ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putini Ukraynada soyqırımda ittiham etməsi ilə başlayan müzakirələr davam edir.
Müzakirə ilə bağlı ilk açıqlama Böyük Britaniyanın baş naziri Consondan gəlib. Baydenin sözlərinə ehtiyatla yanaşan Conson hadisələrin soyqırımdan uzaq görünmədiyini deyib.
Fransa prezidenti Emanuel Makrondan da “soyqırım” ifadəsi ilə bağlı fikrlərini bölüşüb. Makron yalnız məhkəmənin belə bir qərarı verə biləcəyini deyib. O bildirib ki, bununla bağlı qərarı siyasətçilər verə bilməz.
Maraqlıdır ki, bu gün Ukraynada baş verənləri soyqırım adlandırmaqdan çəkinən Makron qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı fərqli mövqe sərgiləyir.
Sual olunur, qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı hansı məhkəmə qərar vermişdi ki, Makron da onu tanıdı?
Əslində Makronun Ukraynada yaşananlara münasibəti onun ikiüzlülüyünü açıq şəkildə ortaya qoyur.
Tahir TAĞIYEV