Cümə günü, 02 oktyabr 2026
     

Ziyalılarımızın və din xadimlərinin multikultural mühitin formalaşmasında rolu…

Image


Ölkəmizdə multikultural  və tolerant cəmiyyətin yaranıb inkişaf etməsində coğrafi faktorun da rolu böyük olub. Belə ki, Azərbaycanın əlverişli bir coğrafi ərazidə və müxtəlif milli mədəniyyətlərin qovşağında yerləşməsi burada bir sıra xalqların və milli azlıqların məskunlaşmasına təsir göstərib.

Azərbaycanın bu əlverişli coğrafi mövqeyi onun etnik mədəni müxtəlifliyə malik bir cəmiyyət kimi formalaşmasında da öz əhəmiyyətini ortaya qoyub. Ancaq ölkədə multikulturalizmin inkişafı təkcə əlverişli coğrafi amildən asılı deyil. Çünki dünyada elə ölkələr var ki, onlar da Azərbaycan kimi əlverişli coğrafi məkanda yerləşir. Lakin həmin ölkələrin bir çoxunda multikulturalizmin vəziyyəti Azərbaycandakından çox aşağıdır. Bunun əsas səbəbi isə Azərbaycanın multikulturalizmi dövlət siyasəti kimi qəbul etməsidir. Multikulturalizm Azərbaycanda, dövlət siyasəti ilə yanaşı, həm də əhalinin həyat tərzidir. Azərbaycanda multikulturalizmin siyasi əsasları Azərbaycan Respublikası Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb.

  • Ölkədə milli azlıqlar və başqa millətdən olan xalqlar yerli əhali kimi sabitlik və rifah içərisində yaşayır

Ölkəmizdə yaşayan müxtəlif millətlərin və etnik azlıqların bərabərhüquqlu olması, yəni onlara yerli əhali ilə müqayisədə fərq qoyulmaması ölkədə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinin əyani sübutudur. Hazırda Azərbaycanda ölkənin əsas və çoxluq təşkil edən əhalisi - azərbaycanlılarla yanaşı, bir sıra digər millət, xalq və etnik azlıqlar da yaşayır. Azərbaycanda yaşayan millətlər əsasən ləzgilər, ruslar, talışlar, avarlar, türklər, tatarlar, gürcülər, yəhudilər və kürdlərdən ibarətdir. Ölkədə multikulturalizmin sosial iqtisadi inkişafa təsiri bundan ibarətdir ki, burada müxtəlif millət nümayəndələri yerli əhali kimi iqtisadiyyatın istənilən sahəsində müəssisə açaraq əhalinin tələbatını ödəyə bilər. Bundan başqa, onlar iqtisadiyyatın müxtəlif sahələrinə investisiya yatıraraq həm mənfəət əldə edə, həm də ölkənin iqtisadi inkişafına təsir göstərə bilər. Bu gün Azərbaycanda fəaliyyət göstərən və ölkənin sosial iqtisadi inkişafında rol oynayan bir çox iri müəssisələr var ki, o müəssisələrin rəhbərləri ölkəmizdə məskunlaşan qeyri azərbaycanlılardır. Hər bir ölkənin makroiqtisadi göstəricilərindən biri ölkə əhalisinin rifah səviyyəsidir. Qeyd edə bilərik ki, multikulturalizm ölkəmizdə yaşayan yerli əhalinin və başqa millətlərin rifahına da müsbət təsir göstərir. Ölkəmizdə siyasi və iqtisadi stabilliyin hökm sürməsi, yerli əhali ilə birgə başqa millətlərin də sülh və əminamanlıq içərisində yaşaması, onların hüquqlarının qorunması və eləcə də onların yerli əhali kimi bərabərhüquqlu olması ölkəmizdə rifah səviyyəsinin yüksək olduğunu göstərir. Buna misal olaraq qeyd edə bilərik ki, ölkədə yaşayan milli azlıqlar və başqa millətdən olan xalqlar yerli əhali kimi müxtəlif təşkilatlarda və müəssisələrdə işləyib əmək haqqı alaraq sabitlik və rifah içərisində yaşayırlar. Həm də onlar yerli əhali kimi dövlətə vergi ödəyərək dövlət büdcəsinin formalaşmasında rol oynayırlar.

  • Beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir…

Azərbaycanda tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirilir. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziuma ev sahibliyi edib. Fəxrlə deyə bilərik ki, bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi. Bunlardan əlavə, Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən BMT, YUNESCO, İSESKO, ATƏT və digər qurumlarla yaxından əməkdaşlıq edir. Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin beynəlxalq aləmdə təbliğ edilməsi, eləcə də ölkəmizin tolerantlıq təcrübəsinin yayılması baxımından əhəmiyyətli tədbirlərdən biri də 26-27 aprel 2010-cu ildə keçirilmiş Dünya Dini Liderlərinin Bakı Sammiti olub. Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin təşəbbüsü ilə təşkil edilmiş Sammitin təşkilatçılığını Azərbaycan hökuməti öz üzərinə götürüb. Sammitdə dünyanın nüfuzlu dini mərkəzlərinin nümayəndələri, o cümlədən Rus Pravoslav, Gürcü Pravoslav, Erməni Qriqorian kilsələrinin rəhbərləri, Vatikanın, Konstantinopol Patriaxlığının, İslam dünyasının nüfuzlu din xadimləri iştirak edib. Şübhəsiz ki, bu sahədə Azərbaycanın təşkilatçı kimi ev sahibliyi etdiyi mötəbər tədbirlərdən biri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. İndiyədək Bakıda 5 dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub və hər dəfə uğurlu nəticələr əldə edilib.

  • Bu gün Azərbaycanın tolerantlıq modeli dünyanın 28 universitetində öyrənilir

Beynəlxalq aləmdə Bakı prosesi kimi təqdim və qəbul edilən bu Forum dünyada mütəmadi keçirilən mötəbər tədbirlərdən hesab olunur. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri “Dövlət və din: qloballaşan dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda I Beynəlxalq Bakı Forumudur. Tədbirdə qeyd olunan sahədə vahid prinsipləri özündə ehtiva edən “Bakı Platforması” adlı sənəd qəbul edilib. Forumun işinə 30-dan artıq ölkədən nümayəndələr qatılıb və onun mütəmadi keçirilməsi barədə qərar qəbul olunub. 2016-cı il dekabrın 1-də Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav və Gürcüstan Pravoslav kilsələrinin nümayəndələri, bir sıra ölkələrin səfirləri iştirak edib. Konfransın məram və vəzifələrindən məlum olub ki, bu gün Azərbaycanın tolerantlıq modeli dünyanın 28 universitetində öyrənilir. Qafqaz xalqlarını birləşdirən dəyər tolerantlıqdan irəli gələn dəyərdir. Azərbaycan xalqının ənənəsində də tolerantlıq var. Bu gün Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb.

  • Multikulturalizm ideyalarının təbliğində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır

2016-cı il oktyabrın 2-də Roma Papası Fransisk Azərbaycan Respublikasında səfərdə olub. Prezident İlham Əliyev Roma Papası Fransisklə görüşü zamanı bu il Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirib: "Bizim üçün multikulturalizm həm həyat tərzidir, həm də dövlətimizin apardığı siyasətdir. Multikulturalizm ideyalarının təbliğində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır. Əfsuslar olsun ki, bəzi xadimlər, siyasətçilər, liderlər multikulturalizmlə bağlı bədbin fikirlər söyləyirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu çox təhlükəli və yanlış fikirlərdir. Biz isə Azərbaycanda sübut edirik ki, multikulturalizm yaşayır, inkişaf edir, bizim ölkəmizi irəliyə aparır. Multikulturalizmin ünvanlarından biri Azərbaycandır. Fəxr edirik ki, biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayırlar…”

2017-ci il dekabrın 21-22-də Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib. “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub. Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak edib.

  • “Biz ziyalılarımızın və din xadimlərimizin dilindən irqçiliyə, şovinizmə, dini radikallığa çağırışlar eşitmirik”

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Samir Adıgözəlli  qəzetimizə açqılamasında bildirdi ki, Azərbaycanda bu mühit elə-belə yaranmayıb: “Biz görürük ki, burada bir sıra parametrlərin əlaqəsi, vəhdədi mövcuddur. Dövlət siyasəti qanunverici baza ilə yanaşı, həm də ziyalılarımızın və din xadimlərinin bu istiqamətdə əvəzsiz xidməti var. Ölkəmizdə, milli mənsubiyyətindən asılı olmayaraq, heç kim özünü konkret olaraq hansısa xalqın ziyalı oğlu saymır. Əldə etdikləri bütün nailiyyətlərin fonunda özlərini Azərbaycan ziyalısı kimi təqdim edirlər. Biz görürük ki, məhz ölkəmizin ziyalı potensialı tolerant, multikultural mühitin formalaşmasında mühim rola sahibdir. Onlar bu təbliğatı imzaları ilə dərc etdikləri kitablarda, elmi vəsaitlərdə aparır. Eyni zamanda, KİV-lərdəki çıxışlarında bu dayanıqlı modeli təbliğ edirlər. Biz ziyalılarımızın və din xadimlərimizin dilindən irqçiliyə, şovinizmə, dini radikallığa çağırışlar eşitmirik. Din xadimlərinin də bu yöndə fəaliyyəti təqdirəlayiqdir. Hətta onlar ölkəmizlə bağlı həqiqətlərin dünyaya yayılması ilə bağlı təbliğatda da yaxından iştirak edirlər. Ermənilərin Türkiyədə onlara mənsub olduğunu iddia etdikləri Axtamar kilsəsilə bağlı biz ölkəmizdəki din xadimləri ilə ciddi işlər görmüşük. Alban-Udi cəmiyyətini təmsil edən din xadimlərini həmin kilsəyə apardıq. Onlar publika qarşısında sübut etdilər ki, həmin kilsə ermənilərə deyil, məhz udilərə məxsusdur. Ölkəmizdəki bütün dini təbəqələrə məxsus olan dini bayramlarda biz dinlərin təmsilçisi olan xadimlərin hamısını bir masa ətrafında görürük. Onların bütün dualarında ümumi Azərbaycan üçün xoş istəklər olur. Əsas dini bayramlarda Prezidentin icmalara ünvanladığı bayram təbriklərini görürük”.

İSBAM sədrinin sözlərinə görə, ölkəmizdə milli ayrıseçkilik, dini zəmində qarşıdurmalar yaratmaq istəyənlər də az deyil: “Ölkəmizi istəməyən qüvvələr bunu hətta hazır resept də sayırlar. Ancaq ölkəmizdəki ziyalıların və din xadimlərinin ayıq tərpənişi, vəhdəti həmin məkrli niyyətlərin həyata keçməsinə şərait yaratmır. Hesab edirəm ki, ziyalılarımız və din xadimlərimiz bundan sonra da ölkəmizdəki vəhdətin davamlı olmasında əzəli fəaliyyətlərini davam etdirəcəklər”.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - FOTO

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ