Elə media subyekti var ki, ayda bir xəbər yerləşdirir sayta. Buna da media demək olar? Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.
O qeyd edib ki, Media Agentliyinin 20 xəbər tələbi məsələsi media subyektləri ilə müzakirə edilib və razılaşdırılıb. “Media subyektinin saytında gündə özünün istehsal etdiyi 20 ədəd xəbər olmalıdır. Bu məsələ media subyektləri ilə geniş müzakirə edilib. Hesab edirəm ki, bu tələb elə də çətin deyil. Türkiyədə bu tələb bizdən dəfələrlə artıqdır. Gələcəkdə ehtiyac yaranarsa bu məsələni yenidən müzakirə edə bilərik”, - deyə Ə.İsmayılov əlavə edib.