Azərbaycan itkin düşmüş şəxslərin tapılmaması ilə bağlı Ermənistanı beynəlxalq məhkəməyə versə, biz Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyik.
Trend-in məlumatına görə, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrina Bomberger deyib.
"Bu məsələ Beynəlxalq konvensiyaya uyğun olaraq həyata keçirilir və itkinlərin tapılması ilə bağlı ölkələr üzərinə məsuliyyət düşür. Bu prosesdə ölkələr məsuliyyət daşıyır. Bildirirəm ki, bu, itkin düşmüş şəxslərin ailələrinin hüquqlarını müdafiə etmək üçün bir amildir. Əgər bu məsələ ilə bağlı Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verərsə, biz Azərbaycanın mənafeyini müdafiə edəcəyik", - deyə baş direktor vurğulayıb.
"Ümid edirəm ki, Azərbaycan tərəfi və Ermənistan itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılması ilə bağlı anlaşacaq" deyən Bomberger bildirib ki, "biz əvvəl Qərbi Balkanda da bununla bağlı araşdırma aparmışıq və əməkdaşlığımız yüksək nəticələnib. İnanırıq ki, bu ölkələr arasında da anlaşma olacaq".