Cümə axşamı günü, 12 noyabr 2026
     

Dünya azərbaycanlılarının həmrəyliyi üçün yeni mərhələ başlanıb

Image


İranda iki aydır davam edən xalq etirazları fonunda gündəmə gələn əsas məsələlərdən biri burada yaşayan soydaşlarımızın hüquqları ilə bağlıdır.

Real vəziyyətin təhlili göstərir ki, güneyli soydaşlarımızın bütün fundamental hüquqları İrandakı rejimlər tərəfindən mütəmadi şəkildə pozulub. Elə indiki aksiyalar zamanı da rejimin təqib etdiyi etnik qruplar sırasında İrandakı azərbaycanlılar ön planda yer alır.

  • Azərbaycan dövləti İrandakı soydaşlarımızın hüquqlarına xüsusi diqqət ayırır

Hazırda İranda baş verənlər dünya ictimaiyyəti tərəfindən kəskin şəkildə qınanılır. Azərbaycan da bir dövlət olaraq baş verənlərdən narahatlığını açıq şəkildə büruzə verir. Bu mənada Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı prezident İlham Əliyevin dedikləri hələ də geniş müzakirə mövzusu olaraq qalır. Həmin çıxışında dövlət başçısı qeyd edib: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır”. Bununla yanaşı, prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir: “Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

Azərbayacan liderinin qeyd etdikləri Cənubi Azərbaycanda yaşayan soydaşlarımız üçün müstəsna önəmə malikdir. Çünki bu, onların İran rejimi tərəfindən əzilməsinin qarşısında Azərbaycan dövlətinin dayanacağının anonsudur. İndiki halda bu, olduqca mühmdür. Tehranın İrandakı erməni və azərbaycanlı icmalarına münasibətinə nəzər salmaqla da bunun zəruriliyini görməkolar. Düzünə qalsa, İranda Azərbaycan icmasından söhbət gedə bilməz. 40 milyondan çox İran azərbaycanlısı artıq icma deyil, bu, İslam Respublikasının 80 milyon əhalisinin əsas aparıcı qüvvəsi olmaq deməkdir.  Xatırladaq ki, devrilmiş sonuncu İran şahı Rza Pəhləvi Cənubi Azərbaycanı İran aslanının başı adlandırırdı. Şah tez-tez təkrar edirdi: “Güney Azərbaycansız İran başsız dövlətdir”. İranda baş verən üç Azərbaycan inqilabının tarixinə və nəticələrinə əsaslanan, Səfəvi və Qacar ​​hakimiyyətini yaddan çıxarmayan  şah nə dediyini yaxşı bilirdi. Hazırda iranda sayı cəmi 100 min olan erməni üçün bütün imtiyazlar verilib. Burada erməni dilində qəzetlər, dil tədrisi olan məktəblər, dövlət orqanlarında yerlər üçün kvotalar və biznes üçün güzəştlər var. Amma azərbaycanlı çoxluğa münasibətdə  bütün bunlar lazımsız və hətta təhlükəli hesab olunur. Azərbaycanlılar öz milli dillərini öyrənmək hüququndan məhrumdurlar. Teokratik İran millətçiliyi və böyük fars şovinizmi soydaşlarımızın hüquqlarını pozur. Azərbaycanlı kimliyinin hər hansı təzahürü, hətta azərbaycanlı futbol azarkeşləri ilə bağlı olsa belə, sionizmin bəslədiyi “qüdrətli Azərbaycan separatizmi” kimi qəbul edilir, hər bir hadisə İranın təhlükəsizlik xidməti tərəfindən ciddi şəkildə araşdırılır. Bunlar Azərbaycanofobiyanın bariz əlamətləri ilə böyük fars şovinizmidir. Hazırda da xarici təzyiqlərə, əyalətlərdə iqtisadi problemlərə qarşı mübarizədə uğursuzluğa düçar olan İran hakimiyyəti azərbaycanlılara qarşı davranışlarını sərtləşdirir. İran hökumətinin milli siyasəti buradakı 40 milyon azərbaycanlı üçün ciddi təhdidə çevrilib. Bu fonda Azərbaycan dövlətinin İrandakı soydaşlarımızın hüquqlarını qorumaq üçün kifayət qədər gücü var. Güney azərbaycanlılar da  44 günlük Vətən müharibəsi zamanı öz kimliklərini nümayiş etdirdilər, o zaman İranın üç Azərbaycan vilayətində yerli əhali Azərbaycan ordusunun ilk uğurlarını bir andaca böyük təntənə ilə qeyd etdi. Bundan başqa, Cənubi azərbaycanlılar İran texnikasının sərhədə keçirilməsi, İranın Ermənistana gizli silah-sursat verməsi ilə bağlı bütün faktları faş etdilər. Milli mənlik şüurunun yüksəlməsi bu fonda özünü qabarıq büruzə verdi.

  • Vətən müharibəsinin nəticələri Güney Azərbaycan üçün də yeni reallıqlar yaradıb

44 günlük Vətən müharibəsi zamanı İranın Ermənistana hərbi, maddi, logistik və informasiya dəstəyi göstərməsi heç kimə sirr deyil. Daha bir həqiqət odur ki, Azərbaycan Silahlı Qüvvələrinin ön dəstəsi Araz çayı boyunca irəliləyərkən qəflətən peyda olmuş və nədənsə bizim əraziyə keçmiş İran hərbçiləri kobudcasına bizim əsgərlərin yolunu kəsmişdilər. İkinci Qarabağ müharibəsindən əvvəl və sonra Qarabağa yanacaq göndərilməsi, Laçın rayonuna gələn TIR-larda İran dövlət qeydiyyat nömrələrinin Ermənistan nömrələri ilə əvəz edilməsi, tarixi Azərbaycan torpaqları olan Qafanda və Təbrizdə Ermənistan və İranın baş konsulluqlarının açılması da Tehranın anti-Azərbaycan siyasətinin göstəriciləridir. Bu siyasətə qarşı durmaq üçün azərbycanlıların həmrəyliyi indi daha mühüm önəm kəsb edir. Söhbət Araz çayının o taylı, bu taylı bütün Azərbaycan əhalisindən gedir.

Bunlara paralel olaraq, bütün dünya azərbaycanlılarının hüquqları təmin edilməlidir, o cümlədən cənub qonşumuzdakı soydaşlarımızn da. Vətən müharibəsindən sonra yaranan reallıqlar bu məsələyə indi daha çox diqqət edilməsinə imkan verir. Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsindəki tarixi zəfəri Ermənistanla bərabər həm də İrana sarsıdıcı zərbə vurub. Ölkəmizin Vətən müharibəsindən sonra həm regionda, həm də dünya miqyasında nüfuzunun artması İranı son dərəcə narahat edib. Azərbaycanın güclü və qüdrətli olması, demokratik bir ölkə kimi yüksək inkişaf səviyyəsinə çataraq diqqət mərkəzində özünə yer tutması Güney Azərbaycanda yaşayan soydaşlarımızın milli azadlıq mübarizəsinə stimullaşdırıcı təsir göstərir. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, İran üzrə mütəxəssis Lana Ravandi-Fədai bu xüsusda maraqlı açıqlamalar verib: “Azərbaycanlıların çoxluq təşkil etdiyi regionları qismən əhatə edən kütləvi etirazlar səbəbindən indi çətin vəziyyətdə olan İran “Azərbaycan separatizmi” təhlükəsindən qorxur. Rəsmi Tehran hesab edir ki, bu, Bakı ilə Ankara arasında fəal yaxınlaşmanı asanlaşdıra bilər. Etirazlarda çoxlu azərbaycanlı fəal iştirak edir. İran vətəndaşı olan ermənilər isə ümumiyyətlə rejimə sadiq qalırlar. İran Ermənistanı fəal şəkildə dəstəkləyir və çox güman ki, bundan sonra də dəstəkləyəcək. Bundan başqa, Tehran hakimiyyətinin Yaxın Şərqdə özü üçün “1 nömrəli düşmən” hesab etdiyi Azərbaycan-İsrail fəal əməkdaşlığı iranlıları qane etmir”. Bütün bunalr fonunda Güney Azərbaycanad  milli oyanış özünü qabarıq büruzə verir, dünya azərbaycanlıları arasında həmrəylik daha güclü hala gəlir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ