çərşənbə günü, 11 noyabr 2026
     

Media Agentliyi media prosesində əsl inqilab etdi...

Image


Bu gün (12 yanvar) ölkə Prezidentinin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyinin (MEDİA) 2 yaşı tamam olur. Məlumdur ki, Agentliyin  əsas fəaliyyət istiqamətləri müvafiq sahənin inkişafını təmin etmək, dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, müvafiq sahədə aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etməkdən ibarətdir.

Medianın İnkişafı Agentliyinin iki il ərzində necə fəaliyyət göstərməsi, gələcəkdə hansı yeniliklərin olması barədə media kapitanları ilə söhbətləşdik.

  • Hacıbəy Heydərli: “Reyestrin yaradılması Azərbaycan jurnalistikası üçün yeni səhifənin açılması oldu”

“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli  “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son illər Azərbaycanda hər sahədə islahatlar aparılır. Cəmiyyətin güzgüsü olan media da bu islahatlardan kənar qala bilməz və 2 il öncə Medianın İnkişafı Agentliyinin yaranması bu islahatların əsas lokomotivi rolunu oynadı: “Birmənalı şəkildə demək olar ki, agentlik 2 il ərzində mətbuatımız üçün, jurnalistlərimiz üçün çox böyük işlər görüb. Agentliyin həyata keçirdiyi layihələr, media savadlılığının artırılması istiqamətində görülən işlər, xaricdən peşəkar jurnalistlərin dəvət olunması, bölgələrdə region mətbuatının inkişafı istiqamətində görülən işlər və onlayn media subyektlərinə də maliyyə yardımının ayrılması bu islahatların bir parçasıdır. Bilirsiniz ki, son illərə qədər yalnız qəzetlərə maliyyə yardımı ayrılırdı. Cəmiyyətin nəbzini tutan xəbər saytlarına, media subyektlərinə maliyyə yardımı ayrılmırdı. Medianın İnkişafı Agentliyi yarandığı ilk gündən bu istiqamətdə işlər apardı və onlayn media subyektlərinə də dövlət dəstəyinin verilməsilə bağlı yardım layihəsi həyata keçirdi. Bu layihə də xəbər saytlarının, media subyektlərinin daha da peşəkarlaşmasına, fəaliyyətlərinin daha dürüst, şəffaf qurulmasına böyük yardımçı oldu. Artıq zaman göstərir ki, onlayn media subyektlərinə maliyyə yardımı Azərbaycan mətbuatının peşəkarlaşması istiqamətində aparılan islahatların davamıdır”.

H.Heydərlinin sözlərinə görə, 2 il qısa müddət olsa da, görülən işlər onu deməyə əsəs verir ki, MEDİA mətbuatımızın şəffaflaşmasında maraqlıdır, bu istiqamətdə işləri davam etdirir: “Məlumdur ki, MEDİA-nın təlimlərinə təkcə baş redaktorların yox, jurnalistərin də cəlb edilməsi çox önəmlidir. Biz əvvəlki zamanlarda görürdük ki, tədbirlərə, təlimlərə yalnız eyni adamlar dəvət olunur, sanki özləri üçün yeni bir media dairəsi yaradılmışdı, ancaq MEDİA bu stereotipi qırdı, demək olar ki, bütün media subyektlərinin nümayəndələri tədbirlərə, təlimlərə, səfərə dəvət edildi. Bütün bunların nəticəsi kimi MEDİA hər bir jurnalist üçün doğma ünvana çevrildi”.

Həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, "Media haqqında qanun"un qəbulu, "Media reyestri"nin yaradılması Azərbaycan mətbuatı üçün inqilabi hadisədir. Xüsusən, reyestrin yaradılması Azərbaycan jurnalistikası üçün yeni səhifənin açılması oldu, mediamızın şəffaflaşması üçün atılan addımların nəticəsini qarşıdakı illərdə görəcəyik. MEDİA-nın daha bir özəlliyi də odur ki, istənilən tənqidə açıq qurumdur və mətbuatımızın problemlərini bilirlər, açıq şəkildə dilə gətirirlər.

  • Aqil Camal: “Media haqqında qanun” layihəsinin hazırlanması, bilavasitə MEDİA Agentliyinin özünün apardığı bir proses olub”

“Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal qəzetimizə açıqlamasında bildirdi ki, MEDİA Agentliyinin iki illik fəaliyyətindən danışarkən, ilk növbədə mediamız, ölkəmiz üçün əhəmiyyətli olan “Media haqqında” Qanunun qəbulunu qeyd etmək lazımdır. Çünki bu qanun layihəsinin hazırlanması, bilavasitə MEDİA Agentliyinin özünün apardığı bir proses olub: “Həqiqətən çətin, mübahisələrlə, subyektiv yanaşmalarla zəngin bir prosesdən keçən layihə, nəhayət ki, qəbul olundu. Bununla da, Azərbaycanda media qanunvericilik bazasının müasir çağırışlara və tələblərə uyğun şəkildə formalaşdırılması, medianın gələcək inkişaf konsepsiyası da müəyyən edilmiş oldu.

Hesab edirəm ki, bu qanunun qəbulu MEDİA Agentliyinin iki illik fəaliyyətinin əsas detalını təşkil edir. Qanun qəbulunun məntiqi davamı və tələbi olaraq Media Reyestrinin tətbiqinə başlanması mediamız üçün olduqca əhəmiyyətli hadisədir.

Azərbaycan mediası uzun illərdir ciddi və qeyri-ciddi, yaxud ciddi və reket mediası anlayışlarından əziyyət çəkir. Və bu problem cəmiyyətdə mediaya münasibətin formalaşmasında mühüm rol oynayır. Media Reyestrinin tətbiqi artıq bu sahədə bir aydınlaşma yaratmağa, ciddi media ilə media adına iddia edərək tamamilə başqa məqsədlər üçün çalışanlar arasında sədd çəkilməsinə köməklik göstərir. Ümid edirəm ki, bu proses uğurla davam etdiriləcək.

Bundan əlavə, vaxtaşırı media subyektlərinin rəhbərləri və əməkdaşları üçün keçirilən seminarlar, çap mediasının və onlayn medianın fəaliyyətinin dəstəklənməsi üçün həyata keçirilən layihələr Agentliyin iki illik məhsuldar fəaliyyətini şərtləndirən məsələlər sırasındadır.

Agentlik 2023-cü il üçün də qarşısına yeni məqsədlər, hədəflər qoyub. Bu hədəflərə çatmaqda uğurlar arzu edirəm”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ