Başladığınız bu yeni strategiyaya görə böyük təşəkkürlər, cənab Prezident İlham Əliyev!..
Bəs necə?
Azərbaycan Rusiya və İran kimi əjdahaların qabağında özünü oda-közə vuraraq Avropaya daha çox qaz, neft, elektrik ixracının yollarını axtarsın, Fransa isə özü bir yana, hələ qalan Avropa ölkələrini də Azərbaycana qarşı Ermənistanın yanında saf tutmağa təşfiq etsin, bizlər də heç nə olmamış kimi bunlara dözək?! Belə olmur...
Bir daha təşəkkürlər, cənab Prezident!
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Məsələdən tam məlumatlı olmayan izləyicilərimə izah verim.
Prezidentimiz dünən dedi ki, biz heç vaxt neft və qaz sahəsində siyasətimizi ümumi siyasi kontekstin əsas amilinə çevirməmişik, hesab edirik ki, enerji ayrı, siyasət ayrı, ancaq indi dünyada enerji siyasəti ümumi geosiyasi vəziyyətlə vəhdət təşkil etdiyi üçün bu amili də inkar etmək olmaz"...
Hər şey dəqiq və aydın deyilib...
Rusiya Ukrayna ilə müharibəni başlayanda Avropanı neft-qazla hədələmədi ki, kəsərəm?
Avropanın özü Rusiyanın iqtisadiyyatını çökdürmək üçün onun neft-qazından imtina etmədi? Bunlar enerjini siyasiləşdirmək deyil?
Hamıya olar, Azərbaycana olmaz?..
Azərbaycanın öz iqtisadi gücü ilə bu strategiyanı nə səviyyədə icra edə biləcəyimizi bilmirəm. Ancaq bütün hallarda hamı bilməlidir ki, Azərbaycan Prezidenti bu perspektivi də nəzərdən keçirir…”
Tahir TAĞIYEV