Cümə günü, 13 noyabr 2026
     

Moskva Bəyannaməsi Ermənistanın Qarabağ arzularının üzərindən birdəfəlik xətt çəkdi

Image


Azərbaycan və Rusiya prezidentləri arasında imzalanan müttəfiqlik bəyannaməsi hələ də siyasi gündəmin ən çox diqqət çəkən mövzularından biridir. Məsələ burasındadır ki, bəyannamə Bakı-Moskva münasibətlərinin gələcək inkişafının yol xəritəsi hesab olunur.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova qeyd edir ki, bəyannamə regional müstəvidə də mühüm rol oynayaraq Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli əməkdaşlığı gücləndirməyə kömək edəcək: “Bizim fikrimizcə, Bakı ilə bəyannamənin imzalanması Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlığın, o cümlədən təhlükəsizlik məsələləri, Cənubi Qafqazda iqtisadi və humanitar sahədə əməkdaşlığın gücləndirilməsinə kömək edəcək”. Zaxarova əlavə edib ki, həm Bakı, həm də Ankara ilə hərbi-siyasi əlaqələr mövzusu müzakirə olunur: “Eyni zamanda, bizim ümumi qarşılıqlı faydalı əməkdaşlıq formatlarımız var: xüsusilə 3+3 məsləhətçi regional platforması. Onun çərçivəsində Azərbaycan və Türkiyə ilə yanaşı, həm İran, həm də Ermənistanla qarşılıqlı əlaqədəyik və Gürcüstan üçün qapıları açıq saxlayırıq”. Rusiyanın bu qiymətləndirməsinə baxmayaraq, Ermənistanda məsələyə fərqli yanaşılır. Bunun ümdə səbəblərindən biri Qarabağ məsələsi ilə bağlıdır. Məlumdur ki, Prezident İlham Əliyev Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı fərman imzalayıb, bununla da bütövlükdə “Dağlıq Qarabağ” ifadəsi artıq tarixə qovuşub. Bəyannamədə də heç bir yerdə “Dağlıq Qarabağ” ifadəsinə rast gəlinmir. Ümumiyyətlə, Dağlıq Qarabağ deyilən inzibati ərazi vahidi yoxdur və sənəddə də bu reallıq öz əksini tapıb. 43 bənddən ibarət bəyannamədən görünür ki, bu, postmüharibə dövrünün sənədidir. Yəni burada artıq Qarabağ münaqişəsinin tənzimləməsi prosesindən söhbət getmir. Eyni zamanda, tənzimləmə prosesində ATƏT-in Minsk Qrupunun adı belə çəkilmir. Bununla o ehtiva edilir ki, münaqişə bitib və bu baxımdan ATƏT kimi bir vasitəçiyə də ehtiyac yoxdur. Həmçinin burada postmünaqişə dövrünün həllini gözləyən məsələlərinə də baxış öz əksini tapıb. İlk növbədə, sənəddə 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr sənədlərinə istinad edilir. Postmünaqişə dövrünün həllini gözləyən məsələlərinin tənzimlənməsi istiqamətində səylərin birləşdirilməsi fikri əks olunur. Bu, ilk növbədə, heç şübhəsiz, erməni silahlı qüvvələrinin tör-töküntülərinin Qarabağdan çıxarılmasını, eyni zamanda, Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edən bir məqamdır.

Təbii ki, bütün bunlar Ermənistanda ciddi təşviş yaradır. Erməni ekspert Husik Arayan bu xüsusda qeyd edir: “Ermənistanın strateji tərəfdaşı olan Rusiya ilə Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalanması heç də bizim lehimizə deyil”.
Onun sözlərinə görə, 43 bəndlik bəyannamənin elə birinci bəndi Azərbaycanın ərazi bütövlüyünə aiddir ki, bu da Qarabağı Azərbaycanın bir hissəsi kimi görmək deməkdir:
“İlham Əliyevi ən çox ruhlandıran, ona açıq təbəssüm və sevinc bəxş edən bənd budur. İki ölkədən birinin ərazi təhlükəsizliyi üçüncü ölkə tərəfindən təhdid olunarsa, qarşılıqlı hərbi yardımdan edilməlidir. Bizim müttəfiqimiz rəqibimizin müttəfiqinə çevrilir”. O vurğulayıb ki, Ermənistan hakimiyyəti həm ölkənin qonşuları, həm də “dostları” ilə ardıcıl olaraq münasibətləri korlaya bilib. Ermənistanın Milli Demokrat Partiyası Moskva Bəyannaməsi ilə bağlı bəyanatında ölkəsinin daha bir məğlubiyyət yaşadığını etiraf edib: “22 fevral 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Bəyanatda 11-ci bənddə deyilir ki, Rusiya və Azərbaycan öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar. Daha sadə desək, bu müddəaya əsasən, Rusiya öz ərazisində Qarabağ və ya Naxçıvanın Azərbaycanın bir hissəsi olmasına söz və yaxud əməli ilə qarşı çıxan bütün təşkilat və şəxsləri öz ərazisində cavabdehlik etməyi öhdəsinə götürür. Məsələn, kimsə Qarabağın Ermənistana məxsus olduğunu desə, belə bir qeydin olduğu plakatla küçələrə çıxsa, məsuliyyət daşıyacaq. Rusiya və Azərbaycan, faktiki olaraq, 1921-ci ili bir daha təsdiqləyir. Rusiya, Türkiyə və Azərbaycan yenidən Ermənistana qarşı ittifaq yaradıb. Gündən-günə güclənən Rusiya-Türkiyə-Azərbaycan ittifaqı ermənilər üçün, Ermənistan üçün ölümcül təhlükədir.
Nə qədər ki vaxtımız, imkanımız var, milli fəlakətin qarşısını almaq üçün ayağa qalxmalı, birləşməli, rəqib ittifaqına xidmət edən rejimi aradan götürməli, milli hökumət qurmalıyıq”.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan da pessiçistdir: “Moskva ilə Bakı arasında imzalanmış bizim üçün çox təhlükəli bəyannamədə qəbuledilməz bəndlər var, məsələn, separatizmə qarşı mübarizə”.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin müttəfiqlə münasibətləri sıfıra endirdiyi şəraitdə hər şey gözləmək olar: “Rusiya həmişə öz maraqlarını rəhbər tutur və müttəfiq öz maraqlarını izah etməyi bacarmalıdır. Onların üst-üstə düşdüyü yerdə bunu dərinləşdirin, uyğun gəlməyən yerdə danışıqlar aparın. Moskva regionda Azərbaycanın timsalında ikinci müttəfiqini qazandı. Əgər Ermənistan hakimiyyəti Qarabağ məsələsini həll olunmuş hesab edirsə, o zaman belə bir inkişafın olması təbiidir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ