Cümə günü, 13 noyabr 2026
     

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması yenidən durğunluq dövrünə daxil oldu

Image


Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsindən sonra Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində müvafiq addımlar atılmağa başlayıb. Lakin son dövrlərdə bu prosesdə müəyyən bir durğunluq da hiss edilməkdədir.

Təhlillər göstərir ki, bunun əsas günahkarı qismində Ermənistan çıxış edir. Məhz bunun nəticəsidir ki, ötən ilin sonlarından Ankara və İrəvan arasında başlamış "normallaşma prosesi"ndə xüsusi təmsilçilərin təyini, Ermənistanda türk məhsullarına qoyulmuş embarqonun aradan qaldırılması və iki ölkə arasında müntəzəm uçuşlara icazə verilməsi ilə müşayiət olunan hərəkətlilik fevralın sonlarından durğunluqla əvəz olunub.

Son bir ayda Rusiya-Ukrayna müharibəsinə fokuslanmış diqqət fonunda iki ölkə arasında normallaşma prosesi sanki kölgədə qalıb. Hətta Türkiyənin Ermənistanla sərhəd bölgəsi olan Şərqi Anadolunun iş dünyasında bir ay əvvəl müşahidə edilən canlanma indi hiss olunmur. İğdır Ticarət Odasının rəhbəri Kamil Arslan BBC-yə  bildirib ki, sərhədlərin açılacağı ilə bağlı bir ay əvvəlki gözləntiləri yoxdur: "Sərhədlərin açılması ilə bağlı bir ay əvvəlki gözləntimiz yoxdur. Anlaşılır ki, normallaşma prosesində "açar tərəf" olan Rusiyanın müharibə şəraitində olmasına görə Ermənistan və Türkiyə bu məsələni müvəqqəti rəfə qaldırıb”. Lakin diplomatik-siyasi danışıqlar ara versə də, hökumətin bölgədə infrastrukturun yaradılması məqsədilə fəaliyyəti davam etməkdədir.

Kamil Arslan qeyd edir ki, Ermənistanla sərhədə yaxın çevrələrdə yolların genişləndirilməsinə hazırlıq görülür: "Türkiyə Avtomobil Yolları Baş İdarəsi iki həftə öncə sərhədə yaxın ərazilərdə torpaq sahələrini ölçüb. Zamanla bu torpaq sahələri dövlət tərəfindən sahiblərindən alınaraq sərhəd qapısına gedən yolların genişləndirilməsi üçün istifadə ediləcək". Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə “A Haber” kanalına verdiyi müsahibədə bildirib ki, 24 fevralda Vyanada görüşən Türkiyə və Ermənistan üzrə xüsusi təmsilçilər telefonla mütəmadi təmaslarını davam etdirirlər. Çavuşoğlu inamı artırmaq üçün iki ölkə arasında təyyarə səfərlərinin başlanmasına icazə verildiyini də diqqətə çatdırıb: “Hazırki mərhələdə avtomobil və dəmir yolu ilə bağlı məsələlər ətraflı işlənilir. Azərbaycanla məsləhətləşmədən bizim radikal mövzularda addım atmağımız mümkün deyil. Bu bir ilkin şərt də deyil. Bu, işin xarakteridir".

Xarici siyasət məsələləri üzrə ekspert, Orta Şərq Texniki Universitetinin professoru Oktay Tanrısever hesab edir ki, həm Zəngəzur dəhlizi, həm də son günlərdə Qarabağ bölgəsində müşahidə olunan gərginlik nəzarətdən çıxarsa, bu, Ermənistanla normallaşma prosesində olan Türkiyənin davranışlarına da təsir edə bilər: "Risq Azərbaycanla Ermənistan arasında baş vermiş son münaqişədən qaynaqlanır. Yoxsa ki, Türkiyə ilə Ermənistan diplomatik əlaqələri qurmaq və sərhədləri açmaq məsələsində qərarlı görünür". Tanrısever Türkiyə-Ermənistan normallaşma prosesinin uğurla davam etdiyi qənaətindədir: “Türkiyə və Ermənistan hökumətlərinin az müddətdə İstanbul-İrəvan təyyarə səfərlərinə icazə verməsi qərarı bölgənin biznes dairələrində sərhədlərin açılacağı ilə bağlı ümidlər yaratsa da, bunun qısa müddətdə baş verməsi mümkün deyil.

Tərəflərin sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması ilə bağlı qərarı ilin sonuna doğru verilə bilər”. İstanbulda erməni dilində nəşr olunan gündəlik "Jamanak" qəzetinin baş redaktoru Ara Koçunyana görə, normallaşma prosesinə qapı açan İkinci Qarabağ müharibəsinin bitməsi olsa da, bu müharibədə atəşkəsin Rusiyanın vasitəçiliyi ilə təmin edilməsi və bölgədə rus sülhməramlı qüvvələrin mövcudluğu kimi faktorlar da var: "Onsuz da rəsmi təmsilçilərin təyin olunması ilə son normallaşma prosesi başlayanda, əvvəlki danışıqlarla bağlı təcrübələrdən budəfəki normallaşma prosesinin sürətli irəliləməyəcəyi bəlli idi. Ukrayna müharibəsi bölgəyə Rusiyanın təsir dairələri mövzusunda ciddi sual yaradıb. Bu səbəbdən bu müharibə normallaşma prosesinin dayandırılmasına səbəb olmasa da, gedişata mənfi təsirlər göstərəcək. Normallaşma arayışında olan Türkiyə və Ermənistanın sərhədində Rusiya hərbi bazasının mövcudluğu nəzərə alındığında, təkrar düşünmək, gözləmək zərurəti yaradacaq yeni durumların olduğunu görə bilərik. Rusiya faktoru önəmli olsa da, normallaşma prosesinin açarı Rusiyanın yox, əksinə, Türkiyənin əlindədir. Türkiyənin əsas mövqeyini necə dəyərləndirib istifadə edəcəyi, aparıcı mövqe ilə bölgədəki balanslara hansı istiqamətdə və hansı prioritetlərlə ağırlıq vermək istəməsi tamamilə Türkiyənin seçimi olacaq”. Türk-Erməni İş Adamları Şurasından (TABDC) Noyan Soyakın sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesində müşahidə olunan yavaş temp gözlənilən idi: "Sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması kimi məsələlər haqqında qısa müddətdə qərar verilə bilməz. Bütün dünyanın əsas probleminin Rusiya-Ukrayna müharibəsi olduğu bir vaxtda əsas məqsəd bu müharibənin sərhədləri içərisində qalmasıdır. Ukrayna-Rusiya müharibəsi bölgədəki bütün balansı pozdu. Ukraynadan sonra Qafqazda da gərginliyin artmasına kimsənin dözümü yoxdur. Ona görə də gərginliyi azaldacaq ehtiyat tədbirləri ilə Qarabağda davamlı sülh mümkün qədər tez təmin olunmalıdır. Azərbaycanla Ermənistan arasındakı demarkasiya proseduru, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin düzəldilməsi mümkün qədər tez həll edilib bitməlidir. Çünki Qarabağda bir gərginlik artışı bu müharibənin yayılması deməkdir".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ