çərşənbə günü, 11 noyabr 2026
     

"Azərbaycan hər zaman tarixi ədalətin, beynəlxalq hüququn yanındadır" - Vüqar Rəhimzadə

Image


Dövlət başçısı İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətinin ardınca yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Azərbaycanın 2022-ci ildə iqtisadi, siyasi, diplomatik sahədə qazandığı uğurların, eyni zamanda, qarşıda dayanan hədəflərin təqdimatı kimi dəyərləndirilir.

Ölkəmizin hər ili bütün sahələrdə qürurverici uğurlarla başa vurması, daim irəliyə doğru inamla addımlayaraq yeni hədəfləri müəyyənləşdirməsi, çağırışlar səsləndirməsi düşünülmüş və məqsədyönlü, ən əsası ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində də bildirdiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra əsas hədəf şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Əgər siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Bu gün əminliklə deyə bilərik ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Son iki il ərzində Azərbaycan həm beynəlxalq əlaqələr müstəvisində, həm də ölkə daxilində istədiyinə nail ola bilib.

Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmlənməsində əsas amildir. Ötən il ölkəmizin neft-qaz sektorunda, həmçinin qeyri-neft sektoru sahəsində uğurları davamlılığı ilə diqqət çəkdi. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Ölkəmiz neft, qazla yanaşı, elektrik enerjisi ixracatçısı kimi də dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyevin Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etməsi özündə bütün məqamları ehtiva edir. Azərbaycan zəngin bərpaolunan enerji potensialına malikdir. Bu statistik rəqəmi bir daha qeyd etmək istərdik ki, azad olunmuş ərazilərimizin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi potensialı var.

Ölkəmizin iqtisadi imkanlarının artması beynəlxalq münasibətlər sistemində yerinin və rolunun yüksəlməsi ilə müşayiət olunur. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifi kimi də dünya birliyində nüfuzunu artırır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlət başçısı İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, Azərbaycan bu Qələbəni nəyin bahasına əldə etdi, hansı risklərə getdi, hansı qüvvələrlə mübarizə apardı və bu gün də aparır. Müharibə bitsə də mübarizə hələ davam edir. Azərbaycanın haqlı mövqeyi, hərbi, siyasi gücü, iqtisadi müstəqilliyi bu mübarizədə də qalib gələcəyinə böyük əminlik yaradır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları əhalinin sosial müdafiəsinin gücləndirilməsində özünün aydın ifadəsini tapır. Yeni ilin ilk günlərindən sosial paketin təsdiqlənməsi də bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev müsahibəsində bu məqama xüsusi diqqət çəkdi ki, iqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı İlham Əliyevin bəhs etdiyimiz müsahibəsində biri-birindən mühüm məqamlar, çağırışlar, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlar əksini tapıb ki, onların fonunda qalib Azərbaycanın bu gün dünya birliyində hansı mövqeyə malik olduğunun aydın mənzərəsini görməklə yanaşı, beynəlxalq ictimaiyyətin də bu reallıqları qəbul etməsindən böyük qürur hissi keçiririk: “Tarixi Zəfərimizdən sonra 30 illik işğal dövründə soydaşlarımızın, doğma ərazilərimizin, köçkün vətəndaşlarımızın yaşadıqları faciələrə, çətinliklərə, sözlə ifadə edilməsi mümkün olmayan acılara baxmayaraq Ermənistana təklif edilən sülh müqaviləsindən, işğalçı dövlətin iki ildən artıqdır bu sənədin imzalanması prosesinin uzanmasında maraqlı olmasından ətraflı danışan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev sonda bu mesajı bir daha qarşı tərəfə çatdırdı: “Lakin bu, masa üzərində bir müddət olacaq.”

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyev müsahibəsində Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini bir daha diqqətə çatdırdı: “Ölkə Prezidenti bildirdi ki, xarici siyasətimizin əsas istiqaməti və məqsədi beynəlxalq müstəvidə ölkəmiz üçün daha münbit şərait yaratmaqdır ki, ölkə daxilindəki proseslər müsbət məcrada davam etsin.
Dövlətimizin siyasəti həmişə əməkdaşlığa hesablanıb. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Azərbaycanın həm Qarabağ məsələsində haqlı olduğunu artıq dünyanın aparıcı qüvvələri qəbul etdilər, həm də tərəfdaşlıqda ölkəmizin sözlə əməl birliyini əsas götürməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan atdığı hər addımında ədaləti, beynəlxalq hüququ önə çəkməklə yanaşı, yalnız özünü deyil, digər ölkələri də düşünərək birgə səylərin göstərilməsinə çağırışlar edir. Azərbaycan birlik, həmrəylik, əməkdaşlıq çağırışları ilə dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılması ilə bağlı təklifi də mühüm məqamlara işıq salır. Azərbaycan 30 ilə yaxın dövrdə dünyadan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası ilə bağlı işğalçı Ermənistana sanksiyaların tətbiqini gözlədi. Amma təəssüf ki, bu qətnamələr 30 il kağız üzərində qalaraq saraldı. Lakin elə vaxtlar da oldu ki, Azərbaycan bu tipli qətnamələrin 1-2 saat ərzində icrasının şahidi oldu. BMT qətnamələrinin icrası üçün vahid mexanizmin olmaması, onların zamana və məkana görə tətbiqi birmənalı qarşılana bilməz. BMT Təhlükəsizlik Şurasının üzvlərindən üçü, eyni zamanda, artıq arxivə atılmış, keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləridir. 30 illik işğal dövrünün reallıqları dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı vəziyyətin aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, BMT-yə bizim münasibətimiz indi bəllidir: “Təhlükəsizlik Şurasının dörd məşhur qətnaməsinin icra edilməməsi bu təşkilatın nüfuzuna, əlbəttə ki, əgər belə yumşaq demək mümkündürsə əlavə dəyər qatmadı. Amma indiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Mən də bu fikrin tərəfdarıyam. Mən hesab edirəm ki, Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir. Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır.”

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, bütün hallarda Azərbaycan ədalətin, beynəlxalq hüququn yanındadır: “ Ölkəmiz ədaləti bərpa etmək üçün uğurlu siyasət həyata keçirir. Qərbi Azərbaycana qayıdacağımızla bağlı çağırışlar da özündə tarixi ədaləti ehtiva edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır” çağırışı Ermənistana və ona havadarlıq edən dövlətlərə tarix, hüquq, ədalət dərsidir.”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ