Cümə axşamı günü, 12 noyabr 2026
     

Vasitəçilər “xalqları sülhə hazırlayın deyir”, Ermənistanda cəmiyyətin düşmənçilik ruhunu körükləyirlər...

Image


“Bu gün Ermənistanın problemlərinin çoxu Türkiyə və Azərbaycandan gəlir”. Bunu türkoloq Varujan Qeqamyan İrəvanda erməni türkoloqların iki yeni kitabının təqdimatı mərasimində deyib. Təqdimatda Azıərbaycan və Türkiyədən gələn “təhdid və təhlükələr” müzakirə olunub.

Kitabların hər ikisi Azərbaycan və Türkiyəyə nifrət hissləri ilə yazılıb. Bunlardan biri “Nifrət ritorikasının klassik hədəfləri”: 2019-2021-ci illərdə Türkiyə və Azərbaycan media sahəsində ermənilər və Ermənistan” adlı kollektiv monoqrafiya, digəri isə Türkiyəyə nifrət dolu “Dünya dövrünün ideoloji konstitusiyası” kitabıdır.

Türkoloq V.Qeqamyanın sözlərinə görə, Ermənistanda son aylarda keçirilən ictimai rəy sorğuları göstərir ki, Ermənistan əhalisinin əksəriyyəti, nəyin bahasına olursa olsun, Türkiyə ilə münasibətlərin qurulmasının  əleyhinədir: “Üstəlik, onlar Türkiyəni, Azərbaycanı siyasi, iqtisadi təhdid, təhlükəsizliyə təhdid hesab edir. Hakimiyyət təmsilçiləri isə cəmiyyətdə müsbət tendensiyaların olduğunu söyləyirlər - bu, reallığın tam təhrifidir. Bu, ölkədəki mövcud olan ictimai əhval-ruhiyyəyə heç bir şəkildə uyğun gəlmir. Biz əminik ki, dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrin öhdəsindən yalnız elmi yanaşma ilə gəlmək olar. Bu çağırışların çoxu bu gün Türkiyə və Azərbaycandan gəlir. Ona görə də, bu çağırışlara, əks-hərəkətlərə effektiv şəkildə qarşı çıxmaq üçün, niyə də olmasın, sərhədlərin o tayında üzləşdiyimiz miqyası və məqsədləri tam dərk etmək lazımdır”.

Ümumiyyətlə, erməni mediasında tez-tez xəbərlər yayılır, belə fikirlər aktuallaşdırılır ki, Ermənistanda cəmiyyət nə Türkiyə ilə, nə də Azərbaycanla sülh sazişinin imzalanmasını istəyir. Guya buna düşmən kimi baxırlar. Ancaq halbuki, vasitəçilərin təşəbbüsü ilə Praqada, Soçidə keçirilən danışıqlarda əsas fikirlərdən biri xalqların guya sülhə hazırlanmasından ibarət idi. Yəni Ermənistan hakimiyyəti də cəmiyyəti sülhə hazırlamalıdır. Maraqlıdır ki, Ermənistanda müəyyən ictimai, elmi dairələrdən gələn və əslində düşmənçilik fikirlərini qızışdıran belə bəyanatlara qarşı hakimiyyət tərəfindən rəsmi olaraq hər hansı bir addım atılmır. Əksinə, erməni cəmiyyəti Azərbaycan və Türkiyənin üstünə düşmənçilik ruhunda daha çox köklənir. Yəni Ermənistan cəmiyyətinin Azərbaycanla sülhə hazır olmaması, bunu istəməməsi necə təhlükəli faktor sayıla bilər? Əgər doğrudan da cəmiyyət bunu istəmirsə, bu necə imzalanacaq? Yox, əgər erməni cəmiyyəti sülh istəyirsə, o zaman niyə bu qədər yalan fikirlər ortaya atılır, təbliğat aparılır?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: “Münaqişənin doğurmuş olduğu humanitar fəlakət uzun müddət qarşıdurma şəraitində yaşamış erməni və Azərbaycan cəmiyyətlərinin psixoloji durumunda dərin, uzun müddət silinməyəcək izlər qoyub. Bu, psixoloji durumun saglamlaşdırılması, cəmiyyətlərin sülh və barışıq müqavilələrinə uyğun səviyyəyə gətirilməsi zərurətini yaradir. Bu təbliğatı, ideoloji iş dövlət qurumlaı ilə yanaşı, xalq diplomatiyası, elm, təhsil, mədəniyyət təmsilçilərinin də bu işə cəlb edilməsini vacib edir. Uzun müddət “Böyük Ermənistan” xülyasının reallaşacağına inandirilmiş, millətçilik azarına tutulmuş erməni cəmiyyətində bu işin həyata keçirilməsi daha ağır, çətin və keşməkeşlidir. Bununla belə, Ermənistanın sabahı və gələcəyi naminə erməni cəmiyyətinin sağlam, millətçilik azarına mübtəla olunmamış elm, mədəniyyət, nəhayət siyasi dairələri buna getməlidirlər. Lakin ayrı-ayrı erməni siyasətçilərin konyunktur, korporativ maraqları, erməni kilsəsinin uzun müddət münaqişənin alovlanmasına xidmət etmiş destruktiv, qızışdırıcı mövqeyi ümumi işə mənfi təsir edir. Nəhayət bölgədə maraqları üst-ustə düşməyən qlobal maliyyə, beynəlxalq güc mərkəzlərinin sözdə bir, əməldə isə fərqli addımları sülh müqaviləsinin xöş məram kimi erməni cəmiyyəti tərəfindən qarşılanması işinə müsbət təsir göstərmir. Bununla belə, erməni xalqı qarşısında məsuliyyətini anlayan siyasi tərəflər, siyasi iradə və qətiyyət nümayiş etdirəcəkləri təqdirdə, erməni cəmiyyətində olan çaşqınlığa aydınlıq gətirilə bilər. Lakin Ermənistandakı siyasi isteblişmentin məlum beynəlxalq güc mərkəzlərindən olan asılılığı nəzərə alınarsa, son və qəti qərari indiki geosiyasi reallıqlar şəraitində onların verməyəcəyi birmənalıdir”.

Bu baxımdan politoloq hesab edir ki, erməni cəmiyyətini sülhə hazırlamaq üçün bir sıra addımlar atılmalıdır.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ