Cümə günü, 13 noyabr 2026
     

İrəvanın “Bakıya söz verməsi” ilə bağlı Ermənistanda ortaya şok iddialar atıldı

Image


Məlum olduğu kimi, bu günlərdə Rusiya sülhməramlıları erməni deputatları Qarabağa buraxmayıblar. Bu məsələ artıq Ermənistanda siyasi müstəvidə ciddi çəkişmə predmetinə çevrilib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə baş verənləri belə izah etməyə çalışıb ki, Rusiya sülhməramlıları mümkün təxribatların qarşısını almaq üçün erməni deputatların Qarabağa daxil olmasına icazə verməyib.

Xatırladaq ki, bu günlərdə müxalif "Hayastan" və “Şərəf duyuram" fraksiyalarından bir qrup deputat parlamentin dördgünlük iclasını boykot edərək Qarabağa getmək istəsə də, bunun qarşısı sülhməramlılar tərəfindən alınıb. Məsələ ilə bağlı "Hayastan" blokundan olan deputat Vahe Akopyan bildirib ki, Laçın yolunun girişində rus sülhməramlılarına qanunsuz səfərə cəhd edəcək şəxslərin siyahısı verilib və onların buraxılmaması istənilib. Eyni zamanda, yolun girişində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları da buna nəzarət edir. Akopyan rus sülhməramlıları ilə uzun-uzadı müzakirə apardığını və səfər qadağasının səbəbini öyrənməyə çalışdığını da qeyd edib: “Rus sülhməramlıları heç bir əsas göstərmədilər, sadəcə buraxmadılar. Biz Rusiya səfirliyi ilə əlaqə saxladıq. Rusiya səfirliyindən bildirildi ki, səfirliyin rus sülhməramlılarına heç bir aidiyyəti yoxdur”. Akopyan iddia edib ki, bu, rəsmi İrəvanın qərarıdır, Ermənistan hakimiyyəti rəsmi Bakı ilə ciddi kontaktdadır və yenicə formalaşmağa başlayan əlaqələrə zərər vermək istəmir. Elə Ermənistanın “Qraparak” nəşri də məsələyə bu prizmadan yanaşır: “İndi Ermənistan parlamentinin əksəriyyətinin reaksiyasından belə güman etmək olar ki, müxalif deputatların Qarabağa səfəri hakimiyyət üçün arzuolunmazdır, üstəlik bu, müəyyən təhlükələr ehtiva edir. Bəlkə İlham Əliyevə söz veriblər ki, nəinki daha Qarabağa səfər etməyəcəklər, hətta Ermənistandan gələnləri də ziyarətə buraxmayacaqlar. “Vətəndaş müqaviləsi” Partiyasının üzvləri əvvəlcə parlamentdə müxalifəti pisləyiblər, daha sonra müxalifətin iştirak etməyəcəyini və edərsə, maaşlarından məhrum ediləcəyini bəyan ediblər. Ardınca Ermənistandan Rusiya sülhməramlılarına Qarabağa daxil olmağı qadağan etmək üçün siyahı göndərilib. Laçına çatan müxalifətçilər saatlarla sərhəddə dayanıblar, ümid ediblər ki, nəhayət sərhədi keçə biləcəklər. Maraqlıdır ki, bir çox zənglərimiz cavabsız qaldı, müxalifət susmağa və məsələlərin həlli üçün “altdan” danışıqlara getməyə qərar vermişdi. Alınmayanda deputatlar yazmağa, Qarabağa buraxılmama ilə bağlı xəbərimizi təsdiq etməyə başladılar. Sonradan bildik ki, onlar Gorusa geri göndəriliblər. Bunun ardınca Zabux keçid məntəqəsində “Qarabağ fraksiyaları”nın rəhbərləri ilə tələsik görüş keçirib Ermənistana qayıdıblar. Onların bütün günü səs-küy salmadan və medianın suallarına cavab vermədən niyə susduqları aydın deyil”.

Ekspertlər isə bunları təsadüf hesab etmir. Belə ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi başlayıb. Aprelin 6-da Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə reallaşan görüş bu qənaəti daha da gücləndirir. Ancaq həm Ermənistanda, həm də ondan xaricdə iki dövlətin bir-birinə yaxınlaşmasına və sülh əldə etməsinə mane olanlar var. Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan, Serj Sarkisyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və başqaları indi Ermənistanda müxalifət adı ilə sülhə əngəl olmağa çalışır. Onlar hakimiyyətdə olduqları dövrdə regionda təhlükəsizliyi təhdid etdikləri kimi, indi də müxalifət adı altında iki ölkə arasında etimad mühitinin yaranmasına və sülhə mane olurlar. Lakin sülhün əngəllənməsi mümkünsüz hesab edilir. Elə erməni politoloq Ruben Akopyan da prosesləri bu müstəvidən izah edir. Onun iddiasına əsasən, “Paşinyan Əliyevə söz verib ki, onların mövqeyini bölüşməyən bir məmur da Qarabağa girməyəcək: “Erməni deputatların Qarabağa buraxılmaması, deputatların siyahısının sülhməramlıların əlinə keçməsi Paşinyanın İlham Əliyevə verdiyi sözün nəticəsidir. Xarici İşlər Nazirliyinin əməkdaşlarının bir az da olsa məntiqi varsa, o zaman izah etsinlər görək 20 ad-soyad, eləcə də digər məlumatlar olan bu siyahı necə Rusiya sülhməramlılarının əlinə keçib. Axı bu siyahını kimsə göndərib, elə deyilmi? Konspirasiya versiyasını nəzərə almadan, çox sadə məntiqə görə iki versiya irəli sürmək olar: ya Ermənistanda bu məlumatı ötürən dövlət strukturu var, ya da Paşinyanla Əliyev arasında şifahi razılaşma olub”. Ermənistanın keçmiş müdafiə naziri, ölkə parlamentinin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan isə qeyd edir ki, Qarabağa artıq Bakının razılığı olmadan getmək müşkül məsələdir: “Biz elə addımlar atırıq ki, bu ölkənin hökuməti Ermənistanın suverenliyinə və Qarabağın “öz müqəddəratını təyinetmə perspektivi”nə qarşı yönəlmiş hər hansı təhlükəli hadisəyə yol verməsin. Ermənistanın hazırkı hakimiyyət nümayəndələri ölkəni müharibəyə aparanlardır, lakin bunlar sadəcə sözlər deyil. Müharibə zamanı onlar Qarabağı müdafiə etmək məqsədilə erməni xalqının bütün potensialını birləşdirmək üçün heç nə etmədilər. Onlar sonralar Ermənistan sərhədlərini qorumaq üçün də heç bir iş görmədilər. Geri çəkilməklə, mərhəmət istəməklə sülh formalaşdırmırlar. Ermənistan hakimiyyəti əlini Qarabağdan çəkib. Hakimiyyətin hərəkətləri yaranmış vəziyyətə uyğun gəlmir. Hakimiyyət müxalifətin Qarabağda aktual məsələlər, o cümlədən təhlükəsizliklə bağlı dinləmələr və müzakirələr keçirmək təkliflərini rədd edir. Onlar bu cür davranışı daimi xarakter daşıyan gərgin vəziyyətlə izah edirlər. Bu o deməkdirmi ki, biz fəaliyyətlə məşğul olmamalıyıq? Parlamentin fəaliyyəti Ermənistandakı hərbi-siyasi vəziyyətə uyğun olmalıdır. İndiki Ermənistan hakimiyyəti ölkəni növbəti dəfə məğlubiyyətə, alçaldılmaya, suverenliyin itirilməsinə, Qarabağ probleminin daha da pisləşməsinə aparır. Artıq Qarabağa gedə bilmirik. Bu da o deməkdir ki, Qarabağ tam şəkildə Azərbaycanın ümidinə buraxılıb”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ