Cümə günü, 02 oktyabr 2026
     

Makron Fransanın hələ çox cinayətini etiraf edəcək - tək “erməni genosidi” saxtakarlığından başqa…

Image


Müasir dünyada öz ermənipərəst mövqeyi ilə öndə gedən Fransa tarixdə başqa xalqlara qarşı saysız cinayət, soyqırım aktları törədib. Afrika xalqlarının başına açdığı oyunlar, ərəbləri kütləvi qırğınlara məruz qoymaları danılmaz faktdır.

Fransa uzun illər idi ki, Ruandada törədilən soyqırımda əli olduğunu inkar edirdi. Sabiq Fransa prezidentləri, xüsusən Sarkozi ölkəsinin Ruanda soyqırımında iştirakını danırdı, bütün gücü ilə bunu yalanlamağa çalışırdı.

Amma bu gün Fransa prezidenti Emmanuel Makron özündən əvvəlkilərin ciddi cəhdlə inkar etdiklərini etiraf edib. Fransa prezidenti E.Makron, ilk dəfə olaraq, ölkəsinin Ruanda soyqırımına görə məsuliyyət daşıdığını bildirib. Bu barədə Makron Ruandanın paytaxtı Kiqalidə soyqırımı abidəsinin qarşısında çıxışı zamanı deyib. “Fransa öz rolunu oynadı və Ruandadakı hadisələrə görə siyasi məsuliyyət daşıyır. Həmçinin, Fransa tarixin üzünə baxaraq, həqiqətən də Ruanda xalqına əzab verdiyini etiraf etməyə borcludur. Fransa başa düşmədi ki, regional toqquşmanın, yaxud vətəndaş müharibəsinin qarşısını almağa çalışmaqla, əslində, genosid rejiminin tərəfində olub” - deyə Makron ölkəsinin törətdiyi soyqırım cinayətini etiraf edib. Fransa prezidenti deyib ki, 100 gün ərzində Ruanda əhalisinin 20 faizi qətlə yetirilib. Fransa prezidenti buna görə Ruanda xalqından üzr istəyib.

Xatırladaq ki, 1994-cü ilin aprelindən iyun ayına qədər Ruanda soyqırımı zamanı 800 minə yaxın insan qətlə yetirilib.

Uzun illərdir qondarma “erməni soyqırımı”nı

əlində bayraq edən Fransa bu gün dünya qarşısında özünün törərdiyi qanlı cinayətlərdən birini etiraf edib, yəqin indən sonra digər xalqlara qarşı törətdiyi başqa soyqırımları da etiraf edəcək. 

  • “Yelisey sarayının fikrincə, tutsilərin mövqeyinin möhkəmlənməsi qara qitədə Fransanın nüfuzunun zəifləməsi təhlükəsi yaradırdı”

Fransanın Ruanda soyqırımında əli olduğu danılmaz faktdır. Soyqırım cinayətlərini araşdıran tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Afrika İnstitutu nəzdində Tropik Afrika ölkələrini araşdırma mərkəzinin aparıcı elmi əməkdaşıVasiliy Filippov

“Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri” məqaləsində, elmi araşdırmasında çox ilginc məqamlara toxunub. 2021-ci il martın 6-da Azərbaycan dilinə çevrilərək yayımlanan məqalələrin bəzi hissələrinə diqqət yetirək. “Rus və xarici afrikaşünaslıq elmi 1994-cü ildə Ruandada baş vermiş soyqırımı, adətən, tutsilərlə xutular arasında irrasional “etniklərarası münaqişə” kimi xarakterizə edir. Amma o dəhşətli qırğının etnik konnotativ səbəblərini bir kənara qoysaq, aydın olur ki, sözügedən faciənin birbaşa iştirakçılarının və icraçılarının arxasında güclü siyasi qüvvələr dayanırdı. Parisdə tutsilərin Uqandadan Ruanda ərazilərinə ABŞ xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş hücumunu amerikalıların Fransanın maraqları sferasına müdaxiləsi kimi qiymətləndirmişdilər. Sənədlər göstərir ki, Yelisey sarayının fikrincə, tutsilərin mövqeyinin möhkəmlənməsi qara qitədə Fransanın nüfuzunun zəifləməsi təhlükəsi yaradırdı. ABŞ isə Ruandaya tropik Afrikaya daxil olmaq üçün platsdarm kimi baxırdı: amerikalıların hədəfi varlı Konqo Demokratik Respublikası – Zair idi. Təkcə Ruandada yox, ümumiyyətlə, bütün bölgədə humanitar fəlakətin səbəblərini məhz burada axtarmaq lazımdır.

Əslində, həmin vaxt Ruandada baş verənlərə yaxından baxanda o qorxunc tamaşanın pərdəarxasında dayanan siyasətçilərin son dərəcə aydın məqsədlər güddüyünü görmək mümkündür. Belə olanda soyqırım – geosiyasi ambisiyalar və şəffaf iqtisadi maraqlar naminə ölkələri və xalqları qanlı qırğınlara sürükləyən siyasi texniklərin sinik əsərinə çevrilir”.

  • “Ruanda prezidentinə sui-qəsd zamanı həlak olmuş fransalı ekipajın...”

Ekspert vurğulayır ki, Ruandada baş verənləri anlamaq həmin fəlakətdən sonra dünyada olanları daha yaxşı başa düşməyə və dəyərləndirməyə imkan verir. O qeyd edir ki, 1994-cü ilin noyabr ayında BMT Təhlükəsizlik Şurasının himayəsi altında Tanzaniyada – Aruşa şəhərində Ruanda ilə bağlı beynəlxalq cinayət tribunalı təşkil olundu. “Tribunal Ruandanın prezidenti Juvenal Habiarimananın necə öldüyünü araşdırmalı və terror aktından sonra başlamış soyqırımın təqsirkarlarını üzə çıxarmalı idi. İki il çəkən məhkəmə prosesindən sonra, 1998-ci ilin mayında Ruandanın keçmiş baş naziri Jan Kambanda soyqırımın təşkilinə görə məsuliyyət daşıdığını etiraf etdi və ömürlük həbsə məhkum olundu. 2005-ci ilin sonlarında faciənin digər təşkilatçılarına da (ümumilikdə 22 nəfər) hökm oxundu. Bundan əlavə, iyirmi beş müttəhimin məhkəməsi davam edir, daha on yeddi şübhəli isə öz məhkəməsini gözləyirdi.

2008-ci ilin dekabrında tribunal Ruanda ordusunun keçmiş polkovniki Teoneste Baqasorunu insanlıq əleyhinə cinayətə görə ömürlük həbsə məhkum etdi. Onun 1994-cü il aprelin 7-də ölkədəki siyasi və hərbi vəziyyəti öz nəzarətinə götürdüyü sübut olundu, o cümlədən, T.Baqasor “Interahamve” könüllü dəstəsinin təşkilatçısı elan edildi. Bir qədər sonra – 2011-ci il mayın 17-də soyqırımda iştirakına görə Ruanda silahlı qüvvələrinin keçmiş generalı Oqyüsten Bizimunquya 30 illik həbs cəzası verildi. Eyni vaxtda iqtidar partiyasının keçmiş katibi Matye Nqirumpatse və onun müavini Eduard Karemer də ömürlük cəzaya məhkum olundu. Qeyd edək ki, tribunalın səlahiyyətlərinə yalnız soyqırımın əsas təşkilatçılarının işləri daxildir; digər cinayətkarlardan ötrü Ruandada yerli məhkəmələr sistemi yaradılıb və onlar artıq 100-dən çox ölüm hökmü çıxarıblar.

Amma istintaqın gedişatı Yelisey sarayında xüsusi entuziazmla qarşılanmadı: istintaq başlayandan bir il sonra Ruanda prezidentinə sui-qəsd zamanı həlak olmuş fransalı ekipajın qohumları iddia qaldırdılar. Bu, Paris məhkəməsinin öz təhqiqatını başlamasına imkan yaratdı. Məhz təhqiqatın yekununda - 2006-cı ilin noyabrında hakim Jan-Lui Brujyer Ruanda prezidenti Pol Kaqameni Juvenal Habiarimananın qətlində ittiham etdi və terror aktının təşkilində təqsirkar bildiyi doqquz ruandalının həbsi üçün beynəlxalq order verdi. Həmçinin, bu işin Ruanda üzrə beynəlxalq tribunala göndəriləcəyi elan olundu. P.Kaqame bu ittihamlara Fransa ilə diplomatik münasibətləri kəsməklə cavab verdi və yerli istintaqın aparılmasını əmr etdi”.

  • “Paris “soyqırıma qədər, soyqırım zamanı və ondan sonra da” Ruandada olub...”

“2008-ci il avqustun 5-də Kaqamenin əmri ilə başlayan araşdırmanın nəticələri dərc olundu. Beş yüz səhifəlik hesabatda “hazırlanan kütləvi qətllərlə bağlı fransız ordusunun nəinki kifayət qədər məlumatlı olduğu, həm də hadisələrdə bilavasitə iştirak etdiyi” barədə sübutlar təqdim edilmişdi. Kiqali (Ruandanın paytaxtı) Ruanda məhkəməsinin “yüzminlərlə tutsiyə sistematik olaraq divan tutan xutu rejiminə siyasi, hərbi, diplomatik və nəqliyyat dəstəyi verməkdə” təqsirləndirdiyi hər kəsi cinayət məsuliyyətinə cəlb etməyə hazır olduğunu bildirdi. İttiham olunan 33 nəfərin arasında Fransa prezidenti Fransua Mitteranın, baş nazir Eduar Balladyürün və sonralar Fransa hökumətinə rəhbərlik etmiş daha iki siyasətçinin – sözügedən hadisələr zamanı xarici işlər naziri olan Alen Jüppe və onun köməkçisi Dominik de Vilpenin adları vardı. Buna cavab olaraq Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi Romen Nadal hesabatda irəli sürülən ittihamları “qəbuledilməz” adlandırdı, həmçinin, hesabatı hazırlayan komissiyanın obyektivliyini şübhə altına aldı.

Sonralar Fransa xarici işlər naziri Bernar Kuşner, 1994-cü ildə “siyasi səhvlərə” yol verildiyini etiraf etmişdi. Eyni şeyi 2010-cu ildə Ruandaya rəsmi səfəri zamanı Fransanın o vaxtkı prezidenti N.Sarkozi də təkrarlamışdı. Bununla belə, Paris soyqırımda birbaşa və ya dolayı iştiraka görə cavabdehliyini həmişə qətiyyətlə inkar edib.

2014-cü ildə ruandalıların həlak olmuş həmvətənlərini yad etdikləri matəm tədbirləri ərəfəsində P.Kaqame yenidən Fransanı soyqırıma siyasi hazırlıqda, fransız əsgərlərini isə kütləvi qətllərin təşkilatçıları ilə əlbirlikdə ittiham etmişdi. Hətta Fransanın səfiri Mişel Fleş Kiqalidəki matəm mərasiminin iştirakçıları siyahısından çıxarılmışdı. P.Kaqamenin “Liberasyon” qəzetində dərc olunan müsahibəsində açıq şəkildə deyilirdi ki, Paris “soyqırıma qədər, soyqırım zamanı və ondan sonra da” Ruandada olub. Prezident Kaqame hər şeydən əvvəl Yelisey sarayını Ruandada soyqırımla nəticələnən bir ideologiyanı yaymaqda günahlandırırdı. O, “Belçika və Fransanın soyqırıma siyasi hazırlıqda, Fransanın qırğının həyata keçirilməsində birbaşa rolu olduğunu” bildirir, fransız əsgərlərini “qanlı qırğının icraçıları və iştirakçıları” adlandırırdı.

Təbii ki, Fransanın baş naziri Manuel Vals “Fransanın Ruandadakı soyqırımda əli olduğu ilə bağlı ədalətsiz, iyrənc ittihamları qəbul etmədiyini” bəyan etmişdi. Nəticə olaraq Fransa qərara gəlmişdi ki, ədliyyə naziri Kristian Tobirunu Kiqaliyə göndərməsin. Ölkə XİN-i Fransanın matəm mərasimində iştirak edə bilməyəcəyi ilə bağlı bəyanat verməklə kifayətlənmişdi.

Bu beynəlxalq qalmaqalı bir fakt xüsusilə maraqlı edir: sözügedən faciədə Parisin də, Kiqalinin də hansı rolu oynadığı hələ də sona qədər müəyyənləşdirilməyib və hər iki halda qarşılıqlı ittihamların öz məqsədi var” - deyə Vasiliy Filippov məqaləsində yazıb.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - FOTO

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ