Cümə günü, 13 noyabr 2026
     

Ermənistan Rusiya-Qərb qarşıdurmasının yeni məkanına çevrilir...

Image


Ukraynadan sonra Ermənistan Rusiya ilə  Qərb arasında qarşıdurmanın yeni platsdarmına çevrilə bilər və bu ehtimal getdikcə artır. Hər halda, Ermənistan mediasında, ekspert dairələrində yer alan fikirlər də bunu təsdiq edir. Ermənistanın “Qraparak” nəşri qeyd edir ki, Rusiya-Qərb hərbi münaqişəsinin ikinci cəbhəsi Ermənistan daxilində partlaya bilər.

Nəşrə görə, bu gün Ermənistanda vəziyyət elədir ki, ölkənin lideri qütbləşmiş dünyanın heç bir hissəsinə təhlükə yaratmadan özünü düzgün istiqamətləndirməyi və öz ölkəsinin problemlərini həll etməyi bacarmalıdır: “Ancaq Nikol Paşinyanın diplomatik təcrübəsi və biliyi erməni “gəmisini fırtınalı dənizdən” sağ-salamat çıxarmağa yetmir. Ona görə də o, Ermənistan daxilində uzun müddət yaxşı işləmiş, cəmiyyətin bir hissəsinin “kağız-yazı”nın təsiri altında özünü doğrultmaqla aldada biləcəyi əyalət “sənət” üsuluna keçdi. Amma dünyanın qüdrətliləri ilə “oynayanda” alınmır. Bu faktdır ki, Paşinyan və komandası açıq-aşkar Qərb oriyentasiyasının daşıyıcılarıdır. Onlar “aşağıdan” anti-Rusiya təbliğatını davam etdirir, Rusiya sülhməramlılarının Qarabağda olmasını dəyərdən salır, üçtərəfli görüşlərə gedirlər”. Nəşr yazır ki, Paşinyan Ermənistana Qərb-Rusiya müharibəsinin ikinci cəbhəsini gətirə bilər: “Bu arada Rusiya-Qərb hərbi münaqişəsinin ikinci cəbhəsi Ermənistan daxilində partlaya bilər. Bu, Rusiya üçün arzuolunan deyil, amma Qərb üçün arzuolunandır. Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan bir dəfə kifayət qədər maraqlı fikir söyləmişdi ki, o, üçüncü respublikanın dördüncü prezidentidir, yoxsa dördüncü respublikanın birinci prezidentidir? Armen Sarkisyanın bu sözləri müəyyən mənada siyasi peyğəmbərliyə çevrildi, çünki əslində indi Ermənistan, 2018-ci ilin aprel-may ayına qədər olmasa da, 2020-ci ilin 27 sentyabrına qədər olduğundan tamam başqa reallıqda yaşayır. İndi də Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələləri gündəmə gətiriləndə eyni ritorik sual ortaya çıxa bilər: respublikanın indiki prezidenti özünü üçüncü respublikanın beşinci prezidenti, yoxsa beşinci respublikanın birinci prezidenti hesab edir? Bu sual oxucuya təəccüblü görünə bilər, çünki bu sualın ardınca başqa bir təbii sual gələcək: dördüncü respublika nə vaxt başa çatdı və ya ümumiyyətlə, niyə belə bölgü aparılır? Bölünmə, təbii ki, şərti xarakter daşıyır və daha çox respublikada hökm sürən ideoloji-dəyər ab-havası, onun dəyişməsi ilə bağlıdır. Beşinci respublikanın necə olacağını söyləmək çətindir. Ola bilsin ki, beşinci respublika öz mövcudluğunu davam etdirməyə çalışacaq. Ola bilsin ki, aydın “dam örtüyü” və “iki simli oyun oynamamaq” prinsipləri qoyulsun. Onda Ermənistan Rusiya-Qərb qarşıdurmasının yeni məkanı olacaq”. Ermənistan parlamentinini müxalif “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan bu fonda qeyd edir ki, Nikol Paşinyan hakimiyyətini qorumaq üçün Rusiyaya qarşı işləməyə hazırdır. O, Nikol Paşinyanı Rusiya-Ermənistan müttəfiqliyinə ziyan vurmaqda ittiham edib: “Onun əsas hədəfi Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının çıxmasını təmin etməkdir”.

Ermənistanın “Joğovurd” nəşri isə başqa maraqlı məqamlara diqqət edir. Nəşrə danışan mənbə bildirir ki, Qərb Ermənistan vasitəsilə Rusiyaya zərbə endirmək, Rusiyanın bölgədəki təsirini azaltmaq üçün fürsətdən istifadə edir: “Rusiyadan imtina etmək, Qarabağı Azərbaycanın bir hissəsi kimi tərk etmək haqqında sövdələşmə təklif ediblər, bunun müqabilində onlar Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət verəcəklərini və NATO qoşunlarının Ermənistan sərhədlərinin təhlükəsizliyinin qayğısına qalacaqlarını vəd ediblər. Paşinyanın Brüsselə səfərindən bir həftə əvvəl Belçikaya getmiş Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın əleyhinə olduğunu gizlətməyib. O, Avropa rəsmilərini “Cənubi Qafqaza xoş gəlmisiniz” deyə qışqıraraq qarşılayıb, sonra bütün söhbəti “gəlin, bizi xilas edin” motivləri ilə aparıb”. Bütün bunlar rusların xoşuna gəlmir. Rusiyalı ekspert Yevgeni Mixaylov məsələ ilə bağlı bildirir ki, indi erməni siyasətçilərinin böyük əksəriyyəti tamamilə Qərb yönümlüdür: “Onların konkret addımlar atmasına hələlik güclü Rusiyanın qorxusu mane olur. SOCIES Ekspert Mərkəzinin Ermənistanda keçirdiyi sorğuya görə, respondentlərin 69,7%-i rəsmi İrəvanın Moskva ilə münasibətləri məhdudlaşdırmalı olduğunu hesab edir. Ermənistan ictimaiyyətində NATO blokunun nüfuzu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nüfuzunu üstələyir. Belə ki, respondentlərin 34,1% hesab edir ki, Ermənistan NATO-ya daxil olmalı və məhz bu təşkilat ölkənin təhlükəsizliyini təmin etməlidir. Respondentlərin 29,1%-i isə KTMT-ni özünün təhlükəsizlik “çətiri” sayır. Halbuki, hazırda Ermənistan məhz KTMT-nin üzvüdür. Hazırda Rusiyaya dost kimi qəbul olunan dövlətlərin çoxu Ukraynada aparılan hərbi əməliyyatı diqqətlə izləyir və gözləyir. Qazaxıstan bəyan edib ki, sanksiyalardan yan keçməkdə rəsmi Moskvaya kömək etməyəcək. Digər Mərkəzi Asiya respublikaları isə Qərbin və Rusiyanın maraqları arasında manevr edərək, hələlik dəqiq mövqe və rəsmi Moskvaya dəstək nümayiş etdirmir. Bu baxımdan rəsmi İrəvan bir qədər də fərqləndi. Fikir vermisiniz, indi ermənilər Rusiyaya dəstək videoçarxları yayımlayırlar. Bununla Ermənistanın guya əbədi Rusiya ilə birlikdə olacağına işarə edirlər. Amma görünən budur ki, Ermənistan heç də əbədi Rusiyanın yanında olmaq istəmir, belə ki, bununla paralel olaraq, ölkədə rəy sorğuları aparılır və bu sorğuların nəticələri Rusiyanın xeyirinə deyil”. Yevgeni Mixaylovun fikrincə, bu nəticələr millətin bir qisminin ikiüzlülüyündən xəbər verir: "Belə ki, komfort şəraiti qoruyub saxlamağa çalışan bu qisim tarixən özünün təhlükəsizlik qarantı olan bir dövlətə qarşı açıq-aşkar satqınlıq etdiyini görmür". Ekspert güman edir ki, Paşinyan mehriban Avropa ailəsinə qoşulmaq üçün Avropa İttifaqı və ABŞ-a siqnallar göndərməkdə davam edərsə, rəsmi Moskva hər şəraitdə Ermənistana təzyiq vasitələri tapa bilər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ