Cümə günü, 13 noyabr 2026
     

Ermənistanın Krım separatizminə dəstəyinin yeni növü... Krım günləri...

Image


Terror ölkəsi olan Ermənistan separatizmə dəstək verməkdən əl çəkmək istəmir. Bütün separatçı qurumlar öz qondarma tədbirlərini məhz Ermənistanda keçirir və öz aləmlərində Ermənistanı özlərinə “arxa-dayaq” bilirlər. Bir neçə gün əvvəl Ermənistan mediasında bu ölkədə aprelin 4-də “Krım günləri” keçiriləcəyi barədə məlumat yayılmışdı.  Bu barədə jurnalistlərə Krımın “baş nazirinin” müavini Georgi Muradov bildirmişdi.

Muradov, hətta daha da irəli gedərək, “gündəlikdə duran” məsələləri də açıqlamışdı: “Gündəliyimizdəki ən aktual məsələlərdən biri “Donetsk və Luqansk Xalq Respublikaları” ilə əlaqələrin qurulmasıdır. Tezliklə bizim Abxaziya ilə “hökumətlərarası komissiyamız və ya bizim adlandırdığımız müştərək komissiyamız olacaq”.

 TASS-ın yaydığı məlumata görə,  Ermənistanda “Krım günləri” aprelin 4-dən start götürüb.

 TASS xəbər verir ki, bu barədə Krımın “baş nazirinin” müavini Georgi Muradov bildirib.

“Bu gündən (4 aprel) etibarən Ermənistanda Krım günləri başlayır. Burada bizi gözləyirlər, ictimaiyyət Krımda baş verən hər şeylə maraqlanır. Krım və erməni biznes nümayəndələrinin görüşləri, ictimaiyyətlə görüşlər, çıxışlar, konfranslar, yaradıcı kollektivlərimizin çıxışları keçiriləcək. Bunlar tammiqyaslı tədbirlərdir” - Muradov bildirib.

Qeyd edək ki, Ermənistanda “Krım günləri”nin təşkilatçısı “Konstitusiya hüququ ittifaqı” partiyasının sədri, “Krımın dostları” klubunun rəhbəri Ayk Babuxanyandır.

  • “Ermənistan adlanan ofisin əsas fəaliyyət istiqaməti separatçılığı, milli zəmində qarşıdurmanı yaymaqdır”

Tarixçi, siyasi analitik, hərbi ekspert, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanda “Krım günləri”nin keçirilməsi təsadüfi deyil, Ermənistan bununla açıq şəkildə separatizmi dəstəklədiyini, separatçılardan yana olduğunu göstərir. R.Hüseynovun sözlərinə görə, Ermənistan indiki vəziyyətdə məqsədli şəkildə “Krım günləri”ni keçirib. “Dəfələrlə qeyd etmişik ki, əslində Ermənistan müstəqil dövlət deyil, bəzi xarici ölkələrin marağına xidmət edən ofisdir. İstər Rusiya, istər bəzi Qərb ölkələri, istərsə də xaricdəki erməni diasporu üçün bir ofis, bir alət rolunu oynayır. Ermənistan adlanan ofisin əsas fəaliyyət istiqaməti separatçılığı, milli zəmində qarşıdurmanı yaymaqdı və Qarabağ münaqişəsi bunun bariz nümunəsidir. Bu ölkənin fitnə-fəsad törətməkdən başqa bir peşəsi yoxdur. Bu  "dövlət" elə bunun üçün də yaradılıb - regionda fitnə-fəsad, münaqişə yaratmaq, stabilliyi pozmaq. Bu barədə bütün sifarişlər xaricdən gəlir, erməni diasporundan gəlir, Ermənistan da bunun əvəzində həm pul, həm də bəzi məsələlərdə siyasi dəstək alır. Ona görə də, əsas missiyası pul və siyasi dəstək müqabilində separatizmə dəstək vermək, milli münaqişə yaratmaq olan  Ermənistanda qondarma “Krım günləri”nin keçirilməsi heç də təəccüblü deyil”.

R.Hüseynov hesab edir ki, Ermənistanın əsas işi başqa qüvvələrin sifarişlərini yerinə yetirmək olduğu üçün separatçılara da qucaq açır. R.Hüseynovun sözlərinə görə, istər qondarma Krım, istər Luqansk, Donetsk "respublikalarının", istər Abxaziyanın, bir sözlə qondarma respublikaların tədbirlərinin Ermənistanda keçirilməsi heç təəccüb doğurmur. “Ən maraqlısı odur ki, bu tanınmamış "respublikaların" bir qismi guya ki, Rusiya ilə birləşib. Məsələn, Krım. Burada sual doğur. Guya ki, bu Krım "respublikasıdır", amma Rusiya Federasiyası qanunvericiliyinə görə, respublika adlanan yerli inzibati ərazi mütləq milli tərkibdə yaranır. Yəni hansısa milli azlığın, millətin, xalqın Rusiyanın tərkibində öz müqəddəratını həll edərək respublika yaratmaq hüququ var. Burada bir sual ortaya çıxır ki, Krımda hansı millət öz müqəddaratını təyin edib? Rusdursa rusun öz ölkəsi-Rusiya Federasiyası var. Krım hansı xalqın respublikasıdır? Bu elə Rusiya qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. Biz bu barədə çox misallar çəkə bilərik. İstər Donetsk, istərsə də Luqansk haqda da misallar çəkmək olar. Burdan da sual doğur ki, bir xalq necə dəfə respublika qura bilər, neçə dəfə rus xalqı öz müqəddəratını təyin edə bilər? Bilirik ki, bu yolu Ermənistan gedirdi, Qarabağda guya "respublika" və "Qarabağ xalqı" var idi. Əslində, bunlar ermənilərdir və onlar öz “müqəddəratını” həll edirdi. Azərbaycan daim dünya ictimaiyyətinin yadına salırdı, bu necə ola bilir ki, Ermənistan istədiyi yerdə dəfələrlə "müqəddəratını həll" edə bilər? Ermənistan Respublikası var, erməni xalqı öz müqəddəratını həll edib, respublika yaradıb. Görürsüzmü, bir sıra beynəlxalq qanunları, təməl prinsipləri pozan Ermənistan bu məsələdə həm  daim  xarici maraqları təmsil edir, həm də hansı bölgədə milli zəmində münaqişə yaratmaq lazım olanda mütləq Ermənistanın təcrübəsindən istifadə olunur. Mən bunu təkcə Qarabağ münaqişəsinə şamil etmirəm, dünyanın başqa regionlarında da, elə həmin Krımda da mütləq "erməni təcrübəsindən" istifadə olunur. Yəqin ki, Azərbaycan bu məsələni nəzarətə götürməlidir. İstər beynəlxalq səviyyədə, istər diplomatik, istərsə də başqa müstəvidə rəsmi İrəvana mesajlar verməlidir”.

Ekspert hesab edir ki, dünya birliyi də Ermənistanın separatizmə açıq meydan verdiyini görməli və buna reaksiya verməlidir. Onun sözlərinə görə, tanınmamış qondarma qurumların Ermənistanda bu şəkildə təbliğ olunması, “müstəqil qurum” kimi təqdim edilməsi yolverilməzdir, bunu dünya görməlidir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ