Cümə günü, 13 noyabr 2026
     

“Beynəlxalq birliyin” Ermənistanın arxasından çəkilməsi və Paşinyanın erməniləri təşvişə salan bəyanatı – Abutalıb Səmədov yazır...

Image


Qonşu dövlətin Baş naziri N.Paşinyan parlamentdə çıxışı zamanı həm Ermənistandakı, həm də Qarabağdakı ermənilərin kəskin narazılıqla qarşıladığı bəyanatla çıxış edib. Söyləyib ki: “beynəlxalq birlik Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü tanımağı və Dağlıq Qarabağın statusu ilə bağlı plankanı endirməyi gözləyir. Əks halda bizə ümid etməyin-deyir: “Ona görə yox ki, istəmirik. Ona görə ki, kömək edə bilməyəcəyik!””

Ermənistan liderinin beynəlxalq birliyin bu tələbini qəbul etmək istəyini ermənilər hiddət və qəzəblə qarşılayıblar. Çünki, “plankanın endirilməsi”-dedikdə, ““müstəqillik  xəyalları”ndan imtina olunmasının və Azərbaycan tərkibində yaşamağa hazırlaşmağın”-nəzərdə tutulduğunu anlayırlar. 

Bəs, bu bəyanata biz necə yanaşmalıyıq? Ermənilərin təşviş keçirməsi, qorxması, bu fikirləri qəbul etməməsi səbəbindən sevinməliyikmi? Onların qəbul etmək istəmədikləri hər təklif mütləq bizim xeyrimizə olan kimi qiymətləndirilə bilərmi?

Birmənalı şəkildə yox.

Əslinə qalsa, N.Paşinyanın 13 aprel 2022-ci il tarixli bəyanatı ermənilərdən çox bizi hiddətləndirməli və düşündürməlidir. Nədən?

Gəlin əvvəlcə Paşinyanın “beynəlxalq birlik”-deyəndə kimi nəzərdə tutduğunu müəyyənləşdirək. Aydındır ki, o ifadəni işlədərkən erməni lideri Cibutini, yaxud Botsvananı nəzərdə tutmur. Söhbət regionda söz sahibi olan, yaxud, olmaq istəyən və şübhəsiz ki,  Minsk qrupuna daxil olan ABŞ, Fransa, Almaniya, Rusiya kimi ölkələrdən gedir.

Bəyanatdan məlum olur ki, bu ölkələr tələb edirlər ki, “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və Qarabağın müstəqilliyi barədə arzularından imtina etsin”.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir dəfə MDB-yə daxil olarkən tanıyıb və hazırlanan “sülh sazişini” imzalamaqla ikinci dəfə də tanıyacağı heç kimdə şübhə doğurmur.

Bizi narahat edən ikinci məsələdir. Beynəlxalq birlik Qarabağla bağlı “plankanı” hara qədər endirmək istəyir və bu “endirmə əməliyyatını” necə təsəvvür edir?

Bu barədə bizə çox az şey məlumdur. Məlum olan odur ki, ötən ilin fevralında ABŞ Müdafiə nazirliyinin kollecində keçirilən müzakirələrdən sonra  son dərəcə təhlükəli-“Azərbaycan üçün Deyton sazişi”-təklifi ortaya çıxmışdı. 

Bu, təqribən, 1998-ci ilin noyabrında təklif olunan “ümumi dövlət” variantının yenidən ortaya atılmasıdır və bizimçün qətiyyən qəbul olunmazdır.

Fransa rəsmiləri “status” barədə dəfələrlə danışsalar da, konkret olaraq nəyi nəzərdə tutduqlarını heç vaxt bəyan etməyiblər. Ancaq İkinci Qarabağ müharibəsinin gedişində parlamentin -“Qarabağın müstəqilliyinin tanınması”- təklifini qəbul edə bilməyən Fransanın ABŞ-la eyni mövqedən çıxış etməsi də heç kimdə şübhə doğurmur.

Bəs, Rusiya nə istəyir? 

17 noyabr 2020-ci il tarixdə, yəni, müharibədən dərhal sonra V.Putin status barədə danışarkən-“bu məsələ gələcəkdə həll oluna bilər”-dedi və gələcəyi xeyli uzadaraq məsuliyyəti hətta “özündən sonrakıların” üstünə atdı. Həmin bəyanatdan sonra bir daha bu mövzuya qayıtmadı və bu səbəbdən Rusiyanın mövqeyini müəyyənləşdirmək çətindir.

Ancaq bir şey aydındır. Rusiyanın bu məsələdə tutduğu mövqe Paşinyanı ciddi şəkildə narahat edir. Ötən ilin noyabrında Soçi görüşü zamanı onun  Rusiyanın vasitəçiliyi barədə Azərbaycan prezidentinin təklifinə qarşı çıxması və “vasitəçi Minsk qrupu olmalıdır”-deməsi də bu narahatçılıqla əlaqədardır.

“Qarabağ məsələsi”nin tamamilə gündəlikdən çıxarılmasında bizi ümidləndirən əsas amil Azərbaycan prezidentinin- “münaqişənin bitdiyi və heç bir statusun olmayacağı” barədə 10 noyabr 2020-ci il və “Qarabağ münaqişəsinə münasibətdə Rusiya ilə Azərbaycan arasında fikir ayrılığı yoxdur”- fikrinin səsləndirildiyi 22 iyul 2021-ci il tarixli  bəyanatlarıdır.

Təbii ki, “Minsk qrupu”nun sıradan çıxmasından və Avropa İttifaqından fərqli olaraq Rusiyanın xüsusi nümayəndə təyin etməsindən sonra bu bəyanatlar bizim ümidlərimizi daha da artırır. Hiss olunur ki, Rusiya Avropa İttifaqını bu məsələyə yaxın buraxmaq istəmir və Türkiyə ilə birlikdə “sülh sazişi”nin imzalanmasına, “Qarabağ məsələsi”nin gündəlikdən çıxarılmasına nail olmaq istəyir.

Ermənilərin ümidlərinin azalması və havadarlarının mövqeyinin dəyişməsi də Azərbaycanın gücünün, nüfuzunun artmasının və “beynəlxalq birliyin” bununla hesablaşmasının nəticəsidir.

Ancaq arxayınlaşmaq olmaz. Ermənilər hələ də “status” ümidlərini, bu məsələdə “beynəlxalq birliyin” dəstəyini   itirməyiblər və bu səbəbdən əsas mübarizə hələ qabaqdadır.

Abutalıb SƏMƏDOV
Azərbaycan Naminə Alyans Partiyasının sədri



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ