Cümə günü, 13 noyabr 2026
     

Brüssel görüşü ərəfəsində Ermənistanda yenə vəziyyət qarışır...

Image


Azərbaycan Ordusunun Qarabağda son mövqe dəyişiklikləri Ermənistanda hələ də ciddi narahatlıq mənbəyi olmaqda davam edir. Ermənistan müxalifəti baş verənlərdən istifadə edib yenə burada vəziyyəti qarışdırmağa can atır.

Qeyd edək ki, aprelin 5-də müxalifət yenidən etiraz aksiyalarına start verəcəyini açıqlayıb. Parlamentdəki “Hayastan” fraksiyasının üzvü Vahe Akopyan bu xüsusda bildirib: “Dörd ildir dediyimizin pik həddi çatdı və biz tezliklə Qarabağı, sonra Ermənistanı və dövlətçiliyimizi, himnimizi və gerbimizi itirəcəyik. Biz həyəcan təbili çalmaq istəyirik ki, ictimaiyyətimiz artıq Qarabağı itirmək yolunda olduğumuzu başa düşsün. Bu hökumət bunun üçün aydın addımlar atır. Qarabağsız Ermənistan da olmayacaq”. O, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında Brüsseldə gözlənilən görüşü də şərh edib: “Mən əminəm ki, Nikol Paşinyan apardığı siyasətə görə Brüsseldən xalqın arxasında daha bir sənədə imza ataraq qayıdacaq. Xatırladaq ki, Brüsseldə baş tutacaq İlham Əliyev-Nikol Paşinyan görüşündən əvvəl Ermənistan müxalifəti aprelin 5-də saat 18:00-da “Azadlıq” meydanında mitinq keçirmək təşəbbüsü ilə çıxış edib. Ermənistanın “Qraparak” nəşri bu xüsusda yazır: “Maraqlıdır ki, əvvəllər İlham Əliyev-Paşinyan görüşünün Moskvada baş tutacağı ilə bağlı xəbərlər yayılırdı. Həftələr öncə Paşinyan apreldə Moskvaya edəcəyi rəsmi səfər barədə bildirmişdi, hətta gün olaraq 9 aprel qeyd olunurdu, lakin görüş təxirə salınıb və məlum olub ki, görüş aprelin 6-da Brüsseldə keçiriləcək. Bizdə olan məlumata görə, bu görüş Rusiya üçün sürpriz olub. Yeri gəlmişkən, Paşinyanın Rusiyaya səfərlərindən əvvəl həmişə Avropa ölkələrindən birinə - Litvaya, Belçikaya, Fransaya səfərləri olub. Daha sonra sərhəd eskalasiyası baş verib, Rusiya sərhədlərimizi qorumaq məsuliyyətindən imtina edərək Paşinyanı “cəzalandırıb”. Müxalifət Brüsseldə mühüm razılaşmaların əldə olunacağından və nəticədə Rusiyanın Ermənistana qarşı “sanksiyaları”nın bu dəfə daha sərt olacağından ehtiyat edir”. Qəzet yazır ki, indi Rusiya sülhməramlı qoşunları da ermənilərə yardım etmək istəmir: “Qarabağdakı gərgin vəziyyətin fonunda hamımızın, həm medianın, həm də vətəndaşların gözündən əslində aşkar olan bir şey yayındı. “Qarabağ informasiya qərargahı” yaydığı bəyanatda diqqətçəkən bir qeyd edib, daha doğrusu, əvvəlki günlərin oxşar bəyanatlarında edilən qeydin bir hissəsini qaçırıb. Söhbət rəqibi öz mövqelərinə qaytarmaq üçün Rusiya sülhməramlı qoşunlarının komandanlığı ilə birgə işdən bəhs edilməməsindən gedir. Beləliklə, Qarabağ informasiya qərargahında operativ-taktiki vəziyyətlə bağlı verilən bəyanatda aşağıdakıları oxuyuruq: “Qarabağ “səlahiyyətliləri” Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttinin şərq istiqamətində öz başlanğıc mövqelərinə qaytarılması üçün bütün səylərini göstərməkdə davam edir”. Və əvvəlki günlərdə eyni qərargah tərəfindən verilən eyni bəyanatda qeyd olunan hissədə oxuyuruq: “Qarabağ “səlahiyyətliləri” Rusiya sülhməramlı qoşunlarının komandanlığı ilə birlikdə Azərbaycan Silahlı Qüvvələrinin öz mövqeyinə qaytarılması və hərbi-siyasi vəziyyətin sabitləşdirilməsi üçün müxtəlif diplomatik vasitələrə əl atmaqda davam edir”. Gördüyünüz kimi, son bəyanatla əvvəlki bəyanatlar arasında ciddi fərq var: son bəyanatda Rusiya sülhməramlılarından bəhs edilmir. Bu xüsusda Qarabağda olan “yüksək dərəcəli rəsmi”dən indiki vəziyyəti təsvir etməyi xahiş etdik. O dedi ki, rəqib aqressivdir və irəli getmək üçün aydın planı var. Nikol Paşinyanın təhlükəli “güzgü variant”nda geri çəkilmə təklifi nəticəsində Azərbaycan ordusu Fərruxda peyda olub və Daşbaşı yüksəkliyinin bir hissəsini ələ keçirib. Gözlədiyimiz kimi, azərbaycanlılar nəyin bahasına olursa-olsun, aqressiv və sərt üsullarla öz proqramlarını irəli çəkməyə çalışırlar. Həmsöhbətimizin rəqibi başlanğıc mövqelərə qaytarmağın mümkün olacağına ümidi çox az idi”.

Ermənistanın sabiq müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan da İrəvanın çətin duruma düşdüyünü etiraf edir: “Ermənistan üçün vəziyyət həqiqətən kifayət qədər ağırdır və hər zaman müharibə təhlükəsi var, lakin mən hesab edirəm ki, Nikol Paşinyanın müharibə təhlükəsi ilə bağlı sözləri “sülh gündəmi”ni irəli aparmaq üçün edilən manipulyasiya ola bilər”. Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti mövqeləri gücləndirmək əvəzinə sülh gündəmi, “güzgü versiyası” ilə geri çəkilmə haqqında düşünür. Müxalifət fraksiyasının rəhbəri bildirib ki, onlar Azərbaycanın təklif etdiyi 5 bəndin əleyhinədir, çünki bunlar həyata keçirilərsə, Qarabağın gələcəyi təhlükə altına düşəcək: “Hakimiyyətin hərəkətsizliyi ucbatından Ermənistan sərhədlərində və Qarabağda açıq yerlər var: bütün təhlükəsizlik sistemi səfərbər olunmayıb, müvafiq müdafiə strukturları formalaşmayıb”. Ohanyan vurğulayıb ki, sülhməramlıları günahlandırmaq və ya günahlandırmamaq Ermənistan hakimiyyətinin vəzifəsidir: “Niyə Qarabağ “müdafiə ordusu”nun bölmələri arasında, eləcə də sülhməramlı qüvvələr arasında əməkdaşlıq lazımi səviyyədə deyil? Niyə cəbhə xətti tam öyrənilməyib, bütün boşluqlar bağlanmayıb? Fərrux və Pirlərin dinc sakinlərinə kim cavab verməlidir? Rusiya sülhməramlılarından soruşmalıdırlar? Və hesab edirəm ki, biz vəziyyətə real təşəbbüskar qiymət vermək əvəzinə, yenə ikinci dərəcəli məsələlərlə məşğul oluruq”. Bu səbəbdən o, əhalini mitinqdə fəal iştiraka çağırıb. “Hayastan” fraksiyasının digər deputatı Qeqam Manukyan isə mitinqlə bağlı qeyd edib: “Biz insanlara başa salmağa çalışacağıq ki, əslində, müharibə təhlükəsi məhz bu kompromis siyasətidir. Bu hakimiyyət və Paşinyan insanlarda qorxu toxumu səpərək, müharibədən, düşmənin 5 dəqiqədən az müddətdə hücuma keçə biləcəyindən danışaraq, elə əhval-ruhiyyə yaratmağa çalışır ki, guya başqa çıxış yolu yoxdur. Özünüzü ləyaqətlə təqdim edəndə beynəlxalq aləmdə daha hörmətli və daha məqbul bir mövqeyə sahib olacaqsınız”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ