Cümə günü, 13 noyabr 2026
     

Kiyevdə soyqırım, ya müharibə cinayəti - diskussiya dünyanı bürüdü...

Image


Ukraynanın Buça şəhərində dinc əhaliyə qarşı amansız qətlimlar törədilib, insanlar kütləvi şəkildə qəddarlıqla öldürülüb. Qətliamı törədənlər nə uşağa, nə qocaya aman veriblər, önlərinə çıxan hər kəsi öldürüblər. Ukrayna hökuməti buçalıların kütləvi qətliamı ilə bağlı bütün dünyaya çağırış edərək  qətliamın Rusiya ordusu tərəfindən törədildiyini bəyan edib. 

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynada dinc əhalinin qətli soyqırımı kimi tanınacaq: "Ətrafda gördükləriniz müharibə cinayətləridir və bu, dünya tərəfindən soyqırımı kimi tanınacaq".

Zelenskinin sözlərinə görə, Rusiya hərbçilərinin cinayətlərinə dair çoxlu sübutlar var.

Ukraynada baş verənlərə  BMT baş katibi Antoniu Quterreş də münasibət bildirib, qeyd edib ki, Rusiya hərbçilərinin Ukraynanın Buça şəhərində öldürdüyü mülki şəxslərin görüntülərindən sarsılıb.

BMT-nin baş katibi həmçinin deyib ki, Ukraynanın Buça şəhər sakinlərinin qətli araşdırılmalıdır.

Beynəlxalq təşkilatın rəhbəri özünün tvitter hesabında yazıb: “Ukraynanın Buça şəhərində öldürülən mülki şəxslərin görüntüləri məni çox sarsıtdı. Müstəqil araşdırmanın effektiv hesabatlılığa səbəb olması olduqca vacibdir”.

ABŞ prezidenti Co Bayden isə  Kiyevətrafı Buçada baş verənləri soyqırım hesab etməkdən imtina edib:"Xeyr, məncə bu, müharibə cinayətidir”.

Buçada baş verənləri nə BMT-nin baş katibi, nə də Bayden soyqırım adlandırır. Ümumiyyətlə, Buçada baş verən qətliamla bağlı şübhələr var, bəziləri bu hadisənin Rusiya tərəfindən törədildiyinə şübhə ilə yanaşır, bu qətliamda başqa izlərin axtarılmalı olduğunu deyirlər. Dünyanı Buça qətliamı ilə bağlı müzakirələr bürüdüyü və Rusiyaya qarşı ittihamların rənginin get-gedə tündləşdiyi bir vaxtda Putini "müharibə canisi" adlandıran Bayden soyqırımı inkar edir, BMT nin baş katibi isə soyqırım ifadəsinə ehtiyatla yanaşır.

Buçada baş verənlərə Qərb niyə şübhəli qalıb? Nə üçün Zelenskinin soyqırım adlandırdığı qanlı olaya Qərb, xüsusən də ABŞ bu qədər soyuq yanaşır, Bayden isə soyqırım faktını inkar edir?

  • “Dünyanın şübhəsinə və ehtiyatlı davranışına son qoyulması üçün Buçada baş verənlər ətraflı araşdırılmalı və bu soyqırım kimi sübut olunmalıdır”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Ukraynanın Buça şəhərində dinc əhaliyə qarşı baş verən amansız qətliam barədə müxtəlif fikirlər səsləndirilir: "Buçada baş verən qanlı hadisə ilə bağlı müxtəlif fikirlər, versiyalar irəli sürülür, bu barədə ortada hələ qəti fikir, mövqe yoxdur. Rusiya qəti şəkildə özünü məsuliyyətdən kənara çəkməyə çalışır, Ukrayna tərəfin ittihamlarını inkar edir. Deyirlər ki, ortaya faktlar qoyulacaq. Artıq Rusiya prezidentinin mətbuat sözçüsü səviyyəsində açıqlamalar verilir ki, Rusiya ordusu Buçanı tərk edərkən orada heç bir belə hadisə yox idi və Rusiya tərəfi sübut üçün yerli hakimiyyət orqanlarının şahidliyini də ortaya qoymağa çalışır. Buçada törədilən qətliamın təfərrüatları tam aydın deyil. Ona görə də bu barədə müəyyən söz-söhbətlər, versiyalar ortaya atılır. Azərbaycan ictimai rəyində Buçada baş verənlər Xocalı soyqırımı ilə müqayisə olunur, eyniləşdirilir və oxşar cəhətləri də var. Çünki bütün qətliamlar, soyqırımlar bir-birinə bənzəyir, burada soyqırıma, qətliama gedən millətlər, toplumlar da fərqlidir. Dinc əhalini qətlə yetirməyə hər millətin əli qalxmaz. Müharibə müharibədir, müharibədə döyüşürsən, hər millət özünü müdafiə edir, yaxud hücuma keçir. Amma müəyyən toplumlar, müəyyən millətlər var ki, onlar soyuqqanlı şəkildə qətliama gedirlər, soyqırım törədirlər. Bu, əsasən ermənilərə xas xüsusiyyətdir ki, onlar gözlərini qırpmadan dinc əhaliyə qarşı qətliamlar törədirlər. Ermənilərin bu xarakteri dəfələrlə sübut olunub. Ruslarda, serblərdə də bu keyfiyyət var. Bütün hallarda Buçada baş verənlər kökündən araşdırılmalıdır. Qeyd edildiyi kimi, hələ BMT rəhbəri bu olaya soyqırım deməyə ehtiyat edir, ABŞ prezidenti də bunu soyqırım yox, müharibə cinayəti adlandırır. Görsənən odur ki, hələlik dünya, xüsusən də Qərb soyqırım ifadəsinə  ehtiyatla yanaşmağa üstünlük verir. Bu da səbəbsiz deyil. Çünki bilirsiz ki, soyqırımla bağlı dünyada siyasi spekulyasiyalar da çoxdur".

A.Nağının sözlərinə görə, saxta soyqırım iddiası ilə ermənilər uzun illərdir ki, spekulyasiya edir, dünya artıq ermənilərin qondarma iddialarından bezib.

QAT sədri qeyd etdi ki, ermənilər soyqırım iddiasından bir alət kimi istifadə edir. "Dünya qondarma erməni soyqırımı siyasi spekulyasiyasından uzun illərdir ki, əziyyət çəkdiyi üçün soyqırım ifadəsinə ehtiyatla yanaşır. Təbii ki, Buçada baş verənlərlə bağlı geniş araşdırma aparılmalıdır, burada soyqırım əlamətlərinin olub-olmadığı aşkarlanmalıdır. Doğrudanmı, dinc əhaliyə qarşı düşünülmüş hərəkətlər törədilib, yoxsa müharibə vəziyyətində şəhərin  raket atəşləri ilə bombalanması zamanı dinc əhali kütləvi şəkildə həyatını itirib? Qətliam odur ki, məqsədyönlü şəkildə dinc əhali ya bir araya gətirilərək qətlə yetirilir, yaxud yaşadıqları ərazilərdə evlərinə hücumlar olunur, onlar qətlə yetirilir. Bütün bunların hamısı aşkarlanıb təsdiq edilməlidir. Dünyanın şübhəsinə və ehtiyatlı davranışına son qoyulması üçün Buçada baş verənlər ətraflı araşdırılmalı və bu soyqırım kimi sübut olunmalıdır.  Sübut olunduqdan sonra Buçada baş verənlərin soyqırım olduğu barədə qərar verilməlidir. Yəni Ukrayna prezidenti artıq indidən dünyaya car çəkib ki, Buçada baş verənlər dünyada soyqırım kimi tanınacaq. Bu bir az emosional mövqedir. Hələlik araşdırılmalıdır, faktlar ortaya qoyulandan sonra bu barədə yekdil rəy söylənilməlidir. Göründüyü kimi, hələ BMT və ABŞ bu məsələyə soyqırım kimi yanaşmağa tələsmir".

A.Nağı hesab edir ki, bütün hallarda, Azərbaycan da bu istiqamətdə ayıq olmalıdır, çünki dünya Buçada baş verənlərə qətliam, yaxud soyqırım mövqeyindən yanaşacaqsa, onda "bəs Xocalı" sualı ortaya çıxacaq. "Bu halda suallar yaranacaq ki, 30 il bundan əvvəl törədilmiş Xocalı soyqırımı ilə bağlı niyə ortada obyektiv mövqe yoxdur? Yəni Xocalı hadisəsi açıq-aydın soyqırımdır. Çünki Xocalı şəhərinə daxil olan erməni-rus qüvvələri azərbaycanlı dinc əhaliyə qarşı məqsədyönlü şəkildə qətliam törədiblər. Və hətta insanları şəhərdə qətlə yetirməklə kifayətlənməyib təqib ediblər, şəhərdən kənarda pusqu qurub dinc əhalini azərbaycanlı olduqları üçün amansızlıqla qətl ediblər. Ona görə də proseslərin gedişində Xocalı soyqırımı məsələsi də gündəmə gətirilməlidir. Eyni zamanda, Qaradağlı, Ağdaban, Meşəli və müharibə dövründə ermənilərin dinc əhaliyə qarşı törətdiyi kütləvi qətllər beynəlxalq birliyin diqqətinə çatdırılmalıdır”- deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ