çərşənbə günü, 11 noyabr 2026
     

Ramiz Mehdiyev daşa dirəndi - korrupsiyaya görə Fətəli Abdullayevin adını çəkdi, o isə...

Image


Azərbaycan Milli Elmlər Akademiyasının  prezidenti, akedemik Ramiz Mehdiyev AMEA-nin Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının ilk iclasında çıxışı zamanı AMEA-da baş verən yeyinti və korrupsiya faktına görə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayevi ittiham edib: “Yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə görə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır”.

O, Akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edib və qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb.

R.Mehdiyevə Fətəli Abdullayevin cavabı gecikməyib. AMEA-nın sabiq işlər müdiri Abdullayev Mehdiyevin cavabını verib: “Çox saylı KİV nümayəndələrinin, məni istəyən və istəməyən yoldaşların zənglərini nəzərə alaraq bildirirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının nüfuzuna xələl gətirəsi hər hansı bir məsələnin ictimaiyyiləşməsinin qəti əleyhinəyəm. Qaldı konkret şəxsimlə bağlı səsləndirilən fikirlərə görə isə yaşını və vəzifəsini nəzərə alaraq çox təəssüfləndiyimi bildirirəm. Onu da xatırlatmaq istərdim ki, mən artıq 2 ildir AMEA-da çalışmıram”. 

R.Mehdiyev AMEA-nın İşlər İdarəsinin sabiq müdiri F.Abdullayevi ittiham etsə də, F.Abdullayev onun ittihamlarını rədd edib.

R.Mehdiyev kimlərin günahını F.Abdullayevin üzərinə atır? Abdullayev deyir ki, iki ildir Akademiyadan uzaqlaşmışam. Belə olduğu halda Mehdiyev nə üçün onu ittiham edir? Əslində günahkar kimlərdir?

  • “Fətəli Abdullayevlə yanaşı bu qanunsuzluqlara rəhbərlik edən...” 

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, elm üzrə ekspert İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, AMEA-da korrupsiya, maliyə yeyintiləri hallarının əsası 2013-cü ildə qoyulub. “2013-cü ildə Akif Əlizadə Akademiyaya rəhbərlik etdikdən sonra orada baş verən korrupsiya halları, qanunsuzluqlar, qurumdakı acınacaqlı vəziyyətin səbəbləri barədə mütamadi olaraq mətbuatda çıxışlar etmişəm. O zaman baş verənlərlə barışmadım, Alif Əlizadə ilə işləmədim, o qurumdan ayrıldım, amma burada cərəyan edilənləri müşahidə etdim. Təsəvvür edin ki, Ramiz Mehdiyevin AMEA-nın sabiq işlər müdiri Fətəli Abdullayevlə bağlı dediyi fikirləri mətbuatdan oxuyuruq, amma biz bunu uzun illər idi danışırdıq. Təkcə Akif Əlizadə və Fətəli Abdullayev cütlüyünün vaxtilə birbaşa mənim təşəbbüsümlə və AMEA-nın sabiq prezidenti mərhum Mahmud Kərimovun böyük əziyyəti, yataqxanada yaşayan insanların böyük zəhməti hesabına gənc alimlər və yataqxanada yaşayanlar üçün tikilən binalarda etdikləri biabırçılıqlar, dəhşətli cinayət faktları bəs edir ki, bu insanlar ömürlərini həbsxanada keçirsinlər. Təkcə bu fakt kifayət edir. Təsəvvür edin ki, yataqxana ərazisində biz həm yataqxana sakinləri, həm də mənzilə ehtiyacı olan gənc alimlər üçün yaşayış binasının tikintisinə nail olmaq üçün nə qədər əziyyətlər çəkdik. Dövlətimiz, Prezidentimiz  sağ olsun, bizim çağırışımıza, narahatlığımıza səs verdilər, dəstək oldular, bu binanın tikilməsi üçün dövlət nə lazımdır hamısını etdi. Bu işdə heç bir rolu, əməyi olmayan Akif Əlizadə və onun “köməkçisi” Fətəli Abdullayev bu binadakı mənzilləri ilk növbədə öz qohumları arasında bölüşdürdülər. Məndə faktlar var ki, onlar bu nəcib işdən hətta qazanc məqsədilə istifadə edib, nə qədər insanı dövlətdən narazı salıblar. İnsanları dövlətdən narazı salmaq ən böyük cinayətdir, xüsusilə də sənə dövlət postu, məsul vəzifə həvalə olnubsa. Bu yaşda bu cür əqidə sahibi olsan, bu cür cinayətlərə qol qoyasan, bu biabırçılıqdır. Mən yenə o yataqxana ərazisində inşa edilən bina məsələsinə qayıdıram, 85 yaşınlı Akif Əlizadə həmin binadan 4 mənzil, iki dörd, iki iki otaqlı mənzil aldı. Obyekt olmalı olan birinci mərtəbəni isə gəlinin adına keçirdi və oranı zəbt etdi. Fətəli Abdullayev Akademiyada heç bir rolu olmayan adamdı. Biz o siyahıda həmin binada kimlərin mənzilə ehtiyacı olduğunu qeyd etmişdik. Təsəvvür edin binanın tikintisini təşkil etmişik, tikintisinə nail olmuşuq, bütün işləri görmüşük. Fətəli Abdullayev məndən o siyahını istədi ki, siz siyahını qalanını biz edəcəyik. Bir gün də olsun elmlə məşğul olmayan, elmi işi belə saxta olan bir adam gəlib Akademiyada alimlər üçün tikilmiş binanı qamarladı. Fətəli Abdullayev o binadan iki mənzil götürdü. Görün AMEA kimi mötəbər bir qurumun rəhbərliyində olan bir adam bu cür işlər görüb, onlar buranı hansı səviyyədə idarə ediblər? Dəfələrlə Akif Əlizadənin bu cinayətlərdə əli olduğunu demişəm, tələb etmişəm ki, onunla bağlı tədbir görülsün, bu binada işğal etdikləri mənzillər əllərindən alınsın. Onların heç bir haqqı yoxdur. Burada ev verdikləri adamların ayrı yerlərdə evləri var. Bunların qanunsuz fəaliyyətləri bununla məhdudlaşmır. Onların bütün əməlləri təftiş edilməlidir. Akademiyanı nüfuzdan salmış adamlar cəzalandırılmalıdır. Müşahidə edirəm, sən 7 il Akademiyaya rəhbərlik edəsən, bu gün Akademiyanın həyətinə çıxanda bir adam sənə salam verməsin. Bu gün Akif Əlizadənin durumu budur. Fətəli Abdullayev deyir ki, mən iki ildir Akademiyada işləmurəm. İki ildir Akademiyada işləmədiyini deməklə özünü məsuliyyətdənmi qurtardığını düşünürsən?Bu Abdullayevi məsuliyyətən azad edir? Nə qədər ki, adamlar məsuliyyətə cəlb edilməyiblər biz indən sonra da Akademiya ilə bağlı belə faktları eşidəcəyik. Akademiya kimi mötəbər, çox nəhəng kişilərin rəhbərlik etdiyi bir ocaq cılız və bazar təfəkkürlü insanların “fəaliyyət obyektinə” çevirilib. Akademiyanın binalarında bunlar nə qədər qanunsuz ticarətxanalar saxlayırdılar? Buradan yığdıqları pullar hara gedirdi? Bu vəsaitlər yalnız bu insanların cibinə gedir, şəxsi mənafelərinə xidmət edirdi”.

İ.Orucov hesab edir ki, gələcəkdə Akademiya rəhbərliyində təmsil olunacaq şəxslərin bu kimi hallara yol verməməsi, başqalarına dərs olması üçün onlar mütləq cəzalanmalıdır. O, qeyd edir ki, AMEA-nın idarəedilməsində A.Əlizadənin rəhbərliyi dövründə həqiqətən də böyük hərc-mərcliklər olub. “Ramiz Mehdiyev AMEA prezidenti seçiləndə məndən bir neçə KİV müsahibə götürdü, münasibət öyrəndi. O vaxt dedim ki, fikrimcə, böyük təcrübəyə malik olan Ramiz Mehdiyev Akademiyadakı bu biabırçılıqların üstünü açacaq. Amma Ramiz Mehdiyev iki ildən çoxdur ki, Akademiya prezidentidir, niyə o binalarla bağlı cinayət işi açdırmır? Məlum olur ki, Nəbatat bağında, o unikal məkanda torpaq satılıb kimlərsə orada villalar tikib? Bu torpağı kimlər satıb? Akif Əlizadənin icazəsi olmadan Akademiyada heç bir iş etmək mümkün deyildi. Ramiz Mehdiyev Fətəli Abdullayevlə yanaşı bu qanunsuzluqlara rəhbərlik edən Akif Əlizadənin də adını çəkməlidir, qurumun rəhbərliyində olub onun fəaliyyətini təftiş etdirsin. Mən Ramiz Mehdiyevin ədalətli olduğunu o zaman bilərəm ki, o, bu qanunszluqların başında duran şəxsin adını çəksin, onu ifşa etsin. Edirmi? Etmir...

Əlizadənin dövründə Akademiyaya yol tapan dələduzlar Mahmud Kərimovun dövründə Akademiyaya yol tapa bilmirdilər. Fətəli Abdullayevdən əvvəl Akademiyanın işlər idarəsinin müdiri, həm də prezident müavini çox dəyərli ağsaqqal Turab Əhmədov idi. Turab Əhmədovun vaxtında belə hallar var idimi? Təbii ki, yox idi. Əlizadənin dövründə isə Akademiyaya dədələrinin obyekti, pul, qazanc mənbəyi kimi baxılıb. Uzun müddət Akadmeiyanın işlər idarəsinin müdri işləmiş Turab Əhmədov barədə heç kəs heç nə deyə bilməz.  Çünki çox təmiz insan idi, Azərbaycan elminə sədaqətlə xidmət edirdi. Niyə Mahmud Kərimovun dövründə işləyən adamlar barədə bir kəlmə də olsun söz deyilmir? Amma Akif Əlizadənin dövründə vəzifəyə gətirilənlərin böyük əksəriyyətinin dələduzluqları üzə çıxdı”.

İ.Orucov qeyd etdi ki, onun AMEA-da işlədiyi dövrdə qurumda yaratdığı Gənc Alimlər Hərəkatı Əlizadənin dövründə məhv edilib. Ekspert deyir ki, Dünya Gənc Alimlərin Forumunu keçirdiyini deyən İ.Orucov  bildirdi ki, Çinin Təhsil Nazirini UNESCO-nun baş konfransının sədrini və daha neçə - neçə dünyaşöhrətli alimləri Azərbaycana gətirib. “Amma o tədbirdə görürdüm ki, Akif Əlizadə necə qısqanclıqla yanaşırdı. Ona dedim ki, biz dünyanın gənc alimlərinin forumunu keçiririk zalı bizə verin, dedi ki, zalı pulla verirəm...Ona görə bu insanların fəaliyyəti təftiş edilməlidir...”

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ