çərşənbə axşamı günü, 15 sentyabr 2026
     

Albaniya Balkan yarımadasında Azərbaycanın etibarlı tərəfdaşına çevrilir...

Image


Müasir Azərbaycanın  beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsi və möhkəmlənməsi ölkəmizin xarici siyasətinın başlıca prioritetləri sırasında yer alır. Bu fonda Azərbaycan müxtəlif ölkə və təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın qurulması və inkişafını daim xüsusi diqqətdə saxlayır. Elə Prezident İlham Əliyevin Albaniyaya səfərinə də bu prizmadan yanaşmaq lazımdır.

Qeyd edək ki, noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Albaniyaya dövlət səfəri başlayıb. Paytaxt Tiranada Prezident İlham Əliyevin Albaniya dövlət başçısı Bayram Beqay ilə təkbətək və geniş tərkibdə görüşü olub. Tərəflər qarşılıqlı münasibətlərin inkişafında öz maraqlarını ifadə ediblər. Elə Azərbaycan Prezidentinin də səfərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Onu da bildirək ki, beynəlxalq platformalarda, o cümlədən Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasəti fonunda Albaniya daim Azərbaycana dəstək verib. Prezident İlham Əliyev də Albaniyanın dəstəyini yüksək qiymətləndirib. Dövlət başçısı Albaniya prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı bildirib: “Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”. Azərbaycan da daim Albaniyaya dəstək göstərib. Xatırladaq ki, 2019-cu il 26 noyabr tarixində Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən humanitar yardım olaraq 500 min avro ayrılıb. Albaniyanın enerji təhlükəsizilyinin təmin edilməsində də Azərbaycanın rolu artır. Enerji sahəsində əməkdaşlıq iki ölkənin iqtisadi əlaqələrinin əsas istiqamətidir. “Cənub Qaz Dəhlizi”nin sonuncu seqmenti olan “Transadriatik” boru kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edib. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Albaniya TAP vasitəsilə “Cənub Qaz Dəhlizi”nin iştirakçısıdır. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniyanı öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Layihə həmçinin Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edib. Qeyd edək ki, TAP konsorsiumu Albaniyaya 1,5 milyard avro dəyərində sərmayə yatırıb. Layihənin ömrü ərzində ölkəyə gözlənilən vergi ödənişləri 285 milyon avro olacaq. Bu fonda Prezident İlham Əliyev Albaniya prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı qeyd edib: “Bizim qaz ehtiyatlarımız çox zəngindir və hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfəyə genişləndirilməsi məsələsi müzakirə olunur. “Cənub Qaz Dəhlizi” layihəsi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq “Cənub Qaz Dəhlizi”nin ayrılmaz hissəsi olan hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Bu onu göstərir ki, buna böyük ehtiyac var, təlabat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi artıq tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük”. Dövlət başçısı bildirib ki, Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bugünə qədər keçirilmiş “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının bir çox toplantılarında Albaniyanın nümayəndələri həmişə çox fəal iştirak ediblər: “Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb və bu memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Və təbii ki, bu qaz Albaniya üzərindən keçəcək və beləliklə Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcək”.

Hazırda Albaniya üçün də Azərbaycanla əməkdaşlığın inkişafı ön planda yer alır. Albaniya Prezidenti Bayram Beqay də bildirir ki, ölkəsi Azərbaycanla daha sıx əməkdaşlığa can atır. Onun sözlərinə görə, Albaniya Azərbaycanla enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sair sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin Tiranaya səfərini iki dövlət arasında münasibətlər baxımından tarixi adlandırıb: “Mən siyasi dialoqumuza və əməkdaşlığımıza ən yüksək qiymət verirəm. Əminəm ki, bu səfər gələcəkdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığa güclü təkan verəcək". Albaniya prezidenti bildirib ki, müzakirələrdə əsas diqqət ümumi maraq doğuran sahələrin və əməkdaşlığın dərinləşdirilməsinin konkret yollarının müəyyənləşdirilməsinə yönəldilib: “Biz yaxın illər üçün əməkdaşlığın konkret mərhələlərini və proqram ardıcıllığını müəyyənləşdirmək üçün ən yaxşı siyasi və texniki vasitə kimi 2023-cü ildə birgə iqtisadi komissiyanın keçirilməsinin zəruriliyi barədə danışdıq”. Onu da bildirək ki, 2021-ci ildə Albaniya Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,95 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 0,66 milyon dollar, ixracın həcmi 4,29 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə müsbət 3,63 milyon dollar olub. Əvvəlki illə müqayisədə, ötən il Albaniya ilə ticarət dövriyyəsi 12,83 dəfə çox olub, o cümlədən idxal 70,47 faiz artıb, ixrac əməliyyatları bərpa olunub. 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,45 milyon dollar, o cümlədən idxalın həcmi 1,14 milyon dollar, ixracın həcmi 0,31 milyon dollar təşkil edib. "Albanian Daily News” nəşri isə bu günlərdə belə bir yazı ilə çıxış etmişdi ki, Azərbaycan son 30 ildə Albaniyada ən mühüm investora çevrilib: “Albaniyada TAP qaz kəmərinin region üçün əhəmiyyətini vurğulayırlar. Belə ki, TAP qaz kəmərinin başlanğıcını Albaniyadan götürəcək IAP layihəsi ilə davam etdiriləcəyi gözlənilir. Bu, Albaniya iqtisadiyyatına əhəmiyyətli “nəfəs” verə və gələcəkdə, xüsusən də Avropada mövcud enerji böhranı şəraitində sabitliyi təmin edə bilər. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyat, diplomatiya və ticarət sahələrində özünün ən yaxşı dövrlərindən birini yaşayır. Enerji böhranı və mövcud geosiyasi vəziyyət ölkəyə dünya ticarətində mühüm tranzit qovşağı, Avropa üçün həyati əhəmiyyətli enerji mənbəyi kimi mövqeyini möhkəmləndirməyə imkan verib. Azərbaycan energetika və ticarət sahəsində avropalılar üçün əsas həmsöhbətə çevrilib. İki tərəf arasında görüşlərin yüksək intensivliyi də bunu sübut edir”. Məqalədə Azərbaycan qazının Avropaya ixracının 30%-dən çox artdığı və bununla “köhnə dünya”nın alternativ təchizatçılarından birinə çevrildiyi diqqətə çatdırılır. İqtisadiyyatla yanaşı, ölkələrimiz arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumlarına bir qayda olaraq Albaniya Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri qatılıblar. Albaniya 2022-2023-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Həmçinin Dünya Bankı, UNESCO, NATO, Ümumdünya Ticarət Təşkilatı, Avropa Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkədir. 2014-cü ildən Avropa İttifaqına üzvlüyə rəsmi namizəddir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Aralıq dənizi İttifaqı da daxil olmaqla Enerji Birliyinin qurucu üzvlərindən biridir. Bu mənada beynəlxalq müstəvidə Albaniya ölkəmiz üçün mühüm tərəfdaş hesab oluna bilər.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

15.09.2026 / 19:55
ABŞ Azərbaycanda da fəaliyyət göstərən Rusiya bankını İrana görə sanksiya siyahısına saldı...

15.09.2026 / 19:41
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir

15.09.2026 / 19:25
Səudiyyədən Məkkə, Ciddə və Taifə hücum xəbərdarlığı - sakinlərə çağırış edildi…

15.09.2026 / 19:12
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub

15.09.2026 / 18:33
Naxçıvanda ümumi daxili məhsul artıb, amma inflyasiya yüksək, əməkhaqqı azdır...

15.09.2026 / 18:15
Dəyişkən iş qrafikinin nəqliyyat sıxlığına səmərəli təsiri (?) 1 həftə sonra bilinəcək...

15.09.2026 / 17:58
Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

15.09.2026 / 17:53
Ermənistan "qaz bucağına" sıxışdırılır - xilas yolu Azərbaycanın dəhlizindədir...

15.09.2026 / 17:42
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb

15.09.2026 / 17:36
Xırdalanda əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız öldü...

15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

15.09.2026 / 17:15
XIN-dən Nyu-Yorkda gözlənilən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama...

15.09.2026 / 17:10
"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik" - Prezident

15.09.2026 / 17:04
Prezident: "Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"

15.09.2026 / 17:03
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident

15.09.2026 / 17:02
Prezident İlham Əliyev: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

15.09.2026 / 16:57
"Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır" - Prezident

15.09.2026 / 16:51
Ermənistanın sülhpərvərliyi şübhə doğurur

15.09.2026 / 16:50
Körfəz ölkələrinin İranla “Hörmüz danışıqlarını” kim pozdu?..

15.09.2026 / 16:48
Prezident İlham Əliyev: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15.09.2026 / 16:47
"Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib" - Prezident

15.09.2026 / 16:44
Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

15.09.2026 / 16:43
"Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" - Prezident

15.09.2026 / 16:41
"Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" - Prezident İlham Əliyev

15.09.2026 / 16:37
Prezident dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışdı

15.09.2026 / 16:35
Borçalı aşıqlarının möhtəşəm konserti keçirildi...

15.09.2026 / 16:34
"Azərbaycan xalqı dünyada bir presedent yaratdı" - Prezident

15.09.2026 / 16:32
Prezident: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

15.09.2026 / 16:31
"Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir" - Prezident

15.09.2026 / 16:30
Prezident İlham Əliyev: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

15.09.2026 / 16:27
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib" - Prezident

15.09.2026 / 16:09
Ayaz Əsgərov Yardımlının İcra başçısı vəzifəsindən azad edildi

15.09.2026 / 16:08
Azərbaycan Rusiya ilə birgə ali təhsil ocağı yaradır - VİDEO

15.09.2026 / 16:08
Tramp Britaniyanın parçalanmasına rəsmən start verdi...

15.09.2026 / 15:56
Çoxuşaqlı ailə anlayışına əl gəzdirməyin vaxtı çatıb, hətta gecikib - 6 uşaqlı ailə var?

15.09.2026 / 15:24
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlandı...

15.09.2026 / 15:17
"Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub" - Nazir

15.09.2026 / 15:09
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki dəmir yolu layihəsinin 75 faizi icra olunub...

15.09.2026 / 15:03
Hakan Fidan Qars-Dilucu dəmir yolunun 2029-un sonuna kimi tamamlanacağını açıqladı

15.09.2026 / 14:55
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov

15.09.2026 / 14:50
"Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var" - Hakan Fidan

15.09.2026 / 14:44
Rusiya Polşanı hədələdi - 2-3 gün ərzində yox edəcəyik…

15.09.2026 / 14:34
Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyarda çatıb

15.09.2026 / 14:30
Ukraynanın Qara dənizə çıxış limanı bağlandı

15.09.2026 / 14:11
Ceyhun Bayramov yaxın günlərdə Nyu-Yorkda Mirzoyan görüşəcək…

15.09.2026 / 13:57
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etd

15.09.2026 / 13:44
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür etdi

15.09.2026 / 13:30
Ramiz Mehdiyevin AMEA üzvlüyü məsələsinə istintaq orqanlarının qərarından sonra baxılacaq...

15.09.2026 / 13:12
Prezident İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO

15.09.2026 / 13:02
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlandı

15.09.2026 / 12:36
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 12:24
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - FOTO/YENİLƏNDİ

15.09.2026 / 12:05
Yardımlıda əməliyyat - keçmiş məhkum 8 kq narkotiklə saxlandı

15.09.2026 / 11:43
Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlandı

15.09.2026 / 11:27
Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir

15.09.2026 / 11:25
“Ermənistandan bazanın Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almamışıq” - Qaluzin

15.09.2026 / 11:09
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15.09.2026 / 10:56
“Şərtlər yerinə yetirilməyənə qədər danışıqlar olmayacaq. Nöqtə!" - İrandan ABŞ-a qəti mesaj...

15.09.2026 / 10:40
Ukrayna Sızran neft zavodunu ikinci dəfə bombaladı - Taqanroqdakı Ozon anbarı da vuruldu…

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:32
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması enerji sektorunda əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər" - Nazirlik

15.09.2026 / 09:10
Bülənt Arınc “kimin bostanına daş atdı”? - “…yerinə utandım”…

15.09.2026 / 08:48
Rusiya Ermənistana qaz nəqlini 11 günlüyə dayandırır - təmir, ya nəbz yoxlanışı?

15.09.2026 / 08:25
Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə kövbəti köç karvanı yola salındı

15.09.2026 / 08:10
Bu gün Azərbaycanda Bilik günüdür

15.09.2026 / 08:09
Öcalana villa tikilib - kim, kimin pulu ilə?.. İnanılmaz…

15.09.2026 / 07:40
Binali Yıldırımın başında “qara buludlar” dolaşır? - Ailə sərvət təlaşında…

15.09.2026 / 07:14
Litva səmasında PUA həyəcanı - yardıma NATO qüvvələri gəldi

15.09.2026 / 06:50
Putinin dostundan Trampın oğluna maraqlı toy hədiyyəsi - Baham adalarında “iki inanılmaz şənlik gecəsi”…

15.09.2026 / 06:42
Trampın oğlu Gürcüstanda 2 milyardlıq yaşayış kompleksi tikəcək - təkcə “Trump Tower” 200 milyon…

14.09.2026 / 23:45
Şotlandiya, Uels və Şimali İrlandiya arasında tarixi razılaşma - Britaniyanın parçalanmasına doğru ilk addım atıldı…

14.09.2026 / 22:20
BRİCS çat verdi - Rusiya və İran umduqları dəstəyi ala bilmədilər...

14.09.2026 / 22:03
Pakistan Ermənistanda səfirlik açmaqla tələsdimi...?

14.09.2026 / 21:47
Faşizmin yenidən hakimiyyətə qayıdış xofu Almaniyanı bürüyüb - 2-ci torpaqda təlaş...

14.09.2026 / 21:32
Neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəniz arteriyası İrana bağlı qüvvələrin nəzarətinə keçir

14.09.2026 / 21:16
Hörmüzdəki “partlayışın” əks-sədası gəldi - Azərbaycan və Qazaxıstan operatorlarının imkanları dəyişəcək..

14.09.2026 / 21:01
Çin və hind liderlər Ukrayna məsələsində Putinin qarşısına dikildilər...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ