraqlı qeyd edirdik. Bu bizim mənəviyyat məsələmiz idi.

Bizim elə insanlarımız vardı ki, gedib İrəvanda ali təhsil alıb həkim olurdu, amma ona kənddə iş vermirdilər.

- Səbəb nə idi?

- Ermənilərin məqsədi o idi ki, kənd köçüb getsin. Biz onların bizə mənfi münasibətini bütün mənalarda görmüşük, yaşamışıq. Bunu bizim kimi bu taleyi yaşayanlar bilər, başqaları bilməz. Bu gün multikulturalizm, tolerantlıq deyirlər, biz onları kənddə göstərirdik. Onda bizim müstəqil dövlətimiz yox idi, amma biz öz mədəniyyətimizlə xalqımızın dəyərlərini təqdim edirdik. Xalqımızın mədəniyyətini, mənəvi dəyərlərini, milli xüsusiyyətlərini göstərməklə onlara hansı xalqın nümayəndəsi olduğumuzu təqdim edirdik.

Biz hər yay kəndə gedirdik...Kəndə can atırdım həmişə. Bu Allahın bir lütfü idi ki, mən bütün o kövşənləri tanıyım, oranın havasını öz ruhuma hopdurum və Vətəni canımda-qanımda yaşadım. İlahi o Vətəni qanıma, canıma hopdurub. Ola bilsin ki, o başqaları üçün sadəcə vətən, yurd olsun. Bir Qərbi azərbaycanlı olmaq, eyni zamanda bir qarakilsəli, zəngəzurlu olmaq tamam başqa bir hissdir. Bizdə birləşən o kodlar, bizim düşüncəmizi formalaşdıran o ilmələr var ki, o ilmələri bilmədən, onları yaşamadan heç vaxt heç kəsin yalançı vətənpərvərliyinə inanmıram.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ