Cümə günü, 02 oktyabr 2026
     

Qərb və Rusiya arasında daha qorxunc “soyuq müharibə” başlayır...

Image


Qərblə Rusiyanın qarşıdurması artıq məzmunca yeni səviyyəyə qalxıb. Real vəziyyət göstərir ki, tərəflərin heç biri güzəştə getmək istəmir. Əksinə, onlar vəziyyəti gərginləşdirən yeni addımlar atırlar və ekspertlər bu durumu qlobal təhlükəsizlik üçün çox risqli hesab edir.

Hadisələrin inkişaf axarı, eyni zamanda, yeni “soyuq müharibə”nin başlandığını da göstərir. Bunun ümdə cəhətlərindən biri Rusiya və Qərbin yenə dünya miqyasında yeni silahlanma yarışına start verməsidir. Digər tərəfdən, onların biri-birinə qarşı yönəlmiş ittihamları da artır. Rusiyanın keçmiş prezidenti və keçmiş baş naziri, hakim Vahid Rusiya Partiyasının lideri Dmitri Medvedyev hesab edir ki, son illərdə Moskvanın Qərb ölkələri ilə münasibətləri dramatik şəkildə pisləşib və indi bu münasibətlər “soyuq müharibə” illərində olduğundan daha pisdir. Hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini postunu tutan Medvedyev “Kommersant” qəzetinə verdiyi müsahibədə bildirib ki, hamı Rusiya ilə Qərb arasındakı qarşıdurmadan yorulub: “Amma bu yayı tarıma çəkən Rusiya olmayıb”. Onun sözlərinə görə, hətta Krımın Rusiyanın tərkibinə qatılmasına verdiyi reaksiyada da Qərb daha incə, daha ağıllı hərəkət edə bilərdi, amma hər şeyi yandırıb kül etmək yolunu seçdi: “Lakin mən demək istəmirəm ki, təqsir həmişə bir tərəfdə olub və yaxud biz aydan arı, sudan duruyuq”. Medvedyev hazırkı vəziyyəti 1960-1980-ci illərlə müqayisə edib və qeyd edib ki, onda da Sovet İttifaqı ilə Qərb arasında qarşıdurma vardı, amma kompromislər tapmaq mümkün idi: “Təəssüf ki, bizim Qərbdəki partnyorlarımız, xüsusilə də Varşava müqaviləsinin dağılmasından sonra, bir balaca qudurublar...”. Onun sözlərinə görə, “soyuq müharibə” illərində Qərb sovet liderləri Nikita Xruşşova, Leonid Brejnevə, Siyasi Büro üzvlərinə və ya Ali Sovetin rəhbərlərinə fərdi sanksiyalar qoymurdu, amma indi Rusiya liderlərinə sanksiyalar qoyulur və beləliklə də kommunikasiya kanalları qırılır. Xatırladaq ki, Avropa İttifaqı ölkələri və ABŞ Rusiyanın güc strukturlarının bəzi rəhbərlərinə sanksiyalar elan edib. Habelə, Rusiyanın dövlət şirkətlərinin rəhbərlərinə də sanksiyalar qoyulub. Medvedyevin fikrincə, Qərb Rusiyanı “ölməkdə olan ölkə” hesab edir və buna görə də onun rəyini SSRİ-nin rəyini nəzərə aldığı kimi nəzərə almır: “Bu vəziyyət nə qədər davam edə bilər? Gəlin açıq danışaq: bunu heç kim bilmir”.

Bununla yanaşı, Qərb və Rusiya arasında hərb müstəvisində də ziddiyyətlər dərinləşir. ABŞ-ın Strateji və Büdcə Qiymətləndirmələri Mərkəzinin analitikləri bu fonda bəyan edir ki, dünyanın hər yerinə səpələnmiş ABŞ hərbçiləri artıq özlərini təhlükəsizlikdə hesab etmir. Qeyd olunur ki, ölkənin xaricdəki hərbi bazaları hücum qarşısında olduqca acizdir. Belə ki, Rusiya və Çin onların müdafiəsini yarmağa qadirdir. Ona görə də prinsipial olaraq yeni silah sistemləri lazımdır. Mərkəzin gəldiyi nəticələr və tövsiyələri haqqında “RİA Novosti” portalı yazır: “ABŞ-ın hazırda dünya boyu 800-dən çox hərbi bazası var. Onların da əksəriyyəti 1945-ci ildən bəri təhlükəsiz və müdafiə olunmuş hesab edilirdi. Ehtimal olunan əsas təhlükə kimi Pentaqon Şimali Koreya və İran kimi dövlətlərin ballistik və qanadlı raketlərinin vura biləcəyi məhdud zərbələri nəzərdən keçirirdi. Lakin Strateji və Büdcə Qiymətləndirmələri Mərkəzinin ekspertləri bildirir ki, Çin və Rusiyanın hücumlarının qarşısını almaq üçün hazırda olan zenit vasitələri kifayət etmir. Analitiklərin hesabatında bildirilir: "Hazırda biz əsasən hələ soyuq müharibə dövründə yaradılmış hava və raket hücumundan müdafiə sistemlərinə əsaslanırıq. Halbuki, bizim ehtimal olunan düşmənlərimiz hücum imkanlarının modernləşdirilməsi istiqamətində ciddi inkişafa nail olublar". Ekspertlər onu da qeyd edirlər ki, hazırda Çinin 1200-ə yaxın yaxın mənzilli ballistik raketi və Cənubi Çin dənizindəki ikinci ada halqasına çata bilən 200-300 sursatı var. Bundan əlavə, Pekinin sərəncamında ən azı 1500 km məsafədə hədəfləri vurmağa qadir olan yerdən atılan min ədəd qanadlı raket də var. Nəhayət, ABŞ bazaları üçün Çinin H-6 strateji bombardmançıları və ABŞ ərazisinə zərbə endirməyə qadir olacaq perspektiv H-20 "gözəgörünməz” təyyarələri də ciddi təhlükə kəsb edir. Moskva isə Pentaqonun Avropadakı obyektləri üçün təhlükədir. Belə ki, Rusiyanın nüvə silahı, yaxın mənzilli "İsgəndər-M" ballistik kompleksləri, yer, hava və sudan atıla biləcək çoxsaylı qanadlı raketləri var. Bundan əlavə, Rusiyanın hipersəs hücum sistemləri də Vaşinqtonda qorxu yaradır.

Hazırda ABŞ bazalarının müdafiəsi "Patriot" zenit-raket komplekslərinə və bütün növ aerodinamik və ballistik hədəfləri vurmağa qadir olan THAAD raket hücumundan müdafiə sistemlərinə əsaslanıb. Yaxın məsafələr üçünsə Norveç istehsalı olan zenit-raket kompleksləri və "Phalanx" artilleriya kompleksləri var. Lakin bu sistemlərin effektivliyi şübhə doğurur. Məsələn, Səudiyyə Ərəbistanına ixrac olunmuş "Patriot"lar dəfələrlə Yəmən husilərinin PUA-ları qarşısında aciz olub. Bundan əlavə, general Qasım Süleymaninin qətlindən sonra amerikalılar İranın İraqdakı hərbi bazasına endirdiyi zərbənin qarşısını ala bilməyib.

Nəticə belədir: hərbi bazaları ABŞ qədər güclü düşmənin hücumundan etibarlı şəkildə müdafiə etmək üçün çoxpilləli raket hücumundan müdafiə konsepsiyası yaradılmalı və perspektiv texnologiyalar tətbiq olunmalıdır. Müdafiənin növbəti xətti qırıcı təyyarələr və uzaqvuran "hava-hava" raketləri ilə silahlanmış dronlardan ibarətdir. Onların məqsədi ballistik hədəflərin və qanadlı raketlərin bazadan uzaqlarda, buraxıldığı yerə yaxın məsafələrdə məhv edilməsidir. Bunun üçün dronların bir hissəsi 100-150 kilovat gücündə perspektiv bərk yanacaqlı lazerlərlə silahlandırılacaq ki, onlar da birbaşa görüntü şəraitində uçuş aparatlarını vurmağa qadir olacaq. Gözlənilir ki, ABŞ hərbi bazalarını məhz yeni prinsiplər əsasında yaradılmış silahlar daha təhlükəsiz edəcək. Belə ki, 2022-ci ilə qədər Pentaqon yerdən idarə olunan 300 kilovatlıq lazerin ilk nümunələrini əldə etməlidir. Yeni silah təkcə PUA-lar, qanadlı raketlər, təyyarələrə qarşı effektiv olmayacaq, həm də zenit-raket kompleksləri ilə müqayisədə iqtisadi cəhətdən daha sərfəli olacaq. Belə ki, "Patriot"un qiyməti beş milyon dollara qədərdir. Lazerdən açılacaq atəş isə müqayisədə çox gülünc görünən məbləğə, təqribən 100 dollara başa gələcək. 2024-cü ildə isə ABŞ ordusunun sərəncamına elektromaqnit impulsu yaratmağa qadir olan THOR mikrodalğalı topları veriləcək. Bu toplar dron və raketlərin mürəkkəb texnikasını sıradan çıxararaq onlarla effektiv mübarizə aparmağa imkan verəcək.

Nəhayət, müdafiənin son xətti M109 artilleriya qurğuları və onlar üçün hazırlanan HVP  perspektiv hipersəs mərmiləridir. Bu universal sursat hava hədəflərinə qarşı da istifadə oluna bilər və raketlər qarşısında metal qəlpələrindən ibarət sıx bulud yaratmağa qadirdir. Analitiklər hesab edir ki, bazaların bu cür raket və hava hücumundan müdafiə sistemləri ilə təchiz olunması hərbçiləri 250 dəniz mili (460 km-ə qədər) məsafədə müdafiə çətiri altına salacaq. ABŞ-ın yerdən idarə olunan lazer qurğularına və mikrodalğalı toplara ümid etməsi məntiqli görünür. Lakin bu müdafiə kompleksləri, hələ ki, hazırlanma mərhələsindədir və ilk nümunələrin nə vaxt işıq üzü görəcəyi məlum deyil”.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - FOTO

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ