Cümə axşamı günü, 12 noyabr 2026
     

Prezident Əliyev Vardanyanın Moskvadan gətirdiyi "aydın gündəliyi" dəqiq deşifrə etdi - Vardanyansız...

Image


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən:

“Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”

Bu, Rusiyanın Qarabağda açıq təxribatla məşğul olduğunun sübutu sayılırmı?

Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Moskva son vaxtlar Qafqaz bölgəsində olduqca anlaşılmaz siyasət yeritməyə başlayıb: “Xüsusilə də Ermənistan-Azərbaycan münasibətlərində bunu görmək olar. 2020-ci ilin 44 günlük mübarizəsi çərçivəsində Putinin "Azərbaycan öz torpaqlarında əməliyyat aparır, biz ora nə KTMT kimi, nə də Rusiya kimi müdaxilə edə bilərik" kimi fikri əgər Rusiyaya müsbət balans gətirmişdisə, indi Moskvanın etdikləri və çalışdığı işlər artıq onun həm imicini korlayır, həm də Azərbaycanla münasibətlərdə çox böyük maneələr yaradır. Çünki Azərbaycan Rusiya ilə heç vaxt ikili oyun oynamayıb. Həmişə mərd - mərdanə, ağayana özünü təsdiqləyib və Rusiyanın istəklərini həmişə nəzərə alaraq, onlara müsbət cavablar verib. Amma indi biz görürük ki, Rusiya Federasiyasının rəhbərliyi, xüsusilə Putin özü münasibətləri pozur, təxribatyönlü “təşəbbüsləri” gündəmə gətirməyə çalışır. Yenə də Ermənistan üçün əlverişli bir vəziyyət yaratmaq istəyir. Biz görürük ki, Ermənistan iki il ərzində nə dərəcədə çaşqın və özünü itirmiş vəziyyətdədir. Digər tərəfdən gah Qərbə yıxılır, gah da Şərqə yol alır. Putin çalışır burada Qərb fəallığını məhdudlaşdırsın ki, guya baş moderator özüdür. Amma Rusiya  moderatorluğunu da artıq özbaşına buraxıb. Əgər sən moderatorsansa, o zaman gərək işlərlə yaxından məşğul olasan və onların müqəddəratını taleyin hökmünə buraxmayasan. Rusiya isə bunu  bilərəkdən edir. Niyə? Bir tərəfdən guya Qərbin fəallaşmasından narazıdır, digər tərəfdən isə Azərbaycanın daha çox Qərbə meyl göstərdiyini bildirmək istəyir. Əslində isə belə deyil. Qərbi bura gətirən Nikol Paşinyandır. Moskva bunu gözəl bilir. Əgər Qərb son vaxtlar burda fəallaşıbsa, bu prosesin də səbəbi ondan ibarətdir ki, Moskva özünü fəaliyyətsiz göstərir. Üçtərəfli bəyanatların həll edilməsi mütləqdirsə, niyə Moskva bu haqda danışmır? Niyə  bəyanatın 4-cü və 9-cu bəndlərinin həyata keçməsinə etinasız yanaşır? 4-cü bənd ermənilərin silahlı qüvvlərinin Qarabağdan çıxarılması, 9-cu bənd isə Zəngəzur dəhlizinin yaradılmasıdır ki, Ermənistan da bu duruma yox deyir. Ermənistan əslində Bakıya yox, Moskvaya yox deyir. Bakı onsuz da  öz xəttini İranın ərazisindən tikir. Biz dərinə getsək görürük ki, Zəngəzur dəhlizinin konfiqurasiyası, onun statusu, bütün elementlərinin hamısı Rusiyanın cızdığı plan  əsasında gündəmə gəlib. Azərbaycanın bəlkə də Zəngəzur dəhlizinə ehtiyacı yoxdur. Odur ki, Moskva burada kobud səhvlər edir. “Valday” diskussiya klubunda Putin özü bəyan etdi ki, mən Serj Sarkisyana demişdim, sən 5 rayonu qaytar, yumşalma əmələ gəlsin və biz onları məntiqi sonluğa çatdıraq. Buradan biz o qənaətə gələ bilərik ki, Moskvanın sözünü Serj Sarkisyan qulaqardına vurdu və Moskvanın planına yox dedi. Belə olduğu şəraitdə Azərbaycan 2020-ci ildə sentyabrın 27-dən başlayaraq prosesləri özü bildiyi kimi həyata keçirdi. Çünki ermənilərin təxribatları, hərbi hücumları aramsız bir hal almışdı. Əgər onların qarşısı alınmasaydı və bizim əks-hücum əməliyyatımız olmasaydı Ermənistan bu gün də bölgədə od püskürürdü. Odur ki, Azərbaycan həm beynəlxalq hüquq normalarının tələblərinin qüvvəsini bərpa etdi,  digər tərəfdən Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını həll etdi. Nəhayət, bölgədə sabit, normal bir durumun formalaşmasına yol açdı. İlk növbədə biz ərazi bütövlüyümüzü bərpa etdik. Xırda məsələ olan erməni icmasının Qarabağda yaşaması ilə bağlı məsələ qaldı. İndi bu proseslərə Rusiya, bizim dillə desək, haram qatmaq istəyir ki, sürüşkən bank işçisi Ruben Vardanyanı bura gətirsin, onu öz qubernatoru kimi təsdiqləsin. Ancaq Prezident İlham Əliyevin fikirlərində çox böyük məntiq, dərin bir yanaşma var. Bura yad element gələ bilməz. Azərbaycan dövləti onu qəbul etməyəcək. Biz artıq bilirik ki, Qarabağda ermənilərin əksəriyyəti  Azərbaycan vətəndaşlığını almağa hazırdır. Bunu bilən Moskva çalışır yenə də proseslərdə gərginlik, qarşıdurma meyllərini, eləcə də separatizm nüvəsini fəallaşdırsın. Bu alınan iş deyil. Çünki Azərbaycan həqiqətən də güclü bir məmləkətdir. Rusiya istəmirsə Azərbaycanla münasitlərində dərin problemlər yaşasın, o zaman bu prosesdə Azərbaycana sadəcə mane olmasın. Birinci ona görə ki, biz müttəfiqik. Digər tərəfdən isə, biz Rusiyanın maraqlarını bütün proseslərdə nəzərə alırıq. Rusiya bu durumun qüvvəsində qalmasını istəyirsə, bizə mane olmamalıdır. Əks təqdirdə bizim alternativ gedişlərimiz də var. Əminəm ki, Prezident İlham Əliyev Rusiyanın istənilən lazımsız manevrinin qarşısını ala biləcək”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ