Cümə günü, 02 oktyabr 2026
     

Ermənistan Suriyadan daha betər vəziyyətə düşür – Paşinyanın sərhəddə ABŞ müşahidəçiləri təklifini “köhnə qvardiya” da süngü ilə qarşıladı...

Image


Məlum həqiqətdir ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi gələcəkdə bu iki ölkənin sülh şəraitində yaşamasının başlıca şərtləri sırasında yer alır. Bu xüsusda Azərbaycan müvafiq addımlar atsa da, Ermənistan yenə qeyri-obyektivlik nümayiş etdirir.

Bu günlərdə isə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sərhədin mübahisəli sektorunda beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə çağırıb: “Müşahidəçilərin olması hər iki tərəfin razılaşmanın şərtlərinə əməl etməsini təmin edər. Müşahidəçilər sərhəd məntəqələrinin müəyyənləşdirilməsindən sonra yerləşdirilməlidir. Azərbaycan həqiqətən də sərhəd məntəqələrini müəyyənləşdirmək istəyirsə, belə bir plandan imtina etməməlidir”. Amma Paşinyanın bu təklifi elə Ermənistanın özündə kəskin hiddətlə qarşılanır. Məsələn, politoloq Stepan Danielyan bu xüsusda bildirir: “Hazırkı baş nazir Ermənistan və Azərbaycan arasındakı sərhədlərin müəyyənləşdirilməsi məsələsini həll etməyə çalışır. Əlbəttə ki, beynəlxalq qüvvələri dəvət etməklə. Rusiya bu məsələdə iştirakçıdır, ABŞ və Fransa isə iştirak etməkdə çox maraqlıdır. İran artıq ora-bura var-gəl edir, sərhədlərin müəyyənləşdirilməsi prosesində aktiv olmağa çalışır. Azərbaycan Türkiyəni beynəlxalq ansamblda iştirak etməyə dəvət edəcək, Çin və Hindistan onsuz da rəsmi olaraq narahatdır. İngiltərə və İsrail də Azərbaycanda mövcuddur, əlbəttə ki, onlar da prosesə müdaxilə edəcək. Bütün bunlarda kim iştirak edəcək, hansı beynəlxalq mandatla, hansı missiyalar göndəriləcək, Ermənistanda hansı monitorinq mərkəzləri açılacaq? Üstəlik bu ölkələrin mürəkkəb münasibətləri bütün bunlara əlavə edilərsə, Suriyanın Ermənistanla müqayisədə bir istirahət zonası olacağını bəri başdan söyləmək olar. Əslində, bu ölkələrin bütün ziddiyyətləri Ermənistana nüfuz edəcək, bir-birilə münasibətlərini Ermənistanda tapacaqlar və bu hələ bir sualdır, yalnız sülh yolu iləmi? Bütün bunlar isə məsuliyyətsiz və qeyri-kafi bir şəxsin addımları sayəsində edilir”.

Qeyd edək ki, Rusiya Azərbaycan-Ermənistan sərhədinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə qarşıdır. Ən azı o baxımdan ki, bu, Rusiyanın maraq dairəsi olan zonaya NATO qüvvələrinin gəlişinə şərait yaradır. Elə İran da məsələyə bu prizmadan yanaşaraq ciddi narahatlıq keçirir. Əslində İran sərhədləri yaxınlığında Qərb müşahidəçilərinin görünə biləcəyinə Tehranın mənfi münasibət bəsləyəcəyi əvvəldən sirr deyildi. İranlı ekspert Həsən Cabbari Nasir bu kontekstdə “kalibr” portalına bildirib ki, İran Qərb və ABŞ qüvvələrinin əhatəsində yaşamağa öyrəşib: “Əfqanıstanda NATO və ABŞ qoşunları mövcuddur, baxmayaraq ki, indi geri çağırılır. İranın cənubunda ABŞ-ın ortağı olan ərəb ölkələri var və sair. Qərb qüvvələrinin olmadığı yeganə istiqamət İranın şimalı - Türkmənistan, Azərbaycan və Ermənistanla sərhədidir”. Onun fikrincə, İran Fransa və ya ABŞ kontingentlərinin öz sərhədləri yaxınlığında yerləşdirilməsini xoş qarşılamayacaq: “Bəli, bu, İran üçün ölümcül deyil, amma xoşagəlməzdir. Tehran bundan narahat olacaq və müvafiq açıqlama verə bilər. İran mətbuatı da bu mövzuda fəal şəkildə yazır və yeri gəlmişkən, Azərbaycanla Ermənistan arasındakı sərhəddə gərginliyə diqqət çəkir”.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da hesab edir ki, əslində, İrəvan reallıqla barışmalı, problemləri Rusiyanın vasitəçiliyi ilə çözməlidir: “Keçmişin ən vacib dərsi reallıqdır və biz ondan yararlanmalıyıq. Dənizdən-dənizə Ermənistan, Kürdən-Araza respublika xəyallarından əl çəkmək lazımdır”. O bildirib ki, insan hakimiyyətə gəldiyində bilməlidir ki, Ermənistanın vəziyyəti necədir, qonşuları ilə hansı problemləri var, hansı xarici çağırışlarla üzləşir və realist yollarla bu problemləri həll etməyə cəhd etməlidir: “Xəyallar qurmaq yetkin olmayan cəmiyyətlərə xasdır. Böyük dövlətlər ətrafında nəhəng institutlar, analitiklər, araşdırma təşkilatları işləyir və hər bir detala diqqət yetirilir. Yəni siyasi addımlarının xeyir və ziyanlarını müqayisə edirlər. Dövləti idarə etməyə qadir olmayan insanlar hələ düşüncə tərzinə uyğunlaşmayıblar. Problemin varsa, gərək qarşındakının fikirlərini biləsən. Gördünüz ki, zaman Azərbaycanın xeyrinə işlədi. İqtisadi baxımdan Azərbaycan gücləndi, Ermənistan isə zəiflədi, Azərbaycan müasir ordu yaratdı, bizim ordu isə miqrasiya səbəbindən kiçildi. Gizli olan məsələlər var ki, onlardan danışmıram, hazırda bizim ordunun sayı 90-cı illərdəkindən də azdır. İndi nəyə ümid edirlər?”. Bu fonda o hesab edir ki, Ermənistan Azərbaycan faktorunu artıq nəzərə almalıdır. Maraqlıdır ki, eyni yanaşma Ermənistanın digər keçmiş prezidenti Robert Köçəryan tərəfindən də sərgilənir: “Ölkələr arasındakı sərhəd xətti demarkasiya edildikdən sonra tanınır, bu da Ermənistanla Azərbaycan arasında həyata keçirilməyib. Bu sərhəd xəttinin bir çox yerlərdə dəqiqləşdirilməsinə ehtiyac var. Bu uzun və olduqca problemli prosesdir. Hər metr torpaq üçün danışıqlar aparılır. Əsasən sərhədin bir hissəsi çox tez demarkasiya edilir, lakin ətrafında uzun danışıqların aparıldığı mübahisəli ərazilər də olur”. O, həmçinin əlavə edib ki, Ermənistan indi zəifləmiş vəziyyətdədir: “Bu gün biz danışıqların tamhüquqlu tərəfi deyilik, bu gün bütün ümidimiz yalnız Rusiyayadır. Kimin nə deməsindən asılı olmayaraq, ötürmə Rusiya Federasiyası tərəfə edilir. Bunun başqa bir təhlükəli məqamı da var - məsələ həll olunmursa, şüurda belə bir fikir formalaşır ki, demək Rusiya bunu istəmir. Günahın səndə olmasına baxmayaraq, konspiroloji nəzəriyyə işə düşməyə başlayır. Məsuliyyət başqalarının üzərinə atılır ki, hazırkı hakimiyyət bu məsələlərdə çox bacarıqlıdır”. Beləliklə, İrəvanda açıq şəkildə etiraf edirlər ki, Ermənistan danışıqlarda tamhüquqlu tərəfi deyil, Rusiya Federasiyasının vassalı rolunu oynayır. Rusiya isə başqa vasitəçilər olmadan Ermənistan-Azərbaycan sərhədlərinin müəyyən edilməsini istəyir. Elə Azərbaycan da bu prosesdə eyni müstəvidən çıxış edən maraqlı tərəfdir.

Samirə SƏFƏROVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - FOTO

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ