Cümə axşamı günü, 12 noyabr 2026
     

İranda böyük təlatüm - rejim dəyişikliyi qaçılmaz hala gəldi

Image


Bəlli olduğu kimi, sentyabrın 16-dan bəri İranı son 40 ilin rejim əleyhinə ən irimiqyaslı etiraz dalğası bürüyüb. Bəziləri hesab edir ki, kütləvi çıxışlar İran cəmiyyətinə artıq əhəmiyyətli təsir göstərib.

Ekspertlər bu fonda diqqəti ilk növbədə ona yönəldirlər ki, İranda təxminən 2 ay əvvəl qadınlara qarşı zorakılıq əleyhinə başlayan kütləvi çıxışlar 1979-cu il İslam İnqilabından bəri hökumətin üzləşdiyi ən ciddi problem sayılır. Sentyabr ayında hicabla bağlı qaydaları pozmaq iddiası ilə əxlaq polisinin saxladığı gənc qadın Məhsa Əmininin ölümü ölkə boyunca hakimiyyətə qarşı etiraz çıxışlarına təkan verib. O vaxtdan bəri təhlükəsizlik qüvvələrinin amansız təqiblərinə müqavimət davam edir. Son bir neçə həftə ərzində mütəmadi olaraq hicab qaydalarını nümayişkaranə pozan qadınların görüntüləri yayılır, onlar zibil qutuları və maşınların üstünə çıxaraq baş örtüklərini yelləyir. Sosial mediada, aktrisa Fatma Motaməd-Arya kimi tanınmış simalar da daxil, ictimai yerlərdə hicabsız olan qadınların görüntüləri yayılır. Belə ictimai itaətsizlik nümunələrinin sayı İslam Respublikasının tarixində görünməmiş həddə çatıb. Bəzi paylaşımlarda hətta təhlükəsizlik qüvvələrinin yanında başı açıq qadınların şəkilləri də yayılır, baxmayaraq ki, rəsmilər qaydaların dəyişmədiyini deyirlər. Əxlaq polisinin sözçüsü Əli Xanməhəmmədi bildirir ki, hicabsız olmaq hələ də qanuna ziddir. Amma bu, iranlı qadınları etiraz etməkdən çəkindirməyib. Bu barədə BBC-yə yaşlı bir qadın bildirib. O, etirazlar başlayandan bəri tez-tez küçəyə hicabsız çıxdığını əlavə edir: “Keçən gün küçədə gedirdim və arxamda bir avtomobilin siqnal səsini eşitdim. Dönüb baxdım ki, maşında hicabsız gənc bir qadın var. O, öpüş və qələbə işarəsini göstərdi. Mən də elə eyni şeyi etdim, yəni qırx neçə gündə ölkə əvvəlki qırx ilə nisbətdə daha çox dəyişib”.

Hazırkı etirazları əvvəlki çıxışlardan fəqrləndirən daha bir cəhət də, belə demək olarsa, divarlar uğrunda mübarizədir. Sosial mediada divarlara şüar yazan insanların görüntüləri adi hala çevrilib. Bələdiyyələr qraffitilər olan yerləri yenidən boyalamağa çalışırlar. Lakin bu hədər yerə aparılan mübarizə sayılır. Əksər şüarlar etirazların dünyəvi xarakterinə işarə edərək, Ali dini lider ayətullah Əli Xamneyi və İranın teokratik rejimini hədəfləyir ki, bu da əvvəllər nadir müşahidə edilən bir haldır. Küçələrdə ictimai məkanlar uğrunda əsl mübarizə gedir: nümayişləri qadağan edən qaydalara məhəl qoymayan etirazçılar reklam lövhələrini ya sökür, ya da onun üzərinə öz şüarlarını yazır. İranlı yazıçı və fəal Aleks Şəms bildirir: “İnsanlar izdiham tərəfindən alqışla qarşılanan qızların və qadınların rəqs etdiyi müvəqqəti azad zonalar yaradıblar. Onlar repressiyaya son qoymaq tələbi ilə şüarlar səsləndirir, görüşüb hərəkatın hansı istiqamət alacağını müzakirə edirlər. Elə etirazların özü də fərqli bir gələcəyin təsəvvürünü yarada biləcək ən mühüm yerlərdən birinə çevrilib”. Hazırda məktəblilər ən fəal etiraz qruplarından biridir. Həyatını itirən gənclər iğtişaşların tanınan simvollarına çevrilib. Onlar sırasənda yer alan Nika Şəkərami və Zarina İsmayılzadə kimi adlar artıq paylaşılan həştəqlərə çevrilib və bir çox yerdəki qraffitilərdə onların simalarını görmək olar. Əvvəllər gənclərin etirazlarda belə əhəmiyyətli rolu olmayıb.

İnternetdəki videolarda şagirdlər (əsasən qızlar) hökumət əleyhinə şüarlar səsləndirir, ayətullah Xamneyinin şəkillərini cırır və yaxud da dərsliklərdəki şəkilləri həlak olan etirazçıların görüntüləri ilə əvəz edirlər. Sosial mediada yayılan videoların birində şagirdlər məktəbə çıxış etmək üçün gələn təhlükəsizlik qüvvələrinin zabitinə “Rədd ol!” deyə qışqırırlar. Almaniyada yaşayan iranlı müğənni və fəal Fəravaz Fəvardini də hesab edir ki, mövcud vəziyyətin yaratdığı hiddət etirazlara təkan verib: “Hər şey bahalaşmaqdadır və çoxlu təzyiqlər var. Məhsa Əmininin başına gələnlərdən sonra insanlar gördü ki, hətta siyasətlə məşğul olmayanlar da boş yerə öldürülə bilər. Məncə, bu bir çox insanı öz ümidləri uğrunda mübarizəyə cəlb etdi”. Bu etirazların əvvəlki hərəkatlardan fərqi həm də odur ki, aksiyalar İran cəmiyyətinin müxtəlif təbəqələrini hərəkətə gətirib. 2009-cu ildəki prezident seçkilərinin nəticələrindən sonra başlayan etirazların mərkəzində orta sinif dururdu. 2019-cu ildə isə yanacağın bahalaşması ilə bağlı kütləvi çıxışlar cəmiyyətin əsasən daha kasıb təbəqələrini cəlb etdi. Lakin hazırda müxtəlif etnik qrupların bir araya gəldiyini görmək olar və bunu nümayişlərin şüarları da əks etdirir. Aleks Şəmsə əsasən, hökumət etirazların etnik separatçılığa və vətəndaş müharibəsinə yol açacağını desə də, aksiyalar ölkənin birliyini sarsıtmayıb: “Müxtəlif mənşəli iranlılar arasındakı həmrəylik etirazlarda əsas rol oynadı, qorxu və şübhə baryerlərini dəf etdi. Hökumət etirazların dinə zidd olduğunu iddia etməyə çalışsa da, həm dindar, həm də qeyri-dindar insanlar bir araya gəldi, düşmən olmaqdan imtina etdi. Əvvəlki etirazlar İranda əhəmiyyətli dəyişikliklərə səbəb ola bilmədi, lakin indiki vəziyyətin fərqli olduğunu görmək olar. Son bir neçə həftə insanların nəyin mümkün olduğuna dair düşüncələrini kökündən dəyişdi. Və bu, özü-özlüyündə artıq bir qələbədir”. Bunu güneyli milli fəalların Azərbaycan Prezidenti İlham Əliyevə müraciətindən də görmək olar. Müraciətdə qeyd edilir: “Əziz və hörmətli prezident İlham Əliyev. Sizin də son zamanlarda vurğuladığınız kimi, Azərbaycan Respublikası xaricində yaşayan azərbaycanlıların çoxu Güney Azərbaycan türklərindən təşkil tapmaqdadır. Arazın cənubunda yaşayan Azərbaycan türkləri həmişə zorla ayrı düşdüyü Quzeydəki "özü”nü nəsildən-nəsilə röyalarında, mahnılarında qoruyub saxlamışdır. "Arazı ayırdılar, qum ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar" bayatısı hər bir azərbaycanlının beşikdən eşitdiyi laylası olmuşdur. Bu ayrılıq yarasının dərdi belə musiqi notları ilə birləşib sərhədləri aşıb dünyaya çatmışdır. Daha sonra bağrımız, Vətənimizin vandal düşmən tərəfindən işğal olunması ilə qana batsa da, Zati-alinizin rəhbərliyində və Vətən şəhidlərimizin qəhrəmanlıqları ilə külündən doğan güclü və iqtidarlı Azərbaycanın ortaya qoyduğu böyük əzm və birliklə, 44 günlük vətən muharibəsi sonunda bütün azərbaycanlılara gələcəyin işıqlı olduğunu göstərmişdir. Bu gün İranda baş verən hadisələr və rejim və onun müxalifətinin ortaya qoyduğu antitürk və antiazərbaycan siyasətləri hamıya aydındır. Biz buna inanırıq ki, yaxın gələcəkdə baş verəcək olan dəyişikliklər nəticəsində Cənubi Azərbaycanda yaşayan xalqımız öz müqəddəratını özü ələ alacaqdır. Bu günlərdə Azərbaycanda ən çox eşitdiyimiz xalq mahnısı "Yar bizə qonaq gələcək" mahnısıdır. İnanırıq ki, bu həsrət tezliklə bitəcəkdir. Hörmətli prezident, bu doğrultuda Güney Azərbaycan türkləri ilə bağlı tarixi bəyanatlarınız və dəstəkləriniz üçün Güney Azərbaycanın milli aktivistləri olaraq sizə öz təşəkkür və minnətdarlığımızı bildiririk”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ