Xankəndidə guya ərzaq qıtlığı və aclığın başlandığı barədə xəbərin ilk mənbəyi kimdir və xəbərin mötəbərliyinə nə qədər inana bilərik? Biri deyir Yerevandan gələn işıqları kəsildi, o biri deyir qazları yoxdur və sair…
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Bunları bizdəki bəzi populist və bütün günü "nə deyim ki, mənə lap çox dəstək versinlər" deyə düşünən şəxslər deyir... Ermənilər də o tərəfdən bütün dünya boyu car çəkirlər ki, Xankəndidə guya 50 min qızdırma içində yatan uşaq adi antibiotik də tapmır, 2000 qadın guya həkimsiz-mamasız doğuş üstündə can verir və sair… Təəcüblü odur ki, bizdə bəzilərinin dedikləri və yazdıqları bu hekayələr ermənilərin mövqeyi ilə üst-üstə düşür...
Xankəndidə aclıq və məhrumiyyətlər barədə deyilənlər erməni oyunlarına oxşayır. Erməni separatçı yuvasında aclıq necə ola bilər? Hər gün Laçın yolundan keçən sülhməramlıların və Qırmızı Xaçın 50-yə yaxın maşını Xankəndiyə nə daşıyır? Yekə-yekə bəyanatlarla Xankəndiyə gəlmiş Vardanyanın milyardlarına nə gəldi? Fransa TV-lərində mənasız çıxışlarına tökdüyü pulları niyə "ac ermənilərə" vermir?...
Xeyr, Xankəndi erməniləri qəti korluq çəkmir, kef edirlər... Ac olsaydılar ayağa qalxaraq o separatçı yaramazların başlarını əzərdilər...”
Tahir TAĞIYEV