Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün oyun qaydaları müəyyənləşdirir

Image


Birmənalı həqiqətdir ki, bu gün dünyada baş verən geosiyasi proseslər, yaşanan  müharibələr qlobal miqyasda bir çox iqtisadi və siyasi çətinliklərə səbəb olub. Xüsusilə Rusiya-Ukrayna müharibəsi dünya bazarının idxal və ixracatına hələ də mənfi təsirlərini göstərməkdədir.

Bu fonda aktual məsələlərdən biri də dünya bazarlarında təbii qaza olan tələbatın durmadan artmasıdır. Heç kimə sirr deyil ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi Avropa ölkələri üçün indi ən aktual və prioritet məsələlərdən biridir. Elə bu fonda da Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı durmadan artmaqdadır. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Tallin rəqəmsal sammitində çıxışı zamanı yenidən bu mövzuya toxunub. Onun sözlərinə görə, Azərbaycan qazını nəql edən və bu günlərdə açlışı olan Yunanıstan-Bolqarıstan interkonnektoru etibarlı mənbələrə çıxışın əldə olunması deməkdir: “Düzgün infrastruktur vacib əhəmiyyət daşıyır. Yaxşı xəbər ondan ibarətdir ki, Avropa hər gün keçdikcə daha böyük nailiyyətlər əldə edir. Bir neçə gün əvvəl Bolqarıstanla Yunanıstan arasında qaz interkonnektorunun açılışını etdik. O, Azərbaycandan və Aralıq dənizindəki mayeləşdirilmiş təbii qaz terminallarından qazı təkcə Bolqarıstana deyil, həm də Rumıniya, Serbiya və Şimali Makedoniyaya çatdıracaq. Bu marşrutlar Avropanın enerji təhlükəsizliyi üçün oyun qaydalarını dəyişir. Bu, bütün Aİ-də etibarlı enerji mənbələrinə çıxışın əldə olunmasını və Rusiya qazından asılılığın azalmasını ifadə edir”. Məsələyə nəzər salan Böyük Britaniyanın aparıcı qəzetlərindən biri “The Telegraph” qeyd edir ki, Azərbaycan yaxın gələcəkdə Avropaya təbii qaz tədarükünü ikiqat artırmağı planlaşdırır. O da vurğulanır ki, son 30 ildə Azərbaycan Qərb dövlətləri ilə təhlükəsizlik, enerji şaxələndirilməsi və regional əməkdaşlıq üzrə tərəfdaşlığa güclü diqqət yetirməklə balanslaşdırılmış müstəqil siyasət yürüdür. Bildirilir ki, Xəzər dənizinin sahillərində yerləşən və zəngin təbii ehtiyatlara malik olan Azərbaycan Avropaya qaz kəmərinin buraxılış gücünü iki dəfə artıracaq. Məqalədə cari ilin iyulunda Azərbaycanla Avropa İttifaqı arasında qaz təchizatının illik ötürülmə gücünün 2027-ci ildə 20 milyard kubmetrə çatdırılması barədə də razılaşma əldə olunduğu qeyd edilir. Bütün bunlar indiki halda Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, Rusiyadan Avropaya enerji ixracı durmadan azalır. Ursula fon der Lyayen bu xüsusda bildirir: “Rusiya kömüründən tamamən azad olmağı bacardıq”. Onun sözlərinə görə, ilin sonuna kimi Rusiyadan idxal edilən neftin həcmi 10%-ə endiriləcək: “Rusiya-Ukrayna müharibəsi başlayanda Avropa İttifaqına ixrac olunan qazın həcmi 40% idi. Son 7 ay ərzində bu rəqəmi 7,5%-ə endirməyi bacardıq”.Rusiyaya tətbiq olunan sanksiya paketlərindən danışan Lyayen Aİ-nin Rusiyaya qarşı tətbiq olunan 8-ci sanksiya paketinə xüsusilə toxunub: “Burada çox vacib məqam ondan ibarətdir ki, Avropa məhsullarını idxal edən üçüncü ölkələr bu məhsulu Rusiyaya ixrac edərsə bunu edən qurum, ya şəxs bizim tərəfimizdən sanksiya siyahısına salınacaq”. Rusiyadan enerji ixracını azaldan Avropa digər mənbələr üstünlük verir. Lakin həmin mənbələrdən enerji idxalı elə də asan deyil. Məsələn, Avropa Afrikadan qaz almağı düşünür. Lakin bunun üçün Nigeriya-Mərakeş kəməri inşa edilməlidir. Hələ ən azı bir ildən sonra dünyanın ən uzun sualtı qaz kəməri olan Nigeriya-Mərakeşin tikintisinə başlanacaq. Nigeriya-Mərakeş qaz kəməri layihəsi vasitəsilə Afrika qazının tədarükü Avropanın enerji müstəqilliyini təmin edəcək. Yeni Cənubi Siyasət Mərkəzinin eksperti Camal Makrux qeyd edir ki, Avropa Nigeriya-Mərakeş qaz kəmərinin tikintisində strateji marağa malikdir və bu, Avropa ölkələrinin qaz ehtiyatlarının şaxələndirilməsinə səmərəli töhfə verəcək. Boru kəməri, xüsusilə Avropanın Rusiya qazından asılılığını təhlükəli iqlim nəticələri ilə qeyri-ənənəvi enerji mənbələrindən asılılıqla əvəz etmək risqini azaldacaq və həmçinin Qərbi Afrika regionuna inteqrasiyanı stimullaşdıracaq ki, bu da öz növbəsində Avropa iqtisadiyyatı üçün geniş və faydalı istehlak bazarına çevriləcək. Nigeriya dünyada ən böyük təsdiqlənmiş təbii qaz ehtiyatlarına malik ölkələrin reytinqində yeddinci yeri tutur. Uzunluğu 5600 kilometr olan Nigeriya-Mərakeş qaz kəməri işlənmə və hazırlanma mərhələsindədir. Layihənin məqsədi qaz ehtiyatlarının Nigeriyadan Mərakeşə on üç Qərbi Afrika ölkəsi vasitəsilə nəqlini nəzərdə tutur. Boru kəməri Niger deltasındakı Brass adasından başlayacaq, Mərakeşin şimalında başa çatacaq və orada Əlcəzairi Mərakeş vasitəsilə İspaniyaya birləşdirən mövcud Avropa Mağrib boru kəmərinə birləşdiriləcək. Amma layihənin hələ nə zaman tam yekunlaşacağı bəlli deyil. Halbuki, Azərbaycandan Avropaya qaz nəql edən infrastuktur yaradılıb. Bu kəmər həm daha böyük həcmdə Azərbaycan qazının daşınmasına imkan verir, həm də Mərkəzi Asiya qazını Avropaya çatdırmaq iqtidarındadır. Bu mənada hazırda Azərbaycan Avropada enerji oyun qaydalarını dəyişən yeganə əsas ölkədir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ