Cümə günü, 13 noyabr 2026
     

BMT Ukraynanı araşdıran xüsusi insan hüquq komissiyası yaratdı - bəs neçə ildə Qarabağda bunu niyə görmədik...

Image


BMT İnsan Haqları Şurasında Rusiyanın Ukraynaya hücumunu araşdırmaq üçün xüsusi komissiya yaradılıb. Sübutlar sənədləşdiriləcək və beynəlxalq məhkəmələrdə istifadə olunacaq, Rusiya hərbi cinayətkarları məsuliyyətə cəlb olunacaqlar.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski tviter səhifəsində yazıb: “Mən Beynəlxalq Təhqiqat Komissiyasının yaradılmasını alqışlayıram. Sübutlar sənədləşdiriləcək və beynəlxalq məhkəmələrdə istifadə olunacaq. Rusiya hərbi cinayətkarları məsuliyyətə cəlb olunacaqlar”.

Bəs BMT ötən 30 ildə Ermənistanın Azərbaycana hücumu ilə bağlı niyə bir komissiya yaratmadı? Azərbaycana, vətəndaşlarımıza, soydaşlarımıza qarşı hərbi cinayətlər edən, soyqırımlar törədən canilər hələ də azadlıqdadır. Biz hələ də onların cəzalanacaqları günü gözləyirik.

  • “Çox yaxşı olar ki, yaradılan həmin komissiya Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal faktını da araşdırsın”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Ukrayna da işğala məruz qalıb, bu da həm regional, həm də beynəlxalq təşkilatları, dövlətləri ciddi şəkildə narahat edir, bu səbəbdən də işğal faktına görə hər kəs səsini qaldırmalı, müəyyən tədbirlər həyata keçirməli idi. “Amma ikili yanaşma, ikili standart yenə də ortadadır, bu da bizi çox narahat edir. Dünya başa düşməlidir ki, ikili standartlarla bu ya digər hadisələrə yanaşanda onun başqa yerlərdə də davamı olur. Ona görə BMT də, başqa beynəlxalq təşkilatlar da istənilən situasiyada obyektiv mövqe tutmalı idilər. Amma indi gözümüzün qarşısındadır, müşahidə edirik ki, müsəlman ölkələrinə qarşı ayrı bir münasibət var. Sanki müsəlman ölkələrinin başına gələn faciələri görmək istəmirlər. Çox təəssüf ki, belədir. İstənilən halda, BMT Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı hansısa komissiya yaradıbsa, bunu da müsbət dəyərləndirməliyik. Çalışmalıyıq ki, o komissiya obyektv işləsin, qərəzli bir mövqe tutulmasın. Obyektiv araşdırmalar aparılsın, düzgün nəticələr ortaya qoyulsun. Təkcə Rusiya-Ukrayna münasibətləri ilə bağlı yox, ümimiyyətlə dünyada baş verən işğal faktları ilə bağlı ümumi bir mövqe ortaya qoyulsun. Çox yaxşı olar ki, yaradılan həmin komissiya Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal faktını da araşdırsın və Rusiyanın Ukraynaya müdaxiləsi ilə müqayisə etsin. Hər iki hadisəni, faktı müayisəli şəkildə təhlil edə bilərdir. Bizim istəyimiz bundan ibarətdir. Digər tərəfdən, əgər BMT İnsan Haqları Şurasında bu məsələ gündəmə gəlibsə biz bundan yararlanmağa çalışmalıyıq”.

A.Nağının sözlərinə görə, Azərbaycan dəfələrlə rəsmi və qeyri-rəsmi qaydada Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə, Xocalı soyqırımı ilə bağlı məsələ qaldırıb, amma beynəlxalq qurumlardan istədiyimiz reaksiyanı görməmişik. “Bu situasiyada Azərbaycan rəsmi qaydada yenidən Ermənistanın işğalçılığı ilə bağlı məsələni gündəmə gətirməlidir. Bu gün bütün dünyanın gözü qarşısında Rusiya Ukraynaya təcavüz edib, hamının diqqəti bu məsələnin üstündədir, eyni zamanda hamının diqqəti işğal faktına yönəlib. Ona görə biz də Azərbaycanın başına gətirilən faciələrlə bağlı məsələləri gündəmə gətirməliyik. Konkret şəkildə sənəd hazırlanmalıdır, BMT müstəvisində müzakirəyə çıxarılmalıdır. Son günlərdə Azərbaycan Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı BMT müstəvisində müəyyən sənədlər ortaya çıxarıb və BMT-nin sənədi kimi paylanmasına nail olur. Çox müsbət bir tendensiyadır. Bu işə daha ciddi yanaşılmalıdır. Konkret şəkildə Azərbaycan BMT Təhlükəsizlik Şurasına, yaxud İnsan Haqları Şurasına sənədlərlə müraciət etməli, bu sənədlərin baxılmasına nail olmalıdır. Görək biz bu sənədi hazırlayıb orataya qoyandan sonra BMT bizə yenə də susqunluqla yanaşacaq, yoxsa yox. Əgər BMT Rusiyanın işğalçılıq hərəkətləri ilə bağlı məsələyə baxırsa, bizim də müraciətimizə diqqət yetirməyə ən azından məcburdur... Biz indiyə qədər onlardan obyektv mövqe görməmişik. Amma indi özləri öz başlarına gələn hadisələrlə bağlı məsələləri müzakirəyə çıxara bilirlərsə, biz də öz məsələmizi gündəmə gətirməyi bacarmalıyıq. Kifayət qədər də faktlarımız, əsaslarımız var...” - deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ