Cümə günü, 13 noyabr 2026
     

“Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin böyük siyasi və mənəvi əhəmiyyəti var” - Vüqar Rəhimzadə

Image


“İki ilə yaxındır ki, torpaqlarımızın özünün əzəli və əbədi sahibinə qovuşmasının, ərazi bütövlüyümüzün  təmin edilməsinin sevincini yaşamaqla yanaşı, tarixi Zəfərimizin yaratdığı reallıqların dünya ictimaiyyəti tərəfindən təsdiqi və qəbulu istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır.

Bu gün dünya gücləri postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsi ilə bağlı dəstəklərini göstərməyə hazır olduqlarını bildirir, onların təşəbbüsü ilə  Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşləri təşkil edilir, 10 noyabr 2020-ci il Bəyanatında əksini tapan müddəaların yerinə yetirilməsinin vacibliyi vurğulanır. 2021-ci ilin Moskva, Soçi və Brüssel görüşləri deyilənlərin təsdiqidir. O da məlumdur ki, bugünlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə  Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü keçiriləcək.

Göründüyü kimi, atılan hər bir addım sülh təklifinin reallığa çevrilməsinə, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, ən əsası 30 il göz yumulan həqiqətlərin hamı tərəfindən qəbuluna xidmət edir. Azərbaycan dövlətinin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində  44 gündə imza atdığımız tarixi Zəfər bundan sonrakı hədəflərimizə işıq salaraq,  Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın inkişafı naminə mühüm tədbirlərin görülməsinə,  bu torpaqların malik olduğu potensial imkanlardan səmərəli istifadəyə çağırışlar edir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən dərhal sonra  işğaldan azad edilmiş ərazilərimizə səfərləri, 2021-ci ildə gerçəkləşdirdikləri 32 səfər də bir çox məqamların təqdimatında əhəmiyyətli rol oynayır. Bu səfərlərin 7-si Qarabağın tacı, Azərbaycanın döyünən  ürəyi, musiqi beşiyimiz Şuşa şəhərinə edilib. Tarixi Zəfərimizdən sonra ilk Novruz tonqalı da məhz Şuşada, Cıdır düzündə alovlandırıldı. Bu reallıqlar işğalçı Ermənistanı və ona havadarlıq edən dövlətləri 30 ildə bilərəkdən, maraqlarına uyğun olaraq qəbul etmədikləri həqiqətlərə ədalət gözü ilə baxmağa məcbur etdi. 28 ildə  Şuşanı erməniləşdirməyə çalışan mənfur düşmən bunun mümkünsüzlüyünün şahidinə çevrildi.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Şuşa  əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında  müzakirələr,  təhlillər aparılır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bir  çoxları,  xüsusilə bu tarixi şəhərin öz sahiblərinə qovuşmasından sonra Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız, Qarabağın tacı Şuşanı işğalçılardan azad ediblər.

“Şuşanın gələcəkdə daha füsunkar olacağına əminlik üçün son ilyarımda burada aparılan bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirmək kifayətdir” söyləyən YAP Xətai  rayon təşkilatının sədri vurğulayıb ki, artıq mədəniyyət beşiyimizin əvvəlki şöhrəti özünə qaytarılır: “Öncə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Sənəddə də qeyd olunduğu kimi, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub.  1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Artıq işğaldan azad olunmuş ərazilərimizin, o cümlədən Şuşamızın işğal tarixini deyil, sahibinə qovuşduğu günləri qeyd edərək hər daşı, qayası tarix olan bu torpaqlarımızın bərpasının tezliklə başa çatdırılması, soydaşlarımızın Böyük Qayıdışının reallığa çevrilməsi istiqamətində davamlı addımlar atılır. Dövlət başçısı İlham Əliyevin  işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa şəhərinə təyin edildi. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaq.»

Vüqar Rəhimzadə qeyd edib ki, ötən ilin mayında “Xarıbülbül” musiqi festivalının, avqust ayında isə Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa edildi: “Şuşa iki dost, qardaş ölkənin - Azərbaycan və Türkiyənin müttəfiqliyini təsdiqləyən Bəyannamənin imzalanmasına şahidlik etdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Şuşa şəhəri diplomatik mərkəz rolunda çıxış edir. Belə ki, Azərbaycan ilə BMT arasındakı münasibətlərin 30 illiyi, BMT-Azərbaycan tərəfdaşlığı martın 18-də ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində qeyd edildi.  Bunun böyük siyasi, diplomatik, eyni zamanda, rəmzi mənası var. Dünyanın ən nüfuzlu beynəlxalq  təşkilatı olan BMT-nin postmünaqişə dövrünün reallıqlarını qəbul edərək, belə bir tədbirin Qarabağın tacı Şuşada keçirilməsində maraqlı olması həmin qurumun Təhlükəsizlik Şurasının bu gün tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin reallıqlara söykəndiyini bir daha təsdiq etməklə Ermənistanın reallıqlarla barışıb sülh müqaviləsini imzalamasına bir çağırışdır”.

YAP Xətai rayon təşkilatının sədri bu mühüm tədbirin ardınca martın 31-də Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin də böyük siyasi və mənəvi əhəmiyyəti olduğunu bildirib: “Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub. Dövlət başçısı İlham Əliyevin həqiqət anı kimi dəyərləndirdiyi 44 günlük İkinci Qarabağ müharibəsi həqiqətlərin təbliği və təqdimatı oldu. Ölkə Prezidentinin çağırışlarının əsasında bu mühüm məqam daim xüsusi yer alır ki, birliyimizdən çox şey asılıdır. Hər zaman Türk dünyasının birliyinə, həmrəyliyinə səy göstərən Azərbaycanın bu ümdə vəzifənin reallaşmasına  töhfələri göz önündədir və təqdir edilir. Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi də bu birliyin, həmrəyliyin təcəssümü, eyni zamanda, işğalçı Ermənistana, ona 30 ildən yaxın dövrdə və  hazırkı postmünaqişə mərhələsində havadarlıq edən dövlətlərə ciddi mesajdır. Bir daha sübut olundu Şuşa nəinki Azərbaycanın, bütün Türk dünyasının mədəniyyət paytaxtıdır”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ