Ukraynanın Xarkov vilayətində yaşayan azərbaycanlı ailənin evinə mərmi düşməsi nəticəsində 3 nəfər ölüb.
Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan "Report"a məlumat verilib ki, ötən gün Xarkov şəhərinin 5 kilometliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib.
Onların sağ qalan 2 övladı hazırda qohumlarının himayəsi altındadır.