Cümə günü, 13 noyabr 2026
     

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - FOTO/YENİLƏNDİ

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edib.

Qonağı salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz. Sizi görməyə çox şadam.

Maimuna Mohd Şərif: Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Şadam ki, bizi ziyarət edirsiniz. Bilirsiniz ki, biz BMT-nin çox fəal üzvüyük və BMT-nin müxtəlif qurumları ilə uğurla əməkdaşlıq edirik. Şadam ki, BMT-nin Məskunlaşma Proqramı - UN-HABİTAT-ın icraçı direktoru olaraq bizi ziyarət edirsiniz. Bilirəm ki, siz bərabərlik, yoxsulluğun azaldılması və urbanizasiya dəyərlərini təşviq edirsiniz. Yəqin ki, yoxsulluğun azaldılması ilə bağlı göstəricilərimizdən sizin məlumatınız var. Yoxsulluğun azaldılması ilə bağlı hesab edirəm ki, biz bu qlobal bəlanın öhdəsindən uğurla gələ bildik və Azərbaycanda yoxsulluğun səviyyəsi təxminən beş faizdir. Bu da onu göstərir ki, sərvətin bərabər şəkildə bölüşdürülməsi üçün biz enerji sektorundan qaynaqlanan gəlirlərdən müvafiq şəkildə istifadə edə bilmişik. Əlbəttə, iqtisadi islahatlarla, məşğulluqla bağlı yeni imkanlar Azərbaycanda yeni mənzərə yaradacaqdır çünki əhalimiz artır. Buna görə də məşğulluqla və əlbəttə ki, bununla birbaşa əlaqəli olan yoxsulluğun səviyyəsi ilə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir.

İşğaldan azad edilmiş əraziləri ziyarət etdiyiniz üçün sizə minnətdaram. Bilirəm ki, Ağdamda olmusunuz və dağıntının miqyasını öz gözlərinizlə görmüsünüz. Sizi əmin edə bilərəm ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyət eynidir. Hər şey dağıdılıb, məhv edilib, vandalizm, barbarlıq nəticəsində Ağdam mövcud deyil. On minlərlə insanın məskəni olmuş şəhər indi dağıntılar içindədir. Bu, işğal illəri ərzində ermənilər, erməni cinayətkar rejimi tərəfindən törədilmişdir. Demək olar ki, otuz il ərzində Azərbaycan mədəniyyəti və tarixinin izini silmək üçün şəhərlərimiz, kəndlərimiz, tarixi və dini abidələrimiz qəsdən, planlaşdırılmış şəkildə dağıdılırdı. Lakin torpaqlarımızın azadlığı uğrunda müharibə onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalacaqdır. Səbirli olmaq lazımdır. Eyni zamanda, ölkəyə sadiq olmaq və məqsədə nail olmaq üçün hər gün işləmək lazımdır. Bizim müharibəmiz azadlıq müharibəsi idi. Biz işğala son qoyduq. Biz torpağımızdakı şər qüvvələrə son qoyduq. Yəqin, sizin məlumatınız var ki, ermənilər həm də bizim dini abidələrimizi təhqir edib və dağıdıblar. 65 məscid tamamilə dağıdılmışdır və yerdə qalan iki məsçiddə bütün dünya müsəlmanlarının hisslərini təhqir edərək onlar donuz və inək saxlayırdılar. Əfsuslar olsun ki, bütün bu işğal illəri ərzində beynəlxalq birlik buna susurdu. Bununla belə, sizin bildiyiniz kimi BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleyası və digər mühüm beynəlxalq təşkilatlar tərəfindən bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul edilməsinə baxmayaraq Ermənistana ciddi təzyiq göstərilmirdi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməmişdi. Hətta bəzi ölkələr təcavüzkarı və təcavüzün qurbanını tərəzinin eyni gözünə qoymağa cəhd edirdilər. Ermənilərin bu əraziləri uzun müddət ərzində öz nəzarəti altında saxlamalarının əsas səbəblərindən biri də bunlar idi. Biz şücaət, vətənpərvərlik və gücümüzü göstərməsəydik bu işğal davam edəcəkdi. Çünki bizə belə gəlirdi ki, beynəlxalq təşkilatlar artıq özləri vəziyyətə uyğunlaşmışdı. Mənasız danışıqlarla qəribə turistlər qrupu kimi Minsk qrupu bizi ildə bir neçə dəfə ziyarət edirdi. İndi isə bu danışıqların yalnız arxasında Ermənistanın işğalın nəticələrini möhkəmləndirməyə çalışdığı sanki bir pərdə rolunu oynaması aydındır. Ermənilər bizim şəhər və kəndlərimizin adlarını dəyişirdi. Ermənilər dünyanın işğalı unutması üçün əlindən gələni edirdilər. Lakin Azərbaycan xalqı bunu unutmadı. Heç birimiz unutmadıq. Hamımız bir olaraq tarixi doğma vətənimizi azad etmək üçün canımızı qurban verməyə hazır idik və bu da baş verdi.

Hazırda bizim qarşımızda böyük çağırışlar var. Əminəm ki, bizim planlarımız barədə sizə məlumat verilib. Ola bilsin ki, bizim bərpa prosesimizin müəyyən nəzərəçarpan hissəsini görmüsünüz. Bu, böyük işdir. İndiyə qədər biz nə beynəlxalq təşkilatlardan, nə də dünyanın heç bir ölkəsindən beynəlxalq yardım olaraq bir dollar belə almamışıq. Gördüyümüz bütün işləri öz hesabımıza edirik. Biz bunu etməyə davam edəcəyik. Lakin əlbəttə qəribədir ki, torpaqların azad edilməsindən demək olar il yarım keçməsinə baxmayaraq, heç kim bizə kömək etməyə hazır deyil. Yalnız sözlər, başqa heç nə. Nə donor konfransı ilə bağlı ideyalar, nə də maliyyə dəstəyi var. Hətta məşhur qeyri-hökumət təşkilatları, məşhur beynəlxalq fondlar Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur. Bu, təəssüf doğurur. Bilirsiniz, biz əraziləri bərpa edəcəyik, Qarabağ və Zəngəzurda dediyim kimi yer üzündə cənnət nümunəsi yaradacağıq. Biz bunu nəyin bahasına olursa-olsun edəcəyik. Lakin düşünürəm ki, beynəlxalq təşkilatların, donor təşkilatların, böyük fondların bu etinasızlığı qəbuledilməzdir. Ümidvarıq, BMT öz qurumları və öz kommunikasiya kanalları vasitəsilə bizi dəstəkləyəcək, bu mühüm mesajı çatdıracaq ki, Azərbaycanın dəstəklənməyə ehtiyacı var. Biz sizin səfərinizi bu dəstəyin əlaməti hesab edirik. Əminəm ki, orada gördükləriniz barədə hesabat verəcəksiniz. Çünki, eşitmək, bilmək, oxumaq ayrı, gəlib öz gözlərinizlə görmək isə ayrı məsələdir.

Həmçinin dünyanın erməni barbarlığı haqqında öyrənməyi vacibdir. Bu, cəzalandırılmalıdır. Biz müharibə zamanı onları elə cəzalandırdıq ki, onlar bunu heç vaxt unutmayacaqlar, lakin təcavüzkar beynəlxalq səviyyədə də cəzalandırılmalıdır. Əlbəttə ki, təzminat məsələsi var. Biz təzminat tələb edirik. Bu məsələni beynəlxalq arenada qaldırmaqda bizə kömək etmək üçün artıq beynəlxalq təsisatları, hüquqşünas qrupları cəlb etmişik. Beləliklə, planlar bundan ibarətdir. Düşünürəm ki, gələn ilin proqramı üçün biz əməkdaşlığımızı yaranmış bu mühüm reallığa uyğunlaşdırmalıyıq.

Hazırda minalar səbəbindən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə geri qaytarılması mümkün deyil. Əfsuslar olsun ki, indiyədək bizdə minalar səbəbindən 200-dən çox insan həlak olub və ya ağır yaralanıb. Ərazilərin bu minalardan təmizlənməsi böyük təcrübə və texniki imkanlar tələb edir. Həmçinin biz geri qayıdacaq insanlar üçün layiqli şərait yaratmalıyıq və proses başlayıb. Əminəm ki, siz ölkəmizə yenidən səfər edəcəksiniz, çünki, bu, qlobal miqyasda həqiqətən də çox mühüm məsələdir. Düşünürəm ki, bizim Livan böyüklüyündə ərazini necə bərpa edəcəyimiz, işğaldan, dağıntıdan və başqa ciddi problemlərdən əziyyət çəkən digər ölkələr üçün yaxşı nümunə olacaq. Əminəm ki, bizim kimi eyni problemlərlə üzləşən və ya üzləşmiş bütün digər ölkələr üçün nümunə ola bilərik. Bir daha xoş gəlmisiniz. Bizimlə olduğunuz üçün təşəkkür edirəm.

X X X

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı inkişaf proseslərinin, şəhər planlaşdırma və inkişaf konsepsiyasının onda dərin təəssürat hissi yaratdığını dedi. Azərbaycanda qədimiliklə müasirliyin vəhdətinin şahidi olduğunu, tarixi binalar saxlanılmaqla müasir tikililərin ahəngdar formada inşa edildiyini, şəhər planlaşdırılması və urbanizasiyanın tərkib hissəsi olan şəhər nəqliyyat sisteminin və yol infrastrukturunun müasirliyindən məmnunluğunu bildirdi.

Azərbaycana səfərinin bir gününü Ağdam şəhərində keçirdiyini deyən BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən Ağdam şəhərinin inkişaf və urbanizasiya planı ilə yaxından tanış olduğunu qeyd etdi.

Maimuna Mohd Şərif Azərbaycanın məqsədinin Ağdam da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə sıfır emissiyalı müasir eko-şəhər konsepsiyasının tətbiq edilməsi olmasını məmnunluqla vurğuladı. Bildirdi ki, BMT-nin Məskunlaşma Proqramı dünyanın müxtəlif ölkələrində postmünaqişə şəraitində şəhərlərin qurulmasında, dayanıqlı şəhər inkişaf konsepsiyalarının yaradılmasında təcrübəsi ilə dəstək verir və bu xüsusda Azərbaycan hökuməti ilə də sıx əməkdaşlığa hazırdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ