Cümə axşamı günü, 12 noyabr 2026
     

Zəngəzur dəhlizi ləngiyir - dünya narahatdır

Image


Ermənistanın Zəngəzur dəhlizinin açılışını ləngitməsi təkcə Azərbaycanda yox, Avropada, Rusiyada, Çində də narahatlıqla qarşılanır. Çünki bu dəhliz Avrasiya məkanında nəqliyyat daşımaları baxımından mühüm yeniliklər vəd edir. Ondan istifadə etmək istəyən ölkələrin sayında sürətli artım da qeyd edilənlərin təsdiqidir.

Məsələ ilə bağlı Səudiyyə Ərəbistanının ingilis dilində çıxan nüfuzlu “Arabnews” qəzetində dərc olunmuş Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakışın “İpək Yolunun orta dəhlizinin əhəmiyyəti artır” sərlövhəli analitik məqaləsində də vurğulanır ki,  Zəngəzur dəhlizi Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında böyük önəm kəsb edir. Müəllif Ermənistan ərazisindəki Zəngəzur dəhlizində yaranan dar boğazın mühüm strateji əhəmiyyətə malik olduğunu vurğulayaraq yazır: “Azərbaycanın Naxçıvan anklavı ölkənin əsas ərazisindən Ermənistana məxsus təxminən 60 kilometrlik dəhlizlə ayrılır. 2020-ci il Qarabağ müharibəsindən sonra Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan arasında atəşkəs əldə etmək üçün vasitəçilik edib. Atəşkəs sazişinin 9-cu maddəsində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Əgər Ermənistan Türkiyə ilə münasibətlərini bərpa etsə, bu dəhlizi yenidən aktivləşdirə və öz vətəndaşları üçün minlərlə, hətta on minlərlə iş yeri yarada və artan ticarətdən faydalana bilər. Dəhliz Araz çayının şimal sahilini izləyir. Lakin İran Naxçıvanla Azərbaycan arasında eyni çayın cənub sahilində yolun çəkilməsində maraqlıdır. Tehran Arazın şimal sahilində dəhlizin yaradılmasında ona görə maraqlı deyil ki, o, Azərbaycanı Naxçıvanla tam birləşdirmək istəyir, əksinə, Türkiyənin həm Azərbaycana, həm də Xəzər dənizinin o tayındakı Orta Asiya türk respublikalarına çatmaq üçün istifadə edəcəyi yola nəzarət etmək niyyətindədir. Ermənistan Laçın dəhlizi ilə bağlı analoji vəziyyətə normal baxır və bu vasitə ilə Qarabağdakı azsaylı ermənilərlə nəqliyyat əlaqəsi həyata keçirir. Azərbaycan isə, haqlı olaraq, Zəngəzur dəhlizinin də fəaliyyətə başlamasını tələb edir. Əslində, Türkiyənin Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə Azərbaycanla alternativ quru yolu əlaqəsi var. Odur ki, Ermənistanın problem yaratması Türkiyənin Orta Asiya türk respublikalarına çıxışına heç bir maneə törətmir, Lakin Zəngəzur dəhlizi daha asan və yükdaşımalar üçün maliyyə baxımından daha sərfəli olacaq”.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın Strateji Planlama və İnkişaf Departamentinin müdiri Xudayar Həsənli isə diqqəti ona çəkir ki, Zəngəzur dəhlizinin açılması Çindən ölkəmizə və region ölkələrinə dənizlə gələn yüklərin vaxt baxımından iki həftə daha tez çatmasına imkan verəcək. Onun sözlərinə görə, vaxta qənaət edilməsi ilə yanaşı, bu, qiymətə də öz təsirini göstərəcək: “Türkiyənin Mersin limanı üzərindən yüklər Zəngəzur dəhlizi ilə daşınsa, bu, ikiqat ucuz başa gələcək. Eyni zamanda sərhəd keçid məntəqəsinin olmaması da vaxta və xərcə təsir edəcək”. Departament rəhbəri qeyd edib ki, qlobal logistikada olduğu kimi regional logistikada da Zəngəzur dəhlizi vaxt və vəsait qənaəti baxımından önəmlidir: “Türkiyədən gələn TIR-lar Naxçıvandan Zəngəzur dəhlizi ilə Bakı limanına və oradan Asiyaya, eyni zamanda əksinə daha az vaxtda gedəcək və xərc də azalacaq”. Xudayar Həsənli onu da əlavə edib ki, Zəngəzur dəhlizi Orta Asiya ölkələrinin gübrə məhsullarının daşınması baxımından da vacibdir: “Gübrə məhsullarının Afrika ölkələrinə daşınması vaxtı azalır, çünki Gürcüstanın Poti limanı vasitəsilə daşınma daha böyük vaxt və xərc tələb edir”.  Burada  onu da xüsusi qeyd etmək lazımdır ki,  Zəngəzur dəhlizinin açılması Ermənistanın hüquqi öhdəliyidir. Ermənistan tərəfi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli  bəyanatın 9-cu bəndi ilə üzərinə götürdüyü öhdəliyi pozaraq, Azərbaycanın qərb bölgələrinin Naxçıvanla  kommunikasiyalarının açılması prosesini yubadır. Azərbaycan isə öz növbəsində, yeni Laçın yolunu çəkməklə öz öhdəliyini dürüst şəkildə yerinə yetirir. Belə olduğu halda, Ermənistanın Zəngəzur dəhlizinin açılmasını ləngitməsi bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsindən başqa bir şey deyil. Ermənistanın “Qraparak” nəşri yazır ki, İrəvan danışıqlar yolu ilə razı olmasa, Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə açacaq, üç ildən sonra isə sülhməramlıların da bölgədən çıxarılmasına nail olacaq: “Siyasi dairələrdə sülh müqaviləsinin gerçəkləşməsinin sonuncu mərhələyə qədəm qoyduğu bildirilir. Bu ilin sonuna qədər Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll ediləcək. Tiflisdə tərəflər Qərbin təklif etdiyi müqaviləyə qol çəkə bilər. Paşinyanın da öz xalqı qarşısında deməyə sözü olacaq: “Gördünüz ki, mən Soçiyə də getdim, Tiflisə də. Hər iki variantda Qarabağ Azərbaycana keçir”. Əks təqdirdə razılıq əldə olunmasa, Əliyev bir hərbi əməliyyatla Qarabağı erməni silahlılarından təmizləyərək, yenə də öz istədiyinə çatacaq”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ