Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan-Ermənistan sülhünü tezləşdirmək Qərbin ölüm-dirim məsələsinə çevrilir

Image


Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin İctimai televiziyasına geniş müsahibəsində səsləndirdiyi fikirlər Qarabağ məsələsində rəsmi İrəvanın Azərbaycanın haqlı mövqeyini qəbul etdiyini göstərir. Bundan öncə hökumətin iclasında Azərbaycan, Qarabağ məsələsi barədə cəfəng iddialar səsləndirən Paşinyan müsahibəsində fərqli mövqe sərgiləyib.

Ermənistan hökumətinin Qarabağ məsələsində hazırkı mövqeyinə dair verilən “Qarabağ Ermənistandır və nöqtə, yoxsa Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə çoxdan barışıb” sualına cavab verərkən o deyib: “Əgər biz Ermənistanı və Qarabağdakı erməniləri fəlakət qarşısında qoymaq istəmiriksə, təkbaşına bütün dünyaya qarşı mübarizə apara bilmərik, çünki bunu bacarmarıq”. Paşinyan vurğulayıb ki, 1996-cı ildə dünya birliyi Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu qəbul edib: “Ermənistanın veto qoymasına baxmayaraq, ATƏT-in 1996-cı il Lissabon sammitində Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu bildirilib. Bütün ölkələrin mövqeyi BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən də məlumdur. Ermənistan da Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıdı. 2007-ci ildə tanıdı. Bunu nə vaxta qədər təsdiqləməmək olar? Məsələ burasındadır ki, biz bunu görmək istəyirik, yoxsa yox. Bəlkə bütün problemlərimiz özümüzdən irəli gəlir”. Jurnalistin rəsmi Bakının Ermənistanın 1991-ci il Almatı Bəyannaməsinə istinad edərək, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sualına Paşinyan belə cavab verib: “Almatı Bəyannaməsi bizim qanunvericiliyimizin bir hissəsidir. O, 1992-ci ilin fevralında Ermənistan Ali Soveti tərəfindən təsdiqlənib. Mən Almatı Bəyannaməsini qəbul etmədiyimi desəm, Ermənistanın qanunvericiliyini tanımamış olaram”. O, Qarabağ probleminin tənzimlənməsinə dair iki yanaşmadan - Qərb və Rusiya yanaşmasından danışıb. Bildirib ki, Rusiyanın təklifinin Ermənistan üçün pozitiv, Qərbin təklifinin isə neqativ olduğuna dair şayiələrin heç bir əsası yoxdur. Ermənistanın “Qraparak” nəşri yazır ki, əslində, Paşinyan Azərbaycana qarşı çıxmasının mümkünsüzlüyünü anlayır: “2022-ci il noyabrın 8-də İlham Əliyev Şuşadan Ermənistan hakimiyyətinə barmaq silkələyərək deyirdi ki, strateji mövqelərimizdən Gorus, Qafan, Cermuk, hətta Göyçə gölünü görə bilərik və Ermənistan hakimiyyəti bunun nə demək olduğunu başa düşməlidir. Paşinyanın hələ də çoxlu sirləri var. O, yəqin ki, İlham Əliyevə, Türkiyəyə, Qərbə yerinə yetirə bilmədiyi sözlər verib. Hətta Ermənistandan keçən ekstraterritorial dəhliz də mövcud ola bilər. İlham Əliyev Naxçıvanla mövcud magistral yollarla birləşməyə razı deyil. Paşinyan Ermənistana daxil olmaq üçün 3 keçid məntəqəsi, 3 magistral yol təklif edib, ancaq Azərbaycan eyham vurur ki, dəhliz vəd edilib və indiyədək bu istiqamətdə heç bir iş görülməyib. Nikol susur. Bunları deyə bilmədiyi üçün susur: “Verirəm, verirəm, qardaş, amma Moskvadan, Tehrandan olan əmilərim razılaşmır”. Sən qəribə adamsan, Paşinyan. Əvvəldən bilmirdin ki, əmilərin o dəhlizə razı olmaz, niyə söz verirdin? Böyük siyasətin öz qanunları var. Biz buna Ukraynanın timsalında əmin ola bilərik. Ukraynada münaqişə bitmək üzrədir. Qərb Zelenskini yavaş-yavaş sülhə sürükləyir, ondan sonra onu siyasətdən uzaqlaşdıracaqlar. Ukraynanın qalan hissəsində Krımın, Donbassın, Zaporojyenin, Xersonun, hətta bəlkə də Xarkovun iştirak etməyəcəyi yeni seçkilər keçiriləcək. Qərb isə bu güzəştləri edir, çünki xalqın Zelenski hökumətindən narazılığı Ukraynada artıq nəzərə çarpır və bu, üsyana və ABŞ, Aİ və NATO-nun Ukraynadan çıxmasına gətirə bilər. Bizim regionda da vəziyyət, demək olar ki, eynidir. ABŞ Azərbaycanla Ermənistan arasında vəziyyəti düzəltməyə çalışır. Qərb anlayır ki, müharibə şiddətlənəcəyi təqdirdə Cənubi Qafqazda bütün “qazanclarını” itirəcək və bu gün İrəvan və Bakı ilə işləyir ki, sabah Moskva və Tehranla işləmək məcburiyyətində qalmasın”.

Bütün bunları dolayı yolla fəaliyyəti dayanmış ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, səfir Riçard Hoqland da təsdiq edir. O xatırladır ki, ABŞ dövlət katibi Entoni Blinken noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşündən öncə açıqlamalar verərkən Birləşmiş Ştatların Azərbaycan və Ermənistanın suverenliyinin güclü dəstəkçisi olduğunu vurğulayıb: “Dövlət Departamentinin açıqladığı bəyanata əsasən, Birləşmiş Ştatlar hər iki ölkə tərəfindən davamlı sülh razılaşması istiqamətində işləmək üçün real addımlar atdığını görür. Mən ABŞ-ın Qafqaz danışıqları üzrə xüsusi müşaviri, səfiri Filip Rikerlə söhbət etmişəm və biz dövlət katibi Blinkenlə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən görüş haqqında danışmışıq. O mənə dedi ki, hamınızın gördüyü bəyanatlardan başqa real konsensus var. Görüş açıq, səmimi və peşəkar keçib. Bu, irəliyə doğru bir addım idi. Blinken həqiqətən Cənubi Qafqazda sülh prosesinə sadiqdir, lakin bu, ABŞ-ın maraqlarına görə deyil. Bunun səbəbi Birləşmiş Ştatların 10, 20, 30 il və daha çox müddət ərzində regionda mübahisəli ərazilərə görə dağıntılar, təhlükələr və ölüm hallarını müşahidə etməsi ilə bağlıdır və Baydenin administrasiyası heç bir başqa oyunçuya qarşı hərəkət etmir. Biz Cənubi Qafqaz xalqları naminə fəaliyyət göstəririk. Regionda 20 ildən artıq fəaliyyət göstərən bir şəxs kimi mən hökumətim tərəfindən bu addımların atıldığını eşitdiyimə çox şadam”. Sabiq diplomat hesab edir ki, Rusiyanın regionda təsirinin azaldığı bir vaxtda Qərb Qafqazda sülh əldə olunmasında daha fəal ola bilər: “Ukraynada nə olacağını heç kim bilmir. Heç kim gələcəyi proqnozlaşdıra bilməz. Bu, Ukrayna xalqı və infrastrukturu üçün dağıdıcı, son dərəcə acınacaqlı bir vəziyyətdir. Bununla belə, biz həmişə irəliyə baxmalıyıq və ən yaxşı şeyə ümid etməliyik. Birləşmiş Ştatlar və Avropa İttifaqının regional sülh və sabitliyi təşviq etmək üçün yaxın gələcəkdə regionda diplomatiyası daha fəal olmalıdır. ABŞ Avropa İttifaqında həmkarlarımız və dostlarımızla çox sıx təmasdadır. Bu ilin əvvəlində mənim əvvəllər işğal olunmuş, indi azad edilmiş əraziyə avtomobil yolu ilə səyahət etmək kimi fövqəladə imkanım oldu. Mən Şuşa şəhərinə bir daha səfər etmək şərəfinə nail oldum. Artıq həmin vaxt bərpa işlərinin getdiyini görməyimə çox şad oldum. Mən bilirəm ki, o vaxtdan bəri daha çox işlər görülüb. Biz orada yaşayan insanlarla söhbət etdik və onlar dedilər ki, “biz uşaqlarımızı və nəvələrimizi sülh və təhlükəsizlik mühitində böyüdə biləcəyimizə ümid edirik”. Dünyanın hər yerində insanların istədiyi budur və biz ümid edirik ki, regionun xalqları üçün də bu belə olacaq. Ümid edirəm ki, Azərbaycan və Ermənistan hökumətləri bunu izləyirlərsə və biz onların bu proqramları izlədiyini bilirik, o zaman onlar ABŞ-ın mövqeyinin əslində nə olduğunu eşidəcəklər. Biz burada ona görə deyilik ki, özümüzü mərkəzdə qoymaq istəyirik. Biz təsir etmək istədiyimizi söyləmək üçün də burada deyilik. Bizim tariximizdə bir neçə dəfə olduğu kimi biz kömək göstərmək üçün fəaliyyət göstəririk. Biz regionun xalqları üçün mümkün olan ən yaxşı nəticəni görmək istəyirik. Regionda sülh, təhlükəsizlik, iqtisadi artım üçün imkan var. Gəlin, bunun necə baş verdiyini görək. Liderlərin insanları bir araya gətirə bilməsinə imkan verilsin ki, bu baş versin. Bu şəxsən mənim mesajım olardı”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ