Cümə günü, 13 noyabr 2026
     

Tiflis ermənilərinin bu saxtakarlığına İran da sərt olmalıdır - 1992, Marağa?

Image


Erməni mətbuatının yaydığı məlumata görə, Tiflisdə erməni icmasının gənclər təşkilatları Sumqayıt, Bakı və Marağa “qırğınlarının qurbanlarının” xatirəsinə həsr olunmuş fotoşəkillərdən ibarət sərgi keçirib, yürüş ediblər. Guya 1988-ci il fevralın 27-29-da Azərbaycanın Sumqayıt şəhərində, 1990-cı ilin yanvarında Bakıda, 1992-ci ilin aprelində Marağada ermənilərə qarşı “qırğın” “baş verib”. Marağa “qırğınını” da ermənilər yeni icad ediblər. Marağada nə “qırğın” olub ki, ermənilər vay-şivən qoparırlar?  

Məlumata görə, qondarma sərgi Tiflisin məşhur Avlabar rayonunun “İrəvan parkı”nda açılıb. Guya ki, Sumqayıt hadisələri zamanı saysız erməni “öldürülüb”, “yaralanıb”  və “işgəncələrə məruz qalıb”. Ermənilər o qədər yeni yalanlar uydurublar ki, adam eşidəndə məəttəl qalır. Marağa “qırğını”da son günlər beynəlxalq ictimaiyyətə sırınan iddiadır.

Marağa “qırğını” hardan çıxdı, ermənilər bu “qırğını” necə icad edib? Onlar indi də İranımı hədəfə alıblar? İranın Marağa şəhərində onlara qarşı hansı “qırğın” törədilib?

Tarixçi Hafiz Cabbarov “Bakı-Xəbər”ə şərhində çox maraqlı faktlar açıqladı və bildirdi ki, ermənilərin məqsədi özlərini “qırğın qurbanı” kimi dünyada təbliğ etməkdir. “Ermənilər hər zaman olduğu kimi məkrli taktikalarını davam etdirirlər. Ümumiyyətlə, Sumqayıt hadisələri də, Bakıda törədilən hadisə də o vaxtkı Sovet xüsusi xidmət orqanları və hər zaman xüsusi xidmət orqanlarının aləti olan, istifadəsinə yarayan ermənilərin birgə təşkil etdiyi hadisələr idi. 34 il əvvəl törədilən Sumqayıt hadisələrinin məqsədi tarixi Azərbaycan torpaqlarında süni olaraq yaradılan Ermənistan dövləti ərazisindən azərbaycanlıların sürgün edilməsi idi. Bakı hadisələrində isə Sovet xüsusi xidmət orqanlarının məqsədi Bakıya qoşun yeridiləməsinə nail olmaq və Azərbaycanın azadlıq hərəkatını yatırmaq idi. Bu məsələdə də xüsusi xidmət orqanları ermənilərdən istifadə etdi. Bu da təsadüfi deyil. Çünki hələ 200 il əvvəl çar Rusiyası erməniləri bizim ərazilərə köçürməklə onu hədəfləyirdi ki, nə zaman Azərbaycanda milli azadlıq hərəkatı baş versə ermənilərdən katalizator kimi istifadə etsinlər. Ona görə də, tarixin müxtəlif dönəmlərində ermənilərdən istifadə ediblər”.

H.Cabbarovun fikrincə, Rusiyada siyasi rejimlər dəyişsə də, çar Rusiyasını Sovet hakimiyyəti, Sovet hakimiyyətini isə Rusiya Federasiyası əvəz etsə də, yenə də  Cənubi Qafqazda ermənilərdən istifadə etmək doktrinası hər zaman aktual olub. Marağa “qırğını” iddiasına gəlincə, H.Cabbarovun bildirdiyinə görə, burada söhbət İran İslam Respublikasının Marağa şəhərindən getmir, məsələ başqadır. Tarixçi xatırlatdı ki, 200 il əvvəl çar Rusiyası tərəfindən İrandan Qarabağa köçürülüb gətirilən ilk 200 erməni ailəsi Ağdərə rayonu ərazisində Marağa (indiki Şıxarx) adlı kənddə yerləşdirilib. Tarixçinin sözlərinə görə, İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə Marağa-150 abidəsi də qoyulmuşdu, sonradan bu abidəni ermənilər özləri darmadağın etdilər ki, Qarabağ torpağına gəlmə olduqlarının izini itirsinlər. “Ermənilərin “Marağa qırğını” iddiasına gəlincə, bu da başdan-ayağa uydurmadan ibarətdir. 1992-ci ildə Əbülfəz Elçibəy Azərbaycan prezidenti seçildikdən sonra həmin ilin iyununda ordumuz torpaqlarımızın azad olunması uğrunda əks hücumlara başladı. Bilirsiz ki, bu hücum Ağdərə-Əsgəran əməliyyatı da adlandırılır. Keçmiş Ağdərə rayonun Marağa kəndində İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətiylə 1978-ci ildə “Marağa-150” abidəsi də qoyulmuşdu. Sonradan başa düşdülər ki, bu abidə onların ziyanına işləyir onu dağıtdılar. Ermənilər indi həmin Marağa kəndindən danışırlar. Həmin o Marağa kəndində Azərbaycan ordusu Ermənistan ordusunu darmadağın etdi. Xocalıda dinc, əliyalın əhaliyə qarşı “qəhrəmanlıq” göstərən, qətliamlar törədən, vəhşiliklər edən erməni ordusunun əsgərləri və erməni terrorçuları həmin Marağa kəndində layiqincə cəzalandırılıblar. Ermənistan burada xeyli itki verdi və indi onu “Marağa qırğını” adlandırırlar. Ermənilər bu kəndin adını Marağa kimi qeyd edirlərsə, demək özləri də bilmədən özlərini ifşa edirlər. Ermənilər özləri etiraf edirlər ki, Marağa Cənubi Azərbaycandır, burada yaşayan erməni icması da 200 il əvvəl Qarabağa köçürülüb... Bu hadisə 1992-ci ilin iyun-iyul hərbi əməliyyatları çərçivəsində baş vermişdi. 1992-ci il əməliyyatında Azərbaycan ordusu dinc əhalini deyil, erməni terrorçularını və Ermənistan silahlı qüvvəllərinin hərbiçilərini məhv edib”.

Marağa “qırğını” ssenarisinin sonrakı vaxtlarda necə hazırlandığı, müəlliflərinin kim olduğu, bu yalanın, iftiranın, saxtakarlığın dünya ictimaiyyətinə hansı yollarla çıxarlıldığı barədə də danışan H.Cabbarov qeyd etdi ki, Marağa kəndində heç bir dinc erməninin burnu da qanamayıb, amma terrorçular və hərbçilər məhv edilib. “Marağa kəndində heç bir dinc erməni öldürülməyib, ermənilərin indi dedikləri uydurmadır. Ermənilərin “istinad” etdiyi uydurmaları Tomas De Vaalın da kitabında var, ondan əvvəl isə qatı ermənipərəst kimi tanınan və erməni lobbisinin kuklası olan Karolina Koks adlı Böyük Britaniya parlamentarisinin “təsvirlər”ində vardı. Onlar əsl həqiqəti təhrif edib, Azərbaycan hərbçiləri tərəfindən öldürülən erməni hərbçilərini sivil kimi qələmə veriblər. Ermənilər də onlara “istinad edib” danışırlar. Əslində isə hadisə tamamilə başqa cür olub. Məlumat üçün deyim ki, həm 1992-ci ilin iyun-iyul aylarında, ondan əvvəl isə aprel ayında əməliyyatlar baş verib. Dediyim kimi, 1992-ci ilin yayında Marağa azad olunub və oradakı erməni terrorçu-silahlı qüvvələri layiqincə cəzasını alıb. 1992-ci ilin aprelində isə Azərbaycan könüllü hərbi birləşmələri Marağaya hücum edirlər, bu kəndi geri qaytarırlar, eyni zamanda da sivil insanları yox, hərbçiləri və terrorçuları öldürürlər, əsir götürürlər. Məqsəd də o idi ki, onları 1992-ci ilin fevralında Xocalıda əsir götürülən dinc əhali və öldürülən insanların meyitləri ilə dəyişsinlər. Çünki ermənilər həm soyqırım törətmişdilər, həm də vətəndaşlarımızı əsir götürmüşdülər. İndi ermənilər min cür uydurmalar icad edirlər, amma bunun heç bir əsası yoxdur” - deyə H.Cabbarov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ