Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazi jurnalist Aqşin Kərimovun Qarabağda Zəfər yolu... - MÜSAHİBƏ

Image


“Yenə hansısa döyüş olsa və hərbi xidmətə çağırılsam, canla-başla gedərəm”

Azərbaycan jurnalistləri Vətən müharibəsi zamanı həm müharibəni işıqlandırdılar, yazıları, yaydıqları məlumatlarla döyüşən orduya dəstək oldular, həm də əllərində silah ön cəbhədə düşmənə qarşı vuruşdular. Bir sözlə, jurnalistlərimiz həm informasiya, həm də müharibə cəbhəsində döyüşdülər və hər ikisində də qalib gəldilər. Bizi qalibiyyətə aparanların sırasında 30-a yaxın jurnalistin olmasından da ayrıca qürur hissi keçiririk, “nə yaxşı ki, bu şərəfli yolda bizim də izimiz var” -deyirik.

Vətən müharibəsinin hər bir iştirakçısı günümüzün real qəhrəmanlarıdır. Bu qəhrəmanlarla oxucularımız arasında körpü yaratmaq məqsədlə “Bakı-Xəbər” olaraq qazi jurnalistlərlə bağlı layihə təqdim edirik. Layihəmizin növbəti qonağı Oxu.az saytının əməkdaşı, qazi jurnalist Aqşin Kərimovdur.

- Müharibə ovqatından, orada yaşadıqlarının təsirindən xilas olmaq asan oldu, yoxsa hələ də o anları içində yaşadırsan?

- Müharibə ovqatı hələ də mənim daxilimdəki hissləri müşayiət edir, indinin özündə də sərhəddə hər hansı insident olanda az qala özümü orada görürəm. Müharibə əhval-ruhiyyəsindən qurtulmaq çətindir və bu, insanın ömrünün sonuna qədər onunla olacaq. Açığını desəm, hər hissimi ifadə etməyi xoşlamıram, qələbə və anım günlərində necə kədərləndiyimi, sevincdən nə hisslər keçirdiyimi bölüşmürəm və öz içimdə saxlayıram.

Bu bəlkə də, mənim hərbiyə olan meylimdən irəli gəlir, hərçənd ki, hərbçi deyiləm, lakin ordu, əsgər mənim düşüncələrimin hərblə bağlı hissəsində xüsusi yerə malikdir.

- Mediada xəbər yayıldı ki, Aqşin Kərimov da müharibəyə gedib. Bu necə baş verdi?

- Tovuz döyüşlərindən sonra hər keçən gün müharibəyə hazırlaşırdım. Sentyabrın 28-də qismən səfərbərlik elan olunanda axşam mənə də çağırış vərəqəsi gəldi. Böyük qürur və fəxrlə mən bu çağırışa səs verərək cəbhəyə yollandım. Ailəm narahat olsa da, bu mənə maneə yaratmırdı və mən sanki uşaqlıqdan bəri özümü içərisində gördüyüm müharibəyə yola düşdüm. Hərbi hissəmiz cəbhənin düz göbəyində idi, elə ilk günlərdə bizi düşmənin şiddətli artilleriya atəşləri “qarşıladı”.

- Bir jurnalistin döyüşçüyə çevrilməsi çətin olmadı ki? Döyüş yolun haralardan keçdi?

- Bizim bölmələr, əsasən, Talış və Suqovuşan istiqamətində cəmləşmişdi, bəziləri müdafiədə idi, bəziləri isə həmlə üçün əmr gözləyirdi. Bu iki ərazi işğaldan azad edildikdən sonra qüvvələrimiz növbəti hücum əmrlərinə qədər, demək olar ki, müdafiədə dayandı, lakin bu da elə asan olmadı. Çünki Ermənistan qoşunlarının artilleriya və raket atəşlərini intensivləşdirməsi problemlər yaradırdı.

Hərbi xidmətimi 2012-ci ildə başa vursam da, 8 ildən sonra yenidən hərbiyə getməyim mənə elə də çətin olmadı. Çünki fiziki və psixoloji olaraq özümü hazırlamışdım.

- Elə hadisələr varmı ki, indi də onu yaddan çıxara bilmirsən?

- Oktyabrın 2-dən 20-nə qədər bizim üçün çox çətin  oldu. Sonrakı günlərdə düşmən mövqelərinin geri çəkilməsi təhlükəni bir qədər sovuşdurdu. Təbii ki, yaddaqalan hadisələr çoxdur, indi öz cəbhə yoldaşlarımla həmin anları xatırlayırıq.

- Ən gərgin döyüşlər hansılar oldu ki, məhz orada düşmənə daha  ağır zərbələr endirildi?

- Talış və Suqovuşan azad edilsə də, onlar ətrafındakı bəzi yüksəkliklər bizə təhlükələr yaradırdı. Taborumuzun minaatan batareyası həmin yüksəkliklər və ondan arxada olan qüvvələri minomyotlarla atəşə tutub düşməni geri çəkməyi bacarmışdı.

- Bu gün azad edilən rayonlara, kəndlərə gedərkən hansı hisslər keçirirsən?

- Bu torpaqların azad edilməsində cüzi də olsa əməyi keçmiş bir insan hansı hissləri keçirə bilər?! Məncə bu hissləri sözə çevirmək çox çətindir.

- Qələbənin qazanılmasında iştirak etmək özü bir xoşbəxtlikdir. Əgər müharibəyə getməsəydin özünü necə hiss edərdin, bu döyüşü, qələbəni özündən, özünü isə onlardan kənar təsəvvür edə bilərdinmi?

- Müharibəyə getməsəydim, özümdə bir yarımçıqlıq hiss edəcəkdim. Bu yarımçıqlıq sonra mənəvi yükə çevrilib arxamca düşəcəkdi. Necə ola bilər axı, çağırılırsan və getmirsən? Öz payıma deyim ki, əqidəm yol vermədiyindən bunu həzm edə bilməzdim.

- Arxada ailən, övladın, əzizlərin vardı, onların narahatlığı, nigarançılığı və duaları vardı... Ağır və şərəfli  bir yol idi çıxdığın yol, bu yolda səni təəssüfləndirəcək hansısa bir hadisə oldumu?

- Ailəmi, övladımı daim hazırlamışam ki, mən müharibəyə gedəcəyəm. Hətta qızım mənə tez-tez “ata, ermənilərlə nə zaman davaya gedirsən” deyə sual ünvanlayırdı. Vaxtın yetişdiyini hiss edirdim, indi təsəvvür edin, övladım bu sualı mənə verir, müharibəyə çağırılıram və getmirəm. Məncə yuxarıdakı sualınıza burda da cavab tapa bilərsiniz. Müharibədən sonra bəzi müharibə iştirakçılarının öz haqlarına qovuşa bilməməsi məni narahat etdi. Amma ruhdan düşən biri deyiləm, yenə hansısa döyüş olsa və hərbi xidmətə çağırılsam, canla-başla gedərəm. Çünki mən müharibə veteranıyam və bu ada sadiq qalmaq üçün bütün çətin sınaqlardan keçməyi qarşına məqsəd qoymalısan.

- Bu gün jurnalist kimi fəaliyyətini davam etdirirsən, həm də siyasi ekspert kimi rəylərin, şərhlərin olur. Zəfər tariximizlə bağlı təbliğat işi səni qane edirmi?

- Hesab edirəm ki, analitika bazarında ermənilərdən qat-qat üstünük. Təbliğata gəlincə, məncə, burada işlər intensivləşdirilməlidir. Təbii ki, uğurlar çoxdur, amma bunu qoruyub-saxlamaq mütləqdir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ